Oskar Potiorek (alm. və sloven. Oskar Potiorek; 20 noyabr 1853[1] – 17 dekabr 1933[1], Klaqenfurt) — Avstriya-Macarıstan sərkərdəsi, feldtseyxmeyster (30 oktyabr 1908). 1911-1914-cü illərdə Bosniya və Herseqovinanın Avstriya-Macarıstan qubernatoru, Birinci Dünya müharibəsi iştirakçısı olmuşdur.
Oskar Potiorek | |
---|---|
sloven. Oskar Potiorek | |
10 may 1911 – 22 dekabr 2014 | |
Əvvəlki | Maryan Vareşanin |
Sonrakı | Stefan Sarkotiç |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 noyabr 1853[1] |
Vəfat tarixi | 17 dekabr 1933[1] (80 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi |
Hərbi xidmət | |
Xidmət illəri | 1886—1915 |
Mənsubiyyəti | Avstriya-Macarıstan İmperiyası |
Qoşun növü | piyada əsgərlər |
Döyüşlər |
Birinci Dünya müharibəsi Tser döyüşü Drina döyüşü Kolubara döyüşü |
Rütbəsi | infanteriya general |
Vikianbarda əlaqəli mediafayllar |
Oskar Potiorek 1867-ci ildə Texniki Hərbi Akademiya və Avstriya-Macarıstan Baş qərargah Akademiyasını bitirmişdir. 1879-cu ildən Baş qərargah, 1886-cı ildə əməliyyat bürosuna işləməyə başladı və 1892-ci ildə oranın rəis oldu; 1902-ci ildən Baş qərargah rəisinin müavini oldu.
1898-ci ildən 64-cü piyada briqadasına komandalıq edirdi. 1907-ci ildən III Ordu Korpusunun komandiri (Qrats) təyin edildi. 1910-cu ildən ordu müfəttişi, 1911-ci ildən Bosniya və Herseqovinanın torpaq hökumətinin sədri və Sarayevo qərargahlı ordu müfəttişi vəzifələrində işlədi.
28 iyun 1914-cü ildə Potiorek ershersoq Frans Ferdinandın olduğu avtomobildə sərnişin idi və ershersoqun qətli zamanı oradaydı, bununla belə qatil Qavrilo Prinsip söyləmişdir ki, ershersoqun həyat yoldaşı Sofiya Xotekə dəyən qüllə Potiorek üçün nəzərdə tutulmuşdur. Sui-qəsddən sonra Bosniya və Herseqovinanın qubernatoru olaraq, Sarayevoda serb qırğınına icazə verdi.
Müharibənin başlaması ilə Potiorek Balkanlardakı silahlı qüvvələrin baş komandanı və 6-cı Avstriya-Macarıstan Ordusunun komandiri təyin edildi. Potiorek səriştəsiz sərkərdə olduğunu göstərdi və sərəncamında olan ordunun Serbiya ordusundan güclü olmasına baxmayaraq, qısa müddətdə serb ordusunu məğlub edə bilmədi. Tser və Kolubara döyüşlərində məğlubiyyətlər avstriyalılar üçün xüsusilə ağır oldu. 27 dekabr 1914-cü ildə Oskar Potiorek vəzifəsindən azad edildi və yerinə ershersoq Yevgeni Avstriyalı təyin edildi. Müharibədən sonra Potiorek ömrünün qalan hissəsini yaşadığı Avstriyaya getdi.
Sələfləri Maryan Vareşanin |
Bosniya və Herseqovina hərbi qubernatoru 9 avqust 1882 - 8 dekabr 1903 |
Xələfləri Stefan Sarkotiç |