Oruc Səda

Oruc Səda (24 may 1934, Saracıq, Qaryagin rayonu16 may 2016, Horadiz, Füzuli rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Oruc Səda
Oruc Təhməz oğlu Bayramov
Təxəllüsü Səda
Doğum tarixi
Doğum yeri Saracıq, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Horadiz, Azərbaycan
Dəfn yeri Horadiz, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Təhməz Bayramov
Anası Balhəyat Bayramova
Təhsili ADPU
Fəaliyyəti şair, yazıçı
Fəaliyyət illəri 1956–2016
Əsərlərinin dili azərbaycanca
Janr şeir
İlk əsəri Analar (şeir)

Həyatı[redaktə | mənbəni redaktə et]

Oruc Səda 1934-cü il may ayının 24-də Qaryagin rayonunun (indiki Füzuli rayonu) Saracıq kəndində anadan olmuşdur. 1953-cü ildə Əhmədalılar kənd tam orta məktəbini bitirmiş, elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinə daxil olmuşdur. 1957-ci ildə buranı bitirib Astraxanbazar (indiki Cəlilabad rayonu) rayonuna yollanmışdır. 4 il burada müəllim işlədikdən sonra, 1961-ci ildə Horadiz şəhərinə dəyişdirilmişdir.[1][2]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Şairin ilk şeiri olan "Analar" şeiri 1956-cı ildə "Gənclər" qəzetində çap edilmişdir. Beş kitabı işıq üzü görmüşdür. 1994-cü ildə şeir və hekayələrindən ibarət olan "Şeytan barmağı" kitabı çap edildi. Bundan sonra "Hələ şüşədədir divlərin canı", "Mavi nəğməli ömür", "Allah evi" və "Qəmin heyrət zirvəsi" kitablarını yazmışdır. Sonuncu yazdığı "Qəmin heyrət zirvəsi" kitabı isə 2003-cü ildə çap edilmişdir. Həmçinində şair Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.[3]

Ölümü[redaktə | mənbəni redaktə et]

Oruc Səda uzun sürən xəstəlikdən sonra, 16 may 2016-cı ildə Horadiz şəhərində vəfat etmişdir.

Kitabları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Oruc Səda yaradıcılığının sənətkarlıq xüsusiyyətləri". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  2. "Arxivlənmiş surət". 2018-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  3. "Arxivlənmiş surət". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Oruc Səda. Qəmin heyrət zirvəsi. Bakı: "Şirvannəşr" nəşriyyatı, 2003.