Anton Rudolf Yozef Hubert fon Vinzor (7 iyun 1844, Yaroslavitse, Moraviya – 30 aprel 1910, Bratislava, Macarıstan krallığı)[1] – Avstriya-Macarıstan ordusunun zabiti. 1907–1909-cu illərdə Bosniya və Herseqovinaya başçılıq edirdi.
Anton fon Vinzor | |
---|---|
alm. Anton Freiherr von Winzor | |
30 iyun 1907 – 7 mart 1909 | |
Əvvəlki | Oygen fon Albori |
Sonrakı | Maryan Vareşanin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yaroslavitse, Moraviya |
Vəfat tarixi | |
Vəfat yeri | Bratislava, Macarıstan krallığı |
Vətəndaşlığı | Avstriya-Macarıstan İmperiyası |
Fəaliyyəti | siyasətçi |
Atası dövlət dərəcsində böyük hörmətə sahib idi. Anton fon Vinzor Terezian akademiyasında təhsil almışdır. 1898-ci ildə general-mayor, 1902-də feldmarşal-leytenant və 1908-ci ildə isə süvari generalı rütbəsini qazanmışdır.[2] 1892–1898-ci illərdə Bratislavada yerləşən 5-ci ordu korpusunun qərargah rəisi vəzifəsini icra edirdi.[3]
Vinzor 1907-ci il iyun ayının 30-dan 1909-cu il mart ayının 7-dək Bosniya və Herseqovina kondominiumunun başçısı kimi xidmət edirdi. Məhz onun rəhbrəliyi vaxtı Avstriya-Macarıstan İmperiyası onun idarə etdiyi ərazini ilhaq etdi. Eyni zamanda o, Sarayevodaki 15-ci ordu korpusunun komandiri idi. Həmçinin, o, ömrünün sonunadək Bratislavadakı 5-ci ordu korpusunun komandiri olaraq xidmət etmişdir.