Orxan Sümer (2 mart 1963, Adana) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.[1]
Orxan Sümer | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
7 iyul 2018-ci ildən | |
Seçim bölgəsi | 2018 — Adana ili 2023 — Adana ili |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Adana ili, Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Partiya | Cümhuriyyət Xalq Partiyası |
Fəaliyyəti | siyasətçi |
Orxan Sümer 2 mart 1963-cü ildə Adana ilində anadan olub.[1]
Ticarətlə məşğul olub, yanacaqdoldurma məntəqəsi rəhbəri olub və inşaat sahəsində çalışıb. Adana Ticarət Palatası, Adana Atlı Spor Klubu, Adana Dəmirspor Klubu, Adana Çuxurova Klubunda üzv olaraq təmsil olunub.[1]
Siyasətə 1987-ci ildə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP Yüreğir ilçə sədri, CHP Adana il İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub. 2001-2004-cü və 2011-2014-cü illərdə CHP Adana il sədri olub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü olub.[1]
Evli və 2 uşaq atasıdır.[1]