Orxan Xanlarov

Orxan Xanlarov (10 yanvar 1994) — azərbaycanlı zorxana və pəhlivan güləşçisi, idman ustası. Avropa çempionu, Dünya çempionatının və Dünya kubokunun mükafatçısı. Orxan Xanlarov IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş və 1 bürünc medal qazanıb.

Orxan Xanlarov
Şəxsi məlumatlar
Tam adı Orxan Xanlarov Mirzə oğlu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (30 yaş)
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
İdman növü Zorxana və Pəhlivan güləşi
İdman dərəcəsi Azərbaycan Respublikasının İdman Ustası

Orxan Xanlarov, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb.

Orxan Xanlarov 2012-ci ildə keçirilən gənclər arasında Avropa çempionatında (Palanqa, Litva) komanda hərəkətlərində 3-cü yer, çərxi-tiz yarışlarında qızıl, 70 kq çəki dərəcəsində pəhlivan güləşində bürünc medalın sahibi, 2013-cü ildə İran İslam Respublikasının Sərəndec şəhərində keçirilən beynəlxalq turnirdə komanda hərəkətlərində bürünc, çərxi-tiz yarışlarında bürünc medal qazanıb, 2014-cü ildə keçirilən böyüklər arasında Avropa çempionatında (Minsk, Belarus) komanda hərəkətlərində qızıl, çərxi-tiz yarışlarında qızıl medal qazanıb, 2015-ci ildə böyüklər arasında keçirilən Dünya kuboku (Düşənbə, Tacikistan) komanda hərəkətlərində gümüş, çərxi-tiz yarışlarında gümüş, 80 kq pəhlivan güləşində bürünc medal qazanıb, 2016-cı ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə komanda hərəkətlərində gümüş, çərxi-çəməni yarışlarında bürünc medal qazanıb, həmin il keçirilən Dünya çempionatında (Cakarta, İndoneziya) komandalı hərəkətlərində gümüş, çərxi-tiz yarışlarında bürünc, çərxi-çəməni yarışlarında bürünc medal qazanıb, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatılıb. Orxan Xanlarov, çərxi-tiz yarışlarında bürünc, çərxi-çəməni yarışlarında isə gümüş medala layiq görülüb. Komanda yarışlarında isə o, Məmmədi Salamov, Rüfət Gülalıyev, Tural ƏliyevXəyyam Orucov ilə birgə 2-ci yeri tutub və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib olub. 2018-ci ildə böyüklər arasında keçirilən Avropa çempionatında (Minsk, Belarus) komanda hərəkətlərində qızıl, çərxi-tiz yarışlarında qızıl, çərxi-çəməni yarışlarında qızıl medal qazanıb. 2020-ci ildə böyüklər arasında keçirilən Dünya çempionatında (Bojnourd, İran) komanda hərəkətlərində bürünc, çərxi-tiz yarışlarında bürünc, çərxi-çəməni yarışlarında bürünc medal qazanıb.2024-ci ildə böyüklər arasında keçirilən Dünya Kuboku(İsfahan,İran)komanda hərəkətlərində gümüş,çərxi-tiz yarışlarında bürünc,çərxi-çəməni yarışlarında gümuşmedal qazanıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]