Orxan Elxan oğlu Rəhimli (20 iyun 1992; Sumqayıt şəhəri, Azərbaycan — 28 iyun 2021; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Şəhidi.[1]
Orxan Rəhimli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt Şəhəri |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Laçın Rayonu |
Dəfn yeri | Sumqayıt Şəhidlər xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan |
Atası | Elxan Rəhimli |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014-2021 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Zəngilan, Cəbrayıl, Laçın, Füzuli, Qubadlı, Hadrut, Kəlbəcər, Aprel döyüşləri |
Təltifləri | , |
Qubadlı rayonunun Qiyaslı kəndindən olan Rəhimli Orxan Elxan oğlu 1992-ci il 20 iyun tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1997-ci ildə Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Laçın rayonu, Fizuzəddin Cəfərov adına məktəbə daxil olmuş, 2008-ci ildə həmin məktəbi bitirmişdir.28.06.2021-ci il tarixində Laçın rayonu ərazisində Kamaz markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Rəhimli şəhid olmuşdur. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Ailəli idi, Hüseyn və Pəri adında iki övladı var.
Cəlilabad şəhərində yerləşən N saylı hərbi hissədə xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Quba Texniki Kollecində "Yol hərəkətinin təşkili" ixtisası üzrə təhsil almışdır. 2014-cü ildən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) vəzifəsində çalışmışdır. Aprel döyüşlərində iştirak etmişdir.
İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının azad olunmasında iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Laçın və Füzuli rayonlarının azad olunmasına görə medalları ilə təltif olunmuşdur.