Or Qapı (krımtat. Or Qapı, Ор Къапы) və ya Perekop (ukr. Перекоп) — Ukraynanın, Krım Muxtar Respublikası, Armyansk şəhər şurası, Suvorov kənd şurasına daxil olan kənd. 2014-cü ildən etibarən Krım Muxtar Respublikası referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur. Rusiya Federasiyasının inzibati bölgüsünə görə Krım Respublikası Armyansk şəhər dairəsinə daxil edilir, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır.
Or Qapı | |
---|---|
46°10′ şm. e. 33°43′ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 5 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 96011 |
Vikianbarda əlaqəli mediafayllar |
2001-ci ilin Ümumukrayna əhalinin siyahıya alınmasına əsasən əhalinin dil tərkibi belədir[2]
Dil | Sakinlərin sayı | Faiz |
---|---|---|
rusca | 403 | 48,88 |
krımtatarca | 213 | 25,84 |
ukraynca | 187 | 22,71 |
moldovaca | 11 | 1,34 |
belarusca | 6 | 0,67 |
ermənicə | 4 | 0,92 |
macarca | 1 | 0,11 |
2016-cı ilə görə Or Qapıda 9 küçə vardır[3]. Kəndin sahəsi kənd şurasının məlumatına görə 200 ha-dır. 332 evə sahib kənddə 978 nəfər yaşayır. № 7[4] orta təhsil məktəbi fəaliyyət göstərir. Ayrıca poçt şöbəsi[5], ilk yardım stansiyası[6], provaslav kilsəsi[7] vardır. Kənd rayon mərkəzi ilə mini avtobuslarla əlaqələnir[8]. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin 26 noyabr 2014-cü il tarixli 65 saylı fərmanı ilə Perekopun şimal sərhədindən və daha şimaldan sərhəd zonası başlayır[9]. Or Qapının özü isə sərhəd zonasına daxil deyildir[10].
Or Qapı kəndi Or bərzəxində yerləşir. Materiklə yarımada arasında mühüm yolun üzərindədir. Kənd mərkəzi dəniz səviyyəsindən 14 m yüksəklikdədir[11]. Bununla yanaşı kənd Armyansk şəhər sovetliyinin və Krımın ən ucqar şimal yaşayış məntəqəsidir. Armyansk şəhər mərkəzindən 6 km məsafədə yerləşir (şose ilə)[12]. Üstəlik həm də ən yaxın dəmir yolu stansiyasıdır. «Ukrayna səhəddi — Armyansk»[13] yolu üzərindədir[14].
Kənd əvvəllər 1–2 km cənubda yerləşən, lakin Rusiya vətəndaş müharibəsi illərində məhv edilmiş Perekop şəhərinin şərəfinə adlandırılmışdır. Köhnə mahal şəhəri bərpa etmək qərarı 1922-ci ilin dekabr ayında qəbul edilsə də, ancaq bir kənd statusu daşımışdır. 17 dekabr 1926-cı ildə Prekop kəndi Erməni Bazar kənd şurasına daxil edilir. Bu zaman kənddə 82 həyət olmuşdur ki, bununda 79-u həyət evi idi. Kənddə 357 nəfər yaşamışdır. Bunun 273 rus, 80 ukraynalı, 4 nəfəri isə digərlər olaraq göstərilmişdir. 1941-ci ildə Prerekop kəndində 156 həyət olmuşdur.[15].
1989-cu il SSRİ siyahıya alınmasıına görə kənddə 1072 nəfər yaşayırdı. 21 mart 2014-cü ildən isə Krım Muxtar Respublikasının Rusiya tərəfindən ilhaqından sonra Rusiya Federasiyası Krım Respublikasının bir parçasına çevrilmişdir, ancaq dünya ictimaiyyəti bunu qəbul etmir