Oroklar (özlərini: ульта́, уйльта, на̄́ни) — Tunqus-mancur dillərinə mənsub dildə danışan xalqdır. Rusiya Federasiyasının az saylı xalqıdır[4]
Ümumi sayı | |||
---|---|---|---|
400 - 1300 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
Rusiyada orokların böyük əksəriyyəti Saxalin vilayəti ərazisində yaşayır. Belə ki, 346 nəfərdən 298 nəfəri burada yaşayır. Vilayətin əsas üç yaşayış məntəqəsində yayılmışlar: Poronaysk şəhəri, Noqliki qəsəbəsi və Val kəndi. Hazırda Valda 144 orok yaşarır. Rusiya Federasiyasında 2002-ci il məlumatına əsasən 346 nəfər Orok yaşayır[5] Onlar həmçinin Qastello və Varşurev (Poronay rayonu), Viaxtu kəndində (Aleksandrovsk-Saxalin rayonu), Smirmıy qəsəbəsində (Smirmıy rayonu) və Oxinski rayonu kimi ərazilərdə onlara rast gəlinir[6] Oroklar Rusiya ərazisindən başqa Yaponiyanın Hokkoyda 1989-cu il məlumatına görə 220 orok yaşayır. Hazırda isə onlar haqqında dəqiq məlumat yoxdur[7]
2001-ci ildə Ukraynada aparılan siyahıya alınma nəticəsində ölkədə 959 orokun yaşaması müəyyənləşir. Bu insanlardan cəmi 12-si Orok dilini doğma dili (1%), 179 nəfər ukrayn dilini (19 %), 710 nəfər (74 %) isə rus dilini doğma dili hesab edir[8] Bununla belə SSRİ ərazisində 1989-cu il məlumatına əsasən cəmi 2 orok yaşadığı bildirilir[9].
2002-ci ilə olan məlumata görə orokların yayılma arealı və sayları :[10]
Poronaysk şəhəri — 119 nəf
Val kəndi — 105 nəf
Orok dili Tunqus-mancur dillərinə aiddir. Hazırda Saxalin vilayəti ərazisində cəmi 64 nəfər danışır[11]. Onların hamısı Rus dilini səlis bilir.
Onlar dil və mədəniyyət baxımından Udeqeylər, Nanaylar, Orolar və Ullara oxşardır. Adı çəkilən xalqlardan fərqi onlarda maralçılığın yayılmamasıdır. Qış yaşayış yerləri dəridən olan Çumlardan və yay yaşayış məntəqələri Şalaş adlanır.
Oroklar şimali asiyalıların baykal tipinə aiddirlər.[12]
Oroklar ekzoqam qruplara bölünürdülər.
Sovet dönəmində oroklar bir kolxozda birləşdirilmişdilər. Bu kolxozda maralçılıq əsas sahəni təşkil edirdi.