Türkiyə Artilleriya və Raket Məktəbi, Ankaranın Polatlı səmtində yerləşən Təhsil və Doktrin Komandanlığına bağlı bir hərbi hissədir. Briqadir Sebahattin Türker məktəbin komandiridir. Türkiyə Quru Qoşunları üçün “artilleriya” sinifində zabitləri, kiçik zabitləri və mütəxəssis çavuşların yetişdirilməsindən məsuldur. Əvvəlcə məktəbdə nəzəri təhsil dərsləri alınır, coğrafi analiz sistemləri ilə ətraflı təhsil tətbiq olunur. Yüksək müşahidəçi simulyatoru ilə əraziyə çıxmazdan əvvəl məşqlər həyata keçirdilir, daha sonra Fırtına haubitsaları ilə müharibə ssenariləri tətbiq edilərək təyin edilmiş hədəflər vurulur. Qalan müddət ərzində çətin ərazi şərtlərinə alışmaq üçün idman fəaliyyətləri həyata keçirdilir.
Türkiyə Artilleriya və Raket Məktəbi | |
---|---|
Topçu ve Füze Okulu | |
Növü | Artilleriya |
Yaranma tarixi | 1941 - müasir dövr |
Ölkə | Türkiyə |
Tabedir | Türkiyə Silahlı Qüvvələri |
Qərargah | Poladlı, Ankara |
Marşı | Artilleriya Marşı |
Komandanlıq | |
Komandir | Briqadir Sebahattin Türker |
Artilleriya və Raket Məktəbinin təməli Osmanlı sultanı I Mahmudun dövründə Üsküdarda qurulan Qumbaraçı Ocağına əsaslanır. III Səlim tərəfindən əvvəlcə Eyüpdə Mühendishane-i Sultani adı ilə açılan və fəaliyyətinə davam edən məktəb, 1795-ci ildə Mühendishane-i Berr-i Hümâyun adı altında Halıcıoğluna köçürüldü. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı qısa bir müddət artilleriya zabitləri yetişdirmək üçün artilleriya təlimatçısı vəzifəsini Konyada davam etdirmişdir. 1923-cü ildə İstanbul Metrisdə Artilleriya Atıcılıq Məktəbi adı ilə fəaliyyətini davam etdirən məktəb, 1941-ci ildə Artilleriya və Artilleriya Atıcılıq Məktəbi adı altında Poladlıya köçürüldü. 1962-ci ildə isə indiki adını Artilleriya və Raket Məktəbi adını almışdır.