Otello Qaggi — İtalyan anarxo-sindikalist, mühacir.
Otello Qaggi | |
---|---|
it. Otello Gaggi | |
Doğum tarixi | |
Doğum yeri | San Ciovanni Valdarno, İtaliya |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | Semipalatinsk, Qazaxıstan |
Həyat yoldaşı | Tamara Laxtina |
Uşağı | Lilin (qızı) |
Atası | Silvio Gaggi |
Anası | Adele Rossi |
Milliyyəti | İtalyan |
Fəaliyyəti | İşçi |
1896-cı il 6 mayda Arezzo şəhərində anadan olan Otello aktivist həyatına 1911-ci ildə Liviyanın işğalına qarşı çıxaraq başlamışdı. 1915-ci ildə 35-ci piyada diviziyasında əsgərliyə göndərilmiş, lakin fərarilik etdiyi üçün həbs olunmuşdu. 1917-ci ildə ordudan qovulmuşdu. 1921-ci ildə mədəndə işləyən fəhlə Aqostino Lonqinin ölümündən sonra başlayan anarxistlərin Kastelnuovo dei Sabioni üsyanında siyasi qətl törətməklə təqsirli bilinərək 30 il həbs cəzası və 165 italyan lirəsi cərimə almışdı. 6 iyun 1921-ci ildə həbsdən qaçmış, bir müddət San Marinoda gizlənmişdi. Ordan da qaçaraq gəmi ilə Odessaya gəlmişdi. Oradan da qızı Lilin ilə Bakıya gəlmişdi. Gəldikdən bir neçə ay sonra, 1922-ci ilin noyabrında Bakıda həbs edilmişdi, dekabr ayında Qafqazdakı SR təşkilatları ilə əlaqədə təqsirli bilinmişdir. 3 il həbs olunmuş və Çelyabinsk həbsxanasına göndərilmişdi. 1928-ci ildə Moskvaya köçmüş, Uruqvay və Argentina səfirliklərində işləmişdi. Sonrakı illərdə rus polis N.M.Laxtina ilə evlənmişdi. 1935-ci ildə həyat yoldaşı ilə birlikdə həbs olunmuşdu. Trotskist olaraq təqsirləndirilən ailə Sibirə sürgün edilmişdi. 1945-ci ildə Qazaxıstanda vəfat etmişdi.