Oskar mükafatı (2020)

93-cü Oskar mükafatıKinematoqrafiya incəsənət və elm akademiyası tərəfindən 2020-ci ilin ən yaxşı filmlərini qeyd etmək üçün təşkil edilən mükafatlandırma mərasimidir. Mərasim 25 aprel 2021-ci ildə Los-Ancelesin Yunion-Steyşn dəmiryolu stansiyasıDolbi Teatrında baş tutmuşdur.[n 1] COVID-19 pandemiyasının kinematoqrafa təsirləri səbəbi ilə mərasim planlaşdırıldığından iki ay gec həyata keçirilmişdir. Nominantların siyahısı 15 mart 2021-ci ildə açıqlanmışdır.[1]

93-cü Oskar mükafatları
ing. 93rd Academy Awards
Rəsmi afişa
Rəsmi afişa
Ümumi məlumatlar
Təqdim edir Arianna Deboze
Lil Rell
Təsis olunub 25 aprel 2021
Yeri Yunion-Steyşn dəmiryolu stansiyasıDolbi Teatrı, Hollivud, Los-Anceles, Kaliforniya, ABŞ
Təsisçi Kinematoqrafiya incəsənət və elm akademiyası
Prodüser Cessi Kollins
Steysi Şer
Stiven Soderberq
Rejissor Qlenn Veys
Mükafatlar
Ən yaxşı film "Köçərilərin torpağı"
Ən çox mükafat qazanan film "Köçərilərin torpağı" (3)
Ən çox nominasiya qazanan film "Mank" (10)
oscar.go.com
← 92-ci
94-cü →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Köçərilərin torpağı" filmi Ən yaxşı film nominasiyası da daxil olmaqla mərasim gecəsində üç mükafat qazanmışdır.[2] "Ata", "İuda və Qara messiya", "Ma Reyni:Bluzun anası", "Mank", "Ruh" və "Metalın səsi" filmlərinin hər biri iki mükafat qazanmışdır. "Daha bir halqa", "Kolett", "Nəsə olsa bil ki, səni sevirəm", "Minari", "Müəllimim osminoq", "Ümid verən qız", "Ehkam" və "İki uzaq yad" filmləri isə bir mükafat qazanmışdır.

2006-cı ildə baş tutan 78-ci Oskar mükafatları mərasimindən sonra ilk dəfə 2020-ci ildə heç bir film üçdən artıq mükafat qazanmamışdır. 1972-ci ildə baş tutan 44-cü Oskar mükafatlarının Çarli Çaplinə Fəxri mükafat verilməsi ilə başa çatmasından sonra, 2020-ci ilin mərasimi "Ən yaxşı film" nominantının elan edilməməsi ilə başa çatan ikinci mərasim (mərasim Ən yaxşı kişi və Ən yaxşı qadın nominasiyalarının elan edilməsi ilə başa çatmışdır) olmuşdur.[3]

2020-ci ilin mükafatlandırma mərasimi 9.85 milyon izləyici sayı ilə tarix boyunca ən az izlənən mərasim olmuşdur.[4]

Xloya Çjao,Ən yaxşı film həmmüəllifi və Ən yaxşı rejissor
Entoni Hopkins, Ən yaxşı aktyor
Frensis MakDormand, Ən yaxşı aktrisa və Ən yaxşı film həmmüəllifi
Daniel Kaluuya, Ən yaxşı ikinci plan aktyoru
Yun Yödjon, Ən yaxşı ikinci plan aktrisası
Emerald Fennell, Ən yaxşı orijinal ssenari müəllifi
Florian Zeller, Ən yaxşı uyğunlaşdırılmış ssenari həmmüəllidi
Tomas Vinterberq, Ən yaxşı əcnəbi film rejissoru
Con Batista, Ən yaxşı orijinal film musiqisi həmmüəllifi

Qaliblər sıralamada birinci göstərilərək, qalın şriftlə qeyd edilmiş və qoşa xəncər simvolu ilə vurğulanmışdır (‡).[5]

  • Ata – Kristofer Hempton və Florian Zeller, Zellerin "Ata" pyesi əsasındadouble-dagger
    • Borat 2 – Ssenari: Saşa Baron Koen, Piter Beynam, Cena Fridman, Entoni Hayns, Li Kern, Den Mazer, Erika Rivinoya və Den Svimer; Hekayə: Saşa Baron Koen, Entoni Hayns, Nina Pedrad və Den Svimer; Saşa Baron Koenin personajı əsasında
    • Köçərilərin torpağı – Xloya Çjao, Cessika Bruderin "Köçərilərin torpağı" kitabı əsasında
    • Bir gecə Mayamidə... – Kemp Pouers, "Bir gecə Mayamidə" pyesi əsasında
    • Ağ pələng – Ramin Bahrani, Aravind Adicanın "Ağ pələng" romanı əsasında
  • Müəllimim osminoq – Pippa Ehrlix, Kreyq Foster və Ceyms Rid double-dagger
    • Kollektiv – Aleksandr Nanau və Byanka Oana
    • Krip Kamp – Sara Bolder, Cim LiBrext və Nikol Nyuhem
    • Köstəbək casus – Maiti Alberdi və Marçela Santibanez
    • Zaman – Qarret Bredli, Loren Domino və Kellen Kuinn
  • Kolett – Elis Doyard və Entoni Ciaççinodouble-dagger
    • - Konsert - ünsiyyətdir – Kris Bouers və Ben Praudfut
    • Ayırma – Şarlott Kuk və Anders Hammer
    • Ac palata – Skye Fitcerald və Maykl Şerman
    • Lataşa üçün sevgi nəğməsi – Sofiya Nahali Ellison və Canis Dunkan
  • İki uzaq yad – Trevon Fri və Martin Dezmond Roedouble-dagger
    • Hissiyyatlı – Doq Roland və Syuzan Ruzenski
    • Məktub otağı – Elvira Lind və Sofiya Sondervan
    • Hədiyyə – Ossama Bavardi və Fərəh Nabulsi
    • Ağ göz – Şira Hoxman və Tomer Şuşan
  • Nəsə olsa bil ki, səni sevirəm – Maykl Qovier və Uill MakKormakdouble-dagger
    • Dəlik – Maykl Kapbarat və Medlin Şarafyan
    • Dahi Loki – Adrien Meriqau və Amauri Ovise
    • Opera – Erik Oh
    • Yes-People – Arnar Gunnarsson və Gisli Darri Halldorsson
  • Metalın səsi – Ceymi Baxşt, Nikols Beker, Filip Blad, Karlos Kortes və Mişel Kouttolençdouble-dagger
    • Qreyhaund – Beu Borders, Maykl Minkler, Uorren Şou və Devid Uiman
    • Mank – Ren Klays, Dryu Kunin, Ceremi Molod, Natan Nansi və Devid Parker
    • Dünya xəbərləri – Uilyam Miller, Con Pritçett, Mayk Prestvud Smit və Oliver Tarni
    • Ruh – Koya Elliot, Ren Klays və Devid Parker
  • Mank – Quruluşçu-dizayn: Donald Qreham Bört; Dekorator: Jan Paskaldouble-dagger
    • Ata – Quruluşçu-dizayn: Piter Frensis; Dekorator: Keti Fizerstoun
    • Ma Reyni:Bluzun anası – Quruluşçu-dizayn: Mark Riker; Dekorator: Karen O'Hara və Diana Stoqton
    • Dünya xəbərləri – Quruluşçu-dizayn: Devid Krenk; Dekorator: Elizabet Kinan
    • Ehkam – Quruluşçu-dizayn: Natan Krouli; Dekorator: Keti Lukas
  • Ma Reyni:Bluzun anası – Sercio Lopez-Rivera, Miya Nil və Camika Vilsondouble-dagger
    • Emma – Laura Allen, Maris Lanqan və Klaudiya Stolçe
    • Elegiya Hillbilli – Patrisiya Dehani, Erin Kruger Mekaş və Metyu Manql
    • Mank – Kollin LaBaff, Kimberli Spiteri və Cici Vilyams
    • Pinokkio – Dalia Kolli, Mark Koulier və Françesko Peqoretti
  1. Başqa ərazilərdə oln bəzi namizədlər mərasimə peyk bağlantısı vasitəsi ilə qoşulmuşlar.
  1. "The Academy and ABC Set April 25, 2021 as New Show Date for 93rd Oscars®". Oscars.org. June 15, 2020. February 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2021.
  2. "Review: Not quite a movie, but the Oscars were a love letter - seattlepi.com". 2021-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-27.
  3. Hammond, Pete. "Oscars Analysis: Unique Ceremony Was A Game Effort, But There Just Wasn't Enough Of The Promised "Movie Love"". Deadline (ingilis). April 26, 2021. April 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2021.
  4. Battaglio, Stephen. "Oscars telecast draws 9.85 million viewers for ABC, a record low". Los Angeles Times. April 26, 2021. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2021.
  5. "2021". Oscars.org | Academy of Motion Picture Arts and Sciences (ingilis). March 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 7, 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Rəsmi sayt

  • oscar.go.com — Academy Awards rəsmi saytı
  • oscars.org — The Academy of Motion Picture Arts and Sciences rəsmi saytı