Osmanlı-Venesiya müharibəsi və ya Kipr səfəri — Osmanlı-Venesiya müharibələrinin dördüncüsüdür. 1570-1573-cü illər arasında Osmanlı imperiyası ilə Venesiya Respublikası arasında baş vermişdir.
Osmanlı–Venesiya müharibəsi | |||
---|---|---|---|
Osmanlı-Venesiya müharibəsi | |||
Tarix | 27 iyun 1570 — 7 mart 1573 | ||
Yeri | Egey dənizi və İon dənizi | ||
Səbəbi | Osmanlı genişlənməsi | ||
Nəticəsi |
Osmanlı qələbəsi Malta Osmanlı hakimiyyəti altında qalır Kipr (ada) Osmanlı hökmranlığına keçir Lepanto döyüşü sonrası Aralıq dənizi üzərindəki nəzarət faktiki olaraq ikiyə ayrılır. |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
XVI əsrin II yarısında II Səlimin dövründə Osmanlı imperiyasının yeritdiyi xarici siyasətin əsasında əvvəlki dövrlərdə olduğu kimi ziddiyyətli problemlərin hərbi yolla həll edilməsi planı dururdu. Bu məqsədlə Osmanlı imperiyası Avropa cəbhəsində hərbi əməliyyatlara aparıldı. Papa V Pius İspanya kralı və Venesiya ilə birləşərək, 15 may 1571-ci ildə Müqəddəs İttifaq yaratdı və Osmanlı dövlətinə qarşı xaç yürüşünə başladı. 1570-1573-cü illər arasında davam edən Osmanlı-Venesiya müharibəsində Venesiya ilə bir antiosman blokunda İspaniya, Malta, Genuya, Savoyya və başqa İtaliya dövlətləri, həmçinin Roma papası vuruşurdu. 1571-ci ildə Lepanto yaxınlığındakı dəniz savaşında əlib dəniz qüvvəlləri türk donanmasını məğlub etdi. Bu döyüş Osmanlı qüvvələrinin qələbəsi ilə nəticələnən Osmanlı-Venesiya müharibəsi zamanı Osmanlı imperiyasının hərbi qüdrətinin zəiflədiyini göstərən ilk döyüş əməliyyatı idi.[1]
Zəngin və böyük Kipr adası 1489-cu ildən bəri Venesiya hakimiyyəti altındadır. Krit ilə birlikdə, Venesiyanın xarici ərazilərinin ən vaciblərindən biri idi. XVI əsrin ortalarında, təqribən 160.000 nəfər əhalisi olan adanın ticarət yollarının ortasında olması ilə yanaşı, həm də bərəkətli torpaqlarında pambıq və şəkər yığılırdı. Koloniyanın ərazisindən ən uzaq olanları qorumaq üçün Venesiyalılar bir müddət hətta məmlüklərə 8 min dukat məbləğində illik qızıl vergisi verməyə razı olmuşlar. 1517-ci ildə Məmlüklar Osmanlı hakimiyyətinə keçdikdən sonra belə müqavilə Osmanlılarla davam etdirildi. Ancaq adanın Osmanlı torpaqlarının ortasında olması onu gələcəkdə mümkün bir hədəfə çevirdi. Eyni zamanda həcc ziyarətinə gedən müsəlmanlar adada dayanan quldurların davamlı hücumlarına məruz qalması əsas məsələlərdən biri idi. 1568-ci ildə imzalanan Ədirnə müqaviləsi ilə dayandırılan Osmanlı-Avstriya müharibələri sayəsində Osmanlılar nəhayət Kipri gündəmə gətirdi. 1566-cı ildə II Səlim taxta gələndə adanın ələ keçirilməsinə üstünlük verdi.[2] Bu zaman Venesiyayla imzalanan barış müqaviləsi Şeyxülislam Əbussuud Əfəndi tərəfindən Kiprin qədim bir İslam torpağı olduğu səbəbiylə etibarsız sayıldı və yenidən fəth üçün hərbi əməliyyat qarşısındakı qanuni maneə qaldırıldı. II Səlimin laləsi Lələ Qara Mustafa Paşa quru qoşunlarının komandanı olarkən Müəzzinzadə Əli Paşa donanmanın başçısı təyin edilir. Əli Paşa donanma mütəxəssisi olmadığı üçün köməkçi olaraq dənizçi Piyalə Paşanı gətirir.[3][4]
Osmanlı ambisiyaları aydın olduqda Venesiya hazırlıqlara başlayır. Daim genişlənən Osmanlı donanması və Malta əleyhinə uğursuz cəhddən sonra sırada Kiprin olduğu aydın olur. Xüsusilə 1568-ci ildə Osmanlı donanması ilə bağlı bəzi gəmilər araşdırma üçün Kipr limanlarına gəlməsi diqqət çəkmişdir. Bundan sonra Venesiya Respublikası Kpir, Krit və Korfudakı qalaların istehkamlarının genişləndirilməsi üzrə işlərə başlayır. Müdafiə təkmilləşdirilmiş və uzaqda olan Krit və Kiprin uzaq istehkamları uzun müddət özü özünə təmi edə biləcək şəkildə gücləndirilir. Lakin məlum idi ki, uzun bir mühasirədə olduğu təqdirdə, təchizat və sursat qıtlığının olacağı aşikar idi. Venesiyalıların kömək edəcəyinə ümid etdiyi İspaniya İmperiyası bu dövrdə Morisko üsyanı və Hollandiyanın öz ərazisində üsyanı ilə məşğul idi. Venetianların daha bir problemi isə odur ki, əsasən ortodoksal yunanlardan ibarət ada insanlarının Katolik Venesiyalılardan razı qalmamalarıdır.[5]
Nəhayət, hazırlıqların başa çatması ilə bərabər 1570-ci ilin mart ayında Venesiyaya göndərilən Osmanlı səfiri Kipr ərazisinin Osmanlılara verilməsini tələb edən ultimatumla çıxış edir. Ultimatum isə rədd edilir.
27 iyun 1570-ci il tarixində 350-400 parça gəmi və 60-100 min əsgərlə yola çıxan Osmanlı donanması 3 iyul günü heç bir müqavimət görmədən adanın cənubundakı Larnaka yaxınlığından quruya çıxaraq paytaxt Nikosiyaya doğru irəlilədi. Adadakı Venesiyalılar çıxartma əsnasında müdafiə olunmağı düşünsələr də, Osmanlı donanmasının böyüklüyü qarşısında bundan imtina etdilər. Müdafiədə gözləmək və köməyin gəlməsini gözləmək üstünlük təşkil edir. Nikosiya mühasirəsi 22 iyul 1570-ci il tarixindən 9 sentyabra qədər 7 həftə davam edir. Şəhər divarları altında qazılan yeraltı xəndəklər və güclü tüfəng növü sayəsində şəhər düşür. Müqəddəs İttifaqın bir hissəsi olaraq meydana gələn və Venesiya Respublikası, Papa dövləti və İspan gəmilərindən ibarət olan Səlib donanması, Kiprə girmək üzrə olarkən Kritdən aldığı Nikosyanın süqutu xəbərinə geri döndü. Nikosyanın süqutundan sonra şimaldakı Kiriniya qalası ad müqavimət göstərmədən təslim oldu. 15 sentyabr 1570-ci il tarixində Osmanlı süvariləri son istehkam olan Famaqusta qarşısında görüldü. Bu mərhələdə, ümumi Venesiya itkiləri, yerli xalqın itkiləri daxil 56 min ölü və ya əsir olur. Famaqustanı müdafiə edənlərin sayısı isə 8500 əsgər və 90 topdur. Qala komandiri Marko Antonio Barbaro 11 ay davam edəcək və tədricən artaraq sayısı 200 min əsgər və 145 topa çatan Osmanlı ordusuna qarşı müqavimət göstərəcəkdir. Osmanlı donnanması şəhəri dənizdən də tamamilə əhatə edəcək gücündən uzaq olduğu üçün Venesiyalılara ərzaq və birlik dəstəyi ala bilirdilər. Bu arada Sadrazam Sokollu Mehmet Paşa da venesiyalılara güzəştə getməyə çalışdı və Sadrazam Famaqustanda bir Venesiya ticarət koloniyasının qalması şərti ilə bütün adanın Osmanlılara verilməsini istədi.Lakin uzun sürən mühasirənin uğursuzluğu və yeni yaranmaqda olan Müqəddəs İttifaq donanmasının təşviqi ilə Venüsiyalılar təklifi rədd etdilər. Ancaq qala komandiri Bragadin tərəfindən tutulan müsəlmanlara edilən işgəncə aşkar edildikdə, Lalə Mustafa Paşa bu şəxsi işgəncə ilə öldürməyə qərar verir. Yanındakılar da öldürülür və ya əsir kölə olaraq satılması üçün götürülür.[6]
Osmanlı donanması Kiprdə olarkən Venesiya özünə tez bir zamanda müttəfiq axtarışına gedir. Osmanlılarla çox az müddət əvvəl sülh bağlamış olan Müqəddəs Roma İmperiyası bu sülhü pozan tərəf olmaq istəmirdi. Fransızlar Osmanlı ilə müttəfiq idi, Reç Pospolita isə Çar Rusiyası ilə qarşıdurma vəziyyətində idi. İspanyalılar, Maltanın böyük mühasirəsi zamanı kömək göndərməyən Venesiyalılara qəzəbli idi və II Filipp şimali Afrikaya köklənmişdi. Bu fərqlərə baxmayaraq, Papa V Pius araya girərək Müqəddəs İtiffaqın yaradılmasında uğur qazanacaq və 15 may 1571-ci il tarixində imzalanacaqdı. İtiffaq müqaviləsinə görə Messina limanında toplanacaq olan Səlib donanması Johann von Österreiçin komandanlığı altında olacaq. Bu vaxt Kiprdə mühasirədə olan Famaqusta şəhərinin zəbt olunduğu xəbəri gəlir. Yola çıxmaq üzərə olan donanmada fərqli ölkələrdən gələn komponentlər arasında şiddətli rəqabətlər problem yaradır. Dəniz komandanlığı müxtəlif ölkələr arasında bölünür. Osmanlı donanması Müəzzinzadə Əli Paşanın komandanlığı altında Lepanto açıqlığındadır. Hər iki tərəf də kəskin bir mühabirəyə hazırlaşaraq Aralıq dənizindəki donanmalarının əksəriyyətini Aralıq dənizində bir araya gətirdi. Hər iki tərəfin gücü təxminən bir-birinə bərabərdir. Osmanlı gəmilərinin sayı daha çox olsa da, səlibçilərin donanması daha güclü gəmilərdən ibarət idi. Hər iki donanmada 30 min əsgər olmasına baxmayaraq, səlib toplarının sayı isə çoxdur.
Osmanlı donanmasında arkebuz və oxçu sayı diqqət çəkirdi. 7 oktyabr günü olan mübaribədə Səlib donanması qalib gəlir, Osmanlı donanması böyük bir insan və gəmi itkisi yaşadı. Döyüş 1538-ci ilində Preveze dəniz döyüşü nəticəsində dənizlərə qurulmuş Osmanlı hökmranlığı aradan götürülür. Döyüşün Səlibçilər baxımından qısa müddətli alınması demək olar ki, heç vaxt olmamışdır. Şəlibçilərin parçalanmış donanması müxtəlif siyasi gündəmlər və qış şərtləri səbəbiylə üstünlüyü istifadə edə bilmədi. Osmanlılar isə qış aylarında çox işləməklə donanmalarını demək olar ki, bərpa etdilər. Osmanlılar Dalmatsiya sahillərindəki Venesiya torpaqlarına hücum etmişdir. Lepanto döyüşü sonrakı vəziyyət, Sokollu Mehmed Paşa tərəfindən Venesiya elçisinə xülasə edildiyi kimiː
Xristianlar saqqalımı qırxdırdılar, ancaq mən onların bir qolunu kəsdim. Qırxılmış saqqal yenidən çıxar, amma kəsilmiş qol geri qayıtmır. |
Bu şərhə baxmayaraq, Osmanlı itkiləri uzun müddət təsir göstərəcək qədər ağır idi. Döyüşdə həyatını itirən donanmanın çox nüfuzlu komandirləri, zabitləri, dənizçiləri və topçularının qısa zamanda yenidən gəlməsi imkansız idi. Venesiyalılar və İspaniyalılar bu texnik insanların yerlərinin asanlıqla doldurulmayacağını bildikləri üçün əsir götürdükləri bütün məhbusları qılıncdan keçirtmişdilər. Əvvəlki dövürdə Malta mühasirəsindəki uğursuzluğun ardından bu məğlubiyətlə əslində Aralıq dənizi faktiki Səlibçilər və Osmanlılar arasında ikiyə bölünmüş olur. Şərqi Aralıq dənizi Osmanlı nəzarətinə keçdikdə, qərbdə Osmanlı təsiri azalaraq, əhəmiyyətsiz qalacaqdı. Növbəti il Qılınc Əli Paşa yeni donanmayla Peloponnesə səfər hazırlasa da texnik gücünün və təcrübəsinin Səlibçilərdən az olduğunu başa düşərək böyük müharibələrdən çəkinərək düşmən sahillərinə hücum edəcək sonra da təhlükəsiz Modon limanına sığınacaqdı. Sonrakı dövrdə Səlibçilərin müxtəlif gündəmləri və maraqları birlikdə hərəkət etmələrini əngəlləyirdi. İspanlılar Tunisə hücum edərək ələ keçirirlər. Venesiya isə Dalmatsiyadakı torpaqları mühafizə altına almaq üçün Osmanlılar ilə razılaşma edir.