Ovnatan Ovnatanyan

Ovnatan Ovnatanyan (erm. Հովնաթան Հովնաթանյան; 1730-cu illər[1], Şurud[1]1801[1], Tiflis[1]) — erməni rəssamı, Akop Ovnatanyanın oğlu, II İraklinin saray rəssamı.

Ovnatan Ovnatanyan
Doğum tarixi 1730-cu illər[1]
Doğum yeri
Vəfat tarixi 1801[1]
Vəfat yeri
Atası Akop Ovnatanyan (böyük)[1]
Fəaliyyəti rəssam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1730-cu ildə Üçkilsədə irsi erməni sənətkarı ailəsində anadan olmuşdur. Ovnatan Ovnatanyan Akop Ovnatanyanın oğlu idi. O, II İraklinin saray rəssamı kimi çalışmışdır. 1782–1786-cı illərdə tələbələri ilə birlikdə Üçkilsədə kafedralının 1721-ci ildə babası Hövnətan Naqaşın çəkdiyi rəsm əsərini bərpa edib tamamlamışdır. O, həmçinin oğlu Mkrtum tərəfindən tamamlanan Noraşen kilsəsinin rəsmlərinin müəllifidir. Bu rəsmlərin mövzusu narıncı-qırmızı və mavi-bənövşəyi tonlarda hazırlanmış müxtəlif çiçək naxışlarıdır. O, bir sıra müqəddəslərin şəkillərini və İncil mövzularında kompozisiyaları icra etmişdir. Onlardan bəziləri indi Ermənistanın sənət qalereyasında saxlanılır.[2][3]

1801-ci ildə Tiflisdə vəfat etmişdir.

  1. 1 2 3 4 5 6 7 8 9 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. «Популярная художественная энциклопедия» 2-я книга, издательство «советская энциклопедия», 1986 г.
  3. М. Казарян «Художники Овнатаняны» Москва, 1969 г.