Orest

Orest (q.yun. Ὀρέστης, "alpinist"; lat. Orestes) — Troya müharibəsində vuruşan Mikena kralı AqamemnonKlitemnestranın oğlu[3]. Onun dəliliyi və təmizlənməsi bir çox Qədim Yunan oyunu və əfsanəsinin mövzusu olmuşdur[4][5].

Orest
q.yun. Ὀρέστης
Mifologiya qədim yunan mifologiyası
Cinsi kişi[d]
Atası Aqamemnon[d][1][2]
Anası Klitemnestra[1][2]
Arvadı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adın mənşəyi

[redaktə | mənbəni redaktə et]

Orestes yunanca "oreibates" ("ορειβάτης") sözündən gəlir. Mənası alpinistdir. Metaforik olaraq, dağları fəth edə bilən biri kimi istifadə olunur[6].

Homerin hekayəsi

[redaktə | mənbəni redaktə et]

Homerin hekayəsində Orest TantalNiobe ilə birbaşa əlaqəli olan Atreyin lənətlənmiş evinin üzvüdür[7]. Troya müharibəsinə gedən yolda yaxşı bir külək üçün ilahə Artemidaya dua edən Aqamemnon, ilahənin işarəsi ilə qızı İfigeniyanı qurban vermək istəyir, amma arvadı buna qarşı çıxır. Buna baxmayaraq, qərarından vaz keçməyən Aqamemnon qızını qurban verərkən ilahə tərəfindən xilas edilir, bunun əvəzinə bir dişi maral qurban edilir. Ancaq Klitemnestra bu vəziyyətə çox qəzəblənir. Aqamemnon Troya müharibəsində olarkən, həyat yoldaşı Klitemnestra, Aqememnonun əmisi oğlu Aegisthus ilə eşq yaşayır. Padşah müharibədən 12 il sonra qayıtdıqda, arvadı onu öldürmək planını artıq hazırlamışdı. Çox isti qarşıladığı əri hamamda olarkən onu balta ilə öldürür[8].

Bu vaxt 12 yaşlı Orest anasından və sevgilisindən qaçaraq Parnassus dağındakı Phanoteyə və kral Strophiusa sığınır. Onun 8 il sonra öldüyü barədə şayiələr yayılır, ancaq Orestin ölümü barədə xəbər verən şəxs əslində Orestin özü idi. Anasını və sevgilisini öldürən Orest dostu Strophiusun oğlu Pylades ilə birlikdə şəhəri tərk edir, ancaq ana qatili olduğu üçün qisas ruhları olan erinlər tərəfindən təqib edilir. Afinaya çatan Orest bu şəhərdə ApollonAfina tərəfindən mühakimə olunur və bəraət alır. Bundan sonra ona Tavriyaya getmək və bacısı İfiqeniyanı tapmaq əmr edilir. Orest nəhayət bacısını Tavriyadan xilas edir[9].

Məşhur mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Amerikalı sərt (hard) rok qrupu A Perfect Circle "Orest" adlı mahnı bəstələmiş və bu mahnıda Orestin içindəki dəlilikdən bəhs etmişdir.

  1. 1 2 Любкер Ф. Orestes (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 958–959.
  2. 1 2 Любкер Ф. Agamemnon (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 43.
  3. Classical mythology: a very short introduction. Oxford: Oxford University Press. 2007. ISBN 978-0192804761.
  4. Graves, Robert, The Greek Myths 112.1 ff.
  5. Miola, Robert S. "Representing Orestes' Revenge". academic.oup.com. İstifadə tarixi: 2024-06-04.
  6. "Orestes - Baby Name Meaning, Origin and Popularity". www.thebump.com (ingilis). 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
  7. Homer, Odissey, III, 300-310.
  8. Homer, Odyssey III, 313-316.
  9. Homer, Odissey, I, 35ff.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Bielfeldt, Ruth (2005). Orestes auf römischen Sarkophagen. Berlin: Reimer, ISBN 3-496-02767-3.
  • Knoepfler, Denis (1993). Les imagiers de l'Orestie. Kilchberg/Zürich: Akanthus, ISBN 3-905083-07-8.
  • Poppenberg, Gerhard (2013). Die Antinomie des Gesetzes. Der Orest-Mythos in der Antike und der Moderne. Berlin: Matthes & Seitz, ISBN 978-3-88221-087-3

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]