Orta yunan dili[1] (yun. μεσαιωνική Ελληνική (γλῶσσα), q.yun. Ῥωμαϊκὴ γλῶσσα; hərfi mənada – "Roma dili"), həmçinin Bizans yunan dili və ya Bizans dili — Şərqi Aralıq dənizində orta əsr dövlətlərinin yunan və ellinləşmiş əhalisinin dili, Şərqi Roma (Bizans) imperiyasının, xüsusən də paytaxtı Konstantinopolun rəsmi və danışıq dili; qədim yunan dili ilə Yunanıstan və Kiprdə danışılan müasir yunan dili arasında keçid mərhələsi.
Orta yunan dili | |
---|---|
Ölkə | |
Təsnifatı | |
Yazı | yunan əlifbası |
Dil kodları | |
LINGUIST List | qgk |
Glottolog | medi1251 |
Ortayunan dilinin başlanğıcı bəzən IV əsrə aid edilir.[2]