Zorxana

Sali Süleyman

Zorxanaİran, Azərbaycan, ƏfqanıstanTürkiyədə pəhləvanların Azərbaycan milli güləşi zamanı yarışdıqları meydan.[1]

Zorxana pəhlivanları

[redaktə | mənbəni redaktə et]
Azərbaycanlı güləşçi zorxanada

Bu baxımdan XVIII əsrin sonlarında Çin, Hindistan, İranMisirdə şöhrət tapmış Maştağalı Hüseynqulu Hacı Mürsəloğlu, onun yetirməsi, vaxtilə "altıaylıq pəhləvan" adı ilə məşhur olan Əbdüləli Axundov, yenilməz meydan pəhləvanı Abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, Göyçaylı Çingiz pəhləvan, Balaxanılı Sap Pənci, Bakılı Şobı oğlu Abdulla, Əhmədli Məmməd, Atababa bu dövrdə zorxana üzrə xüsusi hörmət qazanmış pəhləvanlar olublar.

Qarabağda, Şuşada pəhlivanlıq məktəbi vardı. Məktəbin xərcini Cəfərqulu xan Nəva çəkirdi. Pəhləvan Nabat, Pəhlivan Seyid Həsən çox məşhur idi.

XIX əsrin sonları, 20-ci əsrdə Azərbaycanda Sali Süleyman və Rəşid Yusifov kimi məşhur pəhləvanlar el hörməti qazanmışdılar. Muxtar Dadaşov və Salar Aslanovun "Azərbaycan pəhləvanları" kitabında Sali Süleymanın pəhləvanlığı haqqında bunları oxuyuruq: "Məşhur pəhləvan İvan Poddubnının rəhbərliyi ilə beynəlxalq yarışlara hazırlaşan Sali Süleyman tezliklə misilsiz atletik bədən quruluşu, fenomenal gücü və güləş texnikası ilə idman həvəskarlarını valeh etmişdi. Avropanın sirk meydanlarında-London, Paris, Praqa, Roma və başqalarında dünyanın bir çox tanınmış güləşçilərini məğlub edən Sali Süleyman "çempionların qənimi" kimi şöhrət tapmışdı. O, öz məşqçisi İvan Poddubnı ilə birlikdə Vaşinqtonda və Çikaqoda keçirilmiş beynəlxalq turnirlərdə də müvəffəqiyyətlə çıxış etmişdi". Sali Süleyman həmçinin Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə, Dərbənddə, Qroznıda, Mahaçqalada, Moskvada və başqa şəhərlərdə özünəməxsus çıxışları ilə tamaşaçıları heyran qoymuşdu. Dünyada məşhur olan Rəşid Yusifov yenilməz pəhləvanlar Eldar Göyçaylının, Məmməd Hüseynovun, Əşrəf Sultanovun, Sabir Məmmədovun, İsgəndər Hacıyevin, Qiyas Nuriyevin, Məmməd Abdullayevin ustadı olub.

Mürsəl Həkimov bənzərsiz bahadırların hünər yolunu davam etdirən yeni pəhləvanlar nəsli barədə də danışırdı: "Qazax bölgələrindən Sabir Qazaxlı, Laylabaşoğlu, Qənbər Salahlı, Tovuzlu Məmməd Muradov, Qəbələli Əbdürrəhman Atakişiyev, Köçəri Beyləqanlı, Göyçaylı Rasim Məmmədnəbi, Qaçay Hüseynov və oğulları Təvəkkül, Allahverdi, Şəkili Gəray Löymanov, Famil Löymanov və başqalarının adı həmişə el arasında məşhur olub." Mürsəl Həkimov "Həkimlilər" soyundan olan pəhləvan Müsəllim Həkimlinin igidliyindən, soyunun pəhləvanlığından da danışırdı: "Müsəllimin əsil-nəcabətində babalarından Rüstəm Zal, Mehdi Bayramoğlu, Şaqqulu oğlu Məmməd kimi el pəhləvanları Qazax, Borçalı bölgələrində məşhur olmuşlar.

XIX əsrdə yaşamış Rüstəm Zal Zaqatalaya səfər edərkən yolda qəfildən pələnglə rastlaşıb, onun cəngini ayıraraq öldürüb. O, həmişə el toylarında sərrast gülləsinə görə nəmər alıb. Mehdi Bayramoğlu isə Gəncəbasarda ən sərrast güləşən el pəhləvanı olub. Mehdi pəhləvan ölənədək meydanda məğlubiyyət nə olduğunu bilməyib". Azərbaycan ruhu yenilməzdir, məğlubedilməzdir. Çox zaman fitrətimizin dərinliklərə çəkilməsinə göz yumur, imkanlarımızı səfərbər etməyə girişmirik. Unuduruq ki, olanları nəinki qorumaq, hətta artırmaq hava-su qədər gərəklidir. Əks təqdirdə milli müəyyənliyimizdən, xəlqi keyfiyyətlərimizdən uzaq düşürük. Təkcə "Dədə Qorqud dastanları"nda pəhləvanlığın kifayət qədər daşıyıcılarına rast gəlmək mümkündür.

  1. "Zorxana nədir?". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]