Osteoglossiformes

Aravanokimilər (lat. Osteoglossiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.

Aravanokimilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Dəstə:
Aravanokimilər
Beynəlxalq elmi adı

Yura dövründən məlumdur. Uzunluğu 10–12 sm-dən 4,6 m-ədək, çəkisi 200 kq-adək (arapayma) olur. Bədəni uzunsov, üzəri sikloid pulcuqlarla örtülüdür, başında sümük lövhələr olur; bel və anus üzgəcləri çox aralıdır. Üzmə qovuğu açıq tiplidir, göz-gözdür, havanın oksigenini uda bilir; bəzi növlərində də oksigeni udan qəlsəməüstü orqan var. Vaxtaşırı oksigenin çatışmadığı ot basmış su hövzələrində yaşayır. 4 fəsiləsi, 9 cinsi və 14 növü məlumdur. Braziliya, tropik AfrikaAvstraliya, Sumarta və Borneo adalarının şirin sularında məskunlaşmışdır. Yırtıcıdır. Bir çox aravanokimilər qiymətli ov balıqlarıdır, bəziləri akvariumlarda yetişdirilir.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 594. ISBN 978-9952-441-02-4.