Sion Moreno

Sion Moreno (ing. Zión Moreno; 23 fevral 1995, El-Paso, Texas, ABŞ[1]) — Amerikalı aktrisa və model.[2] Netflix serialı "Control Z" və HBO Max-ın 2021-ci ildə yenidən çəkilən "Gossip Girl" serialındakı rolu ilə tanınır. O, həmçinin Melani Martinesin yazıb rejissorluq etdiyi K-12 filmində Fleur obrazını canlandırıb.

Sion Moreno
ing. Zión Moreno
Doğum tarixi 23 fevral 1995(1995-02-23) (28 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, model[d]
IMDb ID10794728

Həyatı[redaktə | mənbəni redaktə et]

Moreno Texas ştatının El-Paso şəhərində meksikalı ailədə anadan olub. Anası Çihuahuadan, atası isə Monterreydəndir. Nyu-Meksiko ştatının Albukerke şəhərində böyüyüb və evdə ispanca danışmışdır.[3][4]

Moreno trans qadındır və 13 yaşında ikən cinsiyyətini dəyişməyə başlayıb. O, məktəbdə oxuyarkən həmyaşıdlarının zorbalığı ilə üzləşib.[5]

Karyerası[redaktə | mənbəni redaktə et]

Moreno modellik karyerasını davam etdirmək üçün 19 yaşında Nyu-Yorka köçdü.[6] O, Wilhelmina, Elite və Slay rəhbərliyi tərəfindən kəşf edildi.[7]

2017-ci ildə Kannda keçirilən MIPCOM-da Diversify TV Awards mükafatının təqdimatını etdi.[8]

Moreno 2019-cu ildə müğənni Melani Martines tərəfindən çəkilmiş K-12 filmində Fleur rolu ilə ilk aktrisalıq debütünü etdi. 2020-ci ildə o, Meksika istehsalı Netflix yeniyetmə serialı "Control Z"də Isabela de la Fuente rolunu oynamağa başladı.[9] 2020-ci ilin martında onun yenidən başlayacaq HBO Max serialı "Gossip Girl"də Luna La rolunda çəkiləcəyi məlum oldu.[10]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İl Adı Rol Qeyd
2019 K-12 Fleur Əsas rol
2020 Control Z Isabela de la Fuente Əsas personaj, 8 epizod (Birinci mövsüm)
2021–2023 Gossip Girl Luna La Əsas personaj
2021–2022 Claws Selena 4 epizod

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://www.milenio.com/espectaculos/television/zion-moreno-quien-es-la-actriz-transgenero-de-control-z.
  2. Quesada, Javier. "En conversación con Zión Moreno: la interpretación más auténtica". L'Officiel Mexico (ispan). 29 March 2021. 21 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 June 2021.
  3. Alfonso Nunez, Juan. "Zion Moreno, a Trans Mexican-American Actorr, Will Star in the 'Gossip Girl' Reboot". Chaos and Comrades. 13 November 2020. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 June 2021.
  4. Mérida, Janet. "Soy más que una mujer trans: Zión". El Universal (ispan). 25 June 2020. 21 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2021.
  5. Schwartz, Lana. "The Truth About Gossip Girl Star Zión Moreno". The List. 28 June 2021. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2021.
  6. García, Beatriz. "Meet Zión Moreno, the trans Latina star in 'Control Z'". Aldia News. 3 June 2020. 26 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 June 2021.
  7. de Maria, Meghan. "Who Is Gossip Girl Star Zion Moreno?". Nicki Swift. 24 January 2021. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2021.
  8. Natividad, Angela. "The Diversify TV Excellence Awards winners are…". MIP Trends. 18 October 2017. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 June 2021.
  9. "15. Isabela". SensaCine (ispan). 21 May 2020. 20 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2022.
  10. Cunningham, Kyndall. "Gossip Girl Series-Premiere Recap: Class War". Vulture. July 8, 2021. September 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 11, 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]