Osman Ərbaş (türk. Osman Erbaş; 20 mart 1962 – 4 mart 2021, Tatvan[d], Bitlis ili) — Türkiyə Silahlı Qüvvələrinin 8-ci Ordu Korpusu komandiri, general-leytenant.[1]
Osman Ərbaş | |
---|---|
türk. Osman Erbaş | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 mart 1962 |
Vəfat tarixi | 4 mart 2021 (58 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | AS532 vertolyotunun qəzası |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Türkiyə Quru Qoşunları |
Rütbəsi | general-leytenant |
Osman Ərbaş 1962-ci ildə Yozqat ilinin Yerkənd ilçəsində anadan olmuşdur. Əslən Yerkəndli idi. İbtidai və orta məktəbi Yozqatda oxudu. Daha sonra Milli Müdafiə Universiteti nəzdində Quru Qoşunları məktəbi ali hərbi təhsil müəssisəsinə daxil oldu.[2]
Evli idi. 2007-ci ildə atasını, ölümündən 7 ay öncə isə anasını itirmişdir.[3]
Ərbaş hərbi məktəbini bitirdikdən sonra Türkiyənin müxtəlif bölgələrində xidmət etmişdir.
Ərbaş 2016-cı ildə General-mayor rütbəsi ilə Adana 6-cı mexanikləşdirilmiş piyada diviziyası komandiri vəzifəsini icra edirdi.
15 İyul çevriliş cəhdi zamanı şəhid olan polis və əsgərlərin dəfnində etdiyi nitqdə çevrilişçilərə reaksiya göstərərək:
"Türk əsgəri qatil deyil.. Onlar Türk əsgəri deyil qatildirlər!! Türk əsgəri vətəndaşını öldürməz.. Vətəndaşına qurşun sıxmaz!!”[4][5][6][7] |
demiş və şəhid ailələrini qucaqlayıb təsəlli etmişdir.
General-leytenant Osman Ərbaş YAŞ qərarı ilə Elazığ 8-ci Ordu Korpusu komandirliyinə təyin edilmişdi.
General-leytenant Ərbaş təxminən 5 ildir, Elazığ 8-ci Ordu Korpusu komandirliyini icra edirdi. Ərbaşın növbəti YAŞ toplantısında Dörd ulduzlu general vəzifəsinə yüksəlməsi gözlənilirdi.[8][9]
4 mart 2021-ci ildə Bingöldən havaya qalxan Türkiyə Quru Qoşunlarına məxsus Eurocopter Cougar tipli helikopterin Bitlis Tatvan sərhədlərində qalxdıqdan təxminən 30 dəqiqə sonra qəzaya uğraması nəticəsində öldü.[10][11] Helikopterdəki 11 hərbi qulluqçu öldü, ikisi isə yaralandı.[12][13]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |