Oskar Danon

Oskar Danon (serb. Оскар Данон; 7 fevral 1913[1][2][…], Sarayevo18 dekabr 2009[3], Belqrad)[4]Yuqoslaviya bəstəkarıdirijoru[5].

Oskar Danon
Ümumi məlumatlar
Doğum adı Оскар Данон
Doğum tarixi 7 fevral 1913(1913-02-07)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 dekabr 2009(2009-12-18)[3] (96 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Yeni Belqrad qəbiristanlığı[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, xormeyster[d]
Janr klassik musiqi
Təhsili
  • Praqa konservatoriyası[d]
Elmi dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkinci dünya müharibəsi davam edərkən 1943-cü ildə Vladimir Nazorun yazdığı yuqoslav partizanlarının marşı olan "Uz marşala Tita"nın (azərb. "Marşal Tito ilə"‎) bəstəkarıdır[6].

Oskar Danon Maribor Simfonik Orkestri ilə təcrübə zamanı, 1961-ci il[7].

Gəncliyi və təhsili

[redaktə | mənbəni redaktə et]

Bir boşnak-serb yəhudisi olan Oskar Danon 7 fevral 1913-cü ildə, həmin zaman mövcud olan Avstriya-Macarıstan imperiyasına aid (indiki vaxtda Bosniya və Herseqovinaya aid) Sarayevo şəhərində anadan olmuşdur.

Yuqoslaviya Krallığında musiqi təhsili bölməsində oxumuş və Çexoslovakiyanın paytaxtı Praqa şəhərində Musiqişünaslıq sahəsi üzrə doktorluq işini müdafiə etmişdir.

Sarayevoda dirijor kimi fəaliyyət göstərmiş və İkinci dünya müharibəsindən sonra, 1944–1965-ci illər arasında Belqrad Operasının dirijoru və rejissoru olmuşdur. 1970–1974-cü illərdə Sloveniya Filarmoniya Orkestrında dirijorluq etmişdir. Həmçinin, o, həmin dövrdə Belqrad Filarmoniya Orkestrınında da dirijor idi. Bu orkestrlarla həm Yuqoslaviyada, həm də ölkə xaricində (Paris, Visbaden, Florensiya və s. şəhərlərdə) dəfələrlə çıxış etmişdir.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Oskar Danon Belqrad Musiqi Akademiyasının professoru idi.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Serbiya Musiqiçilər Assosiasiyasının üzvü olmuş Oskar Danon, 1955–1957-ci illərdə bu təşkilata rəhbərlik də etmişdir.

2008-ci ildə o, Bosniya və Herseqovina Elmlər və İncəsənət Akademiyasının üzvü seçilmişdir.

Oskar Danon bir sıra mükafatlarla təltif olunmuşdur:

  • Belqrad şəhərinin Oktyabr mükafatı;
  • AVNOJ mükafatı (1970);
  • Vatroslav Lisinski mükafatı (2004)[6].

Oskar Danon 18 dekabr 2009-cu ildə, 96 yaşında ikən Serbiyanın paytaxtı Belqrad şəhərində vəfat etmişdir.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Studenti pražských univerzit 1882–1945.
  3. 1 2 Oskar Danon // Musicalics (fr.).
  4. Preminuo kompozitor i dirigent Oskar Danon Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine, politika.rs, 18.12.2009
  5. Munjin, Bojan. "Ovo su društva bez vizije". Feral Tribune. 22 mart 2007. İstifadə tarixi: 17 oktyabr 2008.
  6. 1 2 Jugoslavija je moja jedina domovina Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine. e-novine.com
  7. 4. april 1961, Maribor. Dr. Oskar Danon, eden najuglednejših jugoslovanskih dirigentov med vajo z orkestrom mariborske filharmonije. (avtor fotografije: Dragiša Modrinjak) [ölü keçid]. podstresje.si