Orok dili (ulta, uylta) — Altay dil ailəsinin tunqus-mancur xəttinin amuryanı (nani) yarımqrupuna aid olan orokların dili. Rusiya Federasiyasının Saxalin vilayətinin Poronay və Noqlik rayonlarında yayılıb.
2002-ci il Ümumrusiya əhalinin siyahıya alınmasının nəticəsinə görə Rusiyada 346 orok yaşayır, onların cəmi 64-ü doğma dilini bilir. Oroklar həmçinin Yaponiyanın Xokkaydo adasında yaşayır, ancaq onların sayı məlum deyil.
Orok dilinin iki dialekti var: şimali (şərqi saxalin) və cənubi (poronay). Yaponiyada yaşayan orokların dili cənub dialektinə aiddir.