Orxan Əhmədov

Orxan Əhmədov (tam adı: Əhmədov Orxan Məmmədağa oğlu; 27 iyun 1994, Sumqayıt12 iyul 2021, Beyləqan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, musiqiçi.

Orxan Əhmədov
azərb. Əhmədov Orxan Məmmədağa oğlu
Şəxsi məlumatlar
Ləqəbi Kira Naqasaki
Doğum tarixi
Doğum yeri Sumqayıt, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri Beyləqan, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili Təfəkkür Universiteti
Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzi
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 20172021
Rütbəsi Baş leytenant
Döyüşlər Aprel döyüşləri
Vətən müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Zəngilanın azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Füzulinin azad olunmasına görə" medalı — 2020

Aprel döyüşləri, Vətən müharibəsinin iştirakçısı. Hərbçi kimi 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən Füzulinin azad edilməsi əməliyyatında fəal iştirak etmiş və döyüşlərdəki xidmətlərinə görə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

Orxan Əhmədov hərbi xidmətə başlamazdan əvvəl musiqi ilə məşğul olmuş və bu sahəyə olan marağını hərbi xidmətdə olan zaman da davam etdirmişdir. 2013-cü ildə Sumqayıt şəhərində yaradılmış və həmin şəhəri təmsil edən Sumgzeit depressiv blek metal və post-rok qrupunda Kira Naqasaki təxəllüs altında zərb alətlərində çıxış edirdi.

Orxan Əhmədov ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə 2021-ci ilin iyulun 12-də intihar edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.[1]

Orxan Əhmədov 1994-cu ilin 27 iyunda Sumqayıt şəhərində anadan olub. İlk təhsilini Sumqayıt şəhər Təfəkkür liseyində almışdır. 2011-ci ildə Sumqayıt şəhər Vaqif İbrahim adına tam orta məktəbdən məzun olmuşdur. Ali təhsilini Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzrə tamamlayıb.

2015-ci ilin iyul ayından 2017-ci ilin yanvar ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçib. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan Silahlı QüvvələriErmənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri arasında baş vermiş Aprel döyüşlərində Artilleriya bölməsidə iştirak etmişdir.

2017-ci ilin iyul ayından oktyabr ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabitlik kursu oxumuş və şəxsi heyət üzrə müavin ixtisasında leytenant rütbəsinə yiyələnmişdir.

Daha sonra zabit kimi Beyləqan rayonu N saylı hərbi hissəsində hərbi xidmətə başlamışdır. 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı QüvvələriErmənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda başlamış II Qarabağ müharibəsini ilk günlərindən etibarən leytenant Orxan Əhmədov döyüşlərdə fəal iştirak edib.

Müharibə müddətində göstərdiyi şücaətlərə görə baş leytenant rütbəsinə layiq görülmüş və müharibə bitəndən sonra olduğu hərbi hissədə Şəxsi Heyət üzrə idarə rəisinin köməkçisi vəzifəsinə təyin olunmuşdur. Baş leytenant Əhmədov Cəbrayılın azad edilməsi, Füzulinin azad edilməsi, Qubadlının azad edilməsi, Zəngilanın azad edilməsiHadrutun azad edilməsi əməliyyatlarında fəal iştirak etmişdir.

Baş leytenant Əhmədov ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə 2021-ci ilin 12 iyul tarixində Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə intihar edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.[2]

Musiqi və yaradıcılıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Orxan Əhmədov uşaq yaşlarından etibarən musiqinin rok janrına maraq göstərmişdir. 2013-cü ilin oktyabr ayında Sumqayıt şəhərində yaradılan və Azərbaycanın ilk depressiv blek metal və post-rok qruplarından biri olan Sumgzeitin qurucularından olmuşdur. Orxan, qrupda Kira Naqasaki təxəllüsü altında, zərb alətlərində ifa edirdi.

2014-cü ilin fevral ayında qrupun Eternal adlı ilk debüt albomu buraxılır və albom 1 intro və 3 trekdən ibarət olur. Qrupun SumqayıtBakı şəhərlərində konsertləri baş tutmuşdur. 2019-cu ildə (ing. The Death of You) adlı sayca ikinci albom Youtube platformasında yayımlanmışdır. Sumgzeit sayca üçüncü albomunun üzərində işləyirdi və albomun 2020-ci ilin sonlarına qədər təqdim edilməsi planlaşdırılmışdı.

Vətən müharibəsinin başlaması planları yarımçıq qoyur və qrupun bəstəkarı Cavid Şərif və zərb alətləri ifaçısı Orxan Əhmədov müharibəyə yollanırlar. Müharibədən sonra da fəaliyyətinə davam edən qrup, albom fəaliyyətlərinə davam edir. Üçüncü alboma Kira Naqasaki tərəfindən ing. Post Modern Happiness adı verilmişdi və albomun konsepti və ideyaları tamamilə Orxana məxsus idi.

  1. sputnik.az. "Hərbi Prokurorluqdan Azərbaycan ordusunun baş leytenantının intiharı barədə açıqlama". sputnik.az (az.). Sputnik İnformasiya Portalı. 13.07.2021. 06.08.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2021.
  2. APA İnformasiya Agentliyi. "Azərbaycan Ordusunun zabiti tabel silahı ilə özünü güllələyib". APA.az (Azərbaycanca). 13 iyul 2021. Archived from the original on 2021-09-18. İstifadə tarixi: 7 avqust 2021.
  3. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.