Orange Juice

Orange Juice — ABŞ müğənnisi Melani Martinesin 2019-cu ildə çıxan ikinci studiya albomu "K-12"-də səsləndirilən mahnı. Musiqi klipi albomla yanaşı təqdim edilən eyniadlı filmdə də yer almışdır. Həmçinin, bu klip 3 fevral 2020-ci ildə ayrı olaraq buraxılmışdır.

"Orange Juice"
İfaçı Melani Martines
Albom K-12
Yayımlanıb 6 sentyabr 2019
Yazılma tarixi 2016
Janr
  • alternativ pop
  • eksperimental pop
  • elektropop
Müddət 3:37
Bəstəkar Maykl Kinan
Sözlərin müəllifi Melani Martines
Prodüser Maykl Kinan
Leybl Atlantic Records
Videoklip
 Orange Juice

2 sentyabr 2019-cu ildə albomun buraxılışından dörd gün qabaq, mahnıdan olan qısa bir parça (snippet) xüsusi olaraq Niderland, Rusiya və Türkiyədə yerləşən bir sıra məkanlarda səsləndirilib.

Mahnı Cry Baby-nin (Melaninin uydurma alter eqosu) rəfiqəsi Fleur-un (Sion Moreno) bulimiya xəstəliyi ilə mübarizə aparması haqqındadır. Fleur, filmdəki zorba qız Kellinin dost qrupunda olmuş və onun çəki ilə bağlı gözləntilərini qarşılamağa çalışmışdır. Bu təzyiq Fleur-da obessiv düşüncələr meydana gətirmiş, bu da öz növbəsində bulimiyaya səbəb olmuşdur. Fleur öz bədənindən qətiyyən məmnun deyil, fəqət Cry Baby isə onun gözəl olduğunu düşünür və ümid edir ki, o da özünü belə görməlidir. Mahnının lirikində ifadə edilir: "You turn oranges to orange juice" (azərb. Sən portağalları, portağal şirəsinə döndərirsən‎), hansı ki, bulimiyaya istinad edir – bu azarı olanlar çəki artımının qabağını almaqdan ötrü yediklərini geri qaytarırlar.

" You turn oranges to orange juice
Enter there, then spit it out of you
Your body is imperfectly perfect
Everyone wants what the other one's working
No orange juice
"