2012-ci il fevralın 26-sı ABŞ-nin Los-Anceles şəhərində Amerika Kino Akademiyasının əsas mükafatı olan “Oskar”-ın 84-cü mərasimində ən yaxşılar mükafatlandırıldı. Gözlənildiyi kimi “Aktyor” 5 nominasiyada qalib gələrək 2011-ci il in ən yaxşı filmi seçildi. Ən yaxşı animasiya filmi nominasiyasında “Ranqo” və ən yaxşı xarici film nominasiyasında ilk dəfə İran filmi Nadirin Simindən ayrılması qalib oldu.