Oval kabinet (ing. Oval Office) — ABŞ Prezidentinin Ağ Evdəki iş otağıdır (ofisi).
Oval kabinet | |
---|---|
38°53′51″ şm. e. 77°02′15″ q. u. | |
Ölkə | |
Tikilmə tarixi | 1909 |
Vikianbarda əlaqəli mediafayllar |
Binanın qərb hissəsində yerləşən və cənuba baxan üç böyük pəncərəsi və dörd qapısı var. Şərqi Qızılgül bağına, qərbi kiçik şəxsi ofis və yeməkxanaya, şimal-qərbi qərb qanadının dəhlizinə, şimal-şərqi isə Prezidentin katibinin kabinetinə açılır. Dövlət başçısının masası cənub pəncərələrinin qarşısındadır. Şimal tərəfdə kamin var.
Oval kabinetin ilk versiyası 1909-cu[1] Prezident Uilyam Taftın rəhbərliyi altında memar Neytan Vayt tərəfindən hazırlanmışdır.
1934-cü ildə Prezident Ruzveltin rəhbərliyi altında kabinet yenidən qurulmuşdur. Onun modernləşdirilməsi Erik Qaqler tərəfindən həyata keçirilmişdir[2].