Noraşen kilsəsi (Tbilisi)

Tanrı anasının yüksəlişi kilsəsi və ya Noraşen kilsəsi (gürc. ნორაშენი, erm. Նորաշեն) – Tbilisidə yerləşən Erməni Həvari kilsəsidir. Kilsə, şəhərin Qədim şəhər rayonunda, Kote Abxazi küçəsində yerləşir. Noraşen kilsəsinin sağ tərəfində Sioni kafedralı, sağ tərəfində Cvaris Mama kilsəsi, bir qədər aralıda isə Tbilisi sinaqoqu yerləşir.

Noraşen kilsəsi
gürc. ნორაშენი
erm. Նորաշեն
Xəritə
41°41′27″ şm. e. 44°48′23″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Şəhər Tbilisi
Yerləşir Tbilisi
Aidiyyatı Erməni Həvari kilsəsi
Əsas tarixlər 1650, 1795, 1808, 1875 - bərpa və yenidənqurma işləri aparılıb
Tikilmə tarixi 1790-1796
Günbəzləri 1
Vəziyyəti fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XV-XIX əsrlər

[redaktə | mənbəni redaktə et]

Hazırkı kilsənin yerində ilk məbəd 1467-ci ildə Sadat adlı bir nəfər tərəfindən atası, həyat yoldaşı və uşaqlarının xatirəsinə inşa edilmişdir. 1650-ci illərdə knyaz Xoca Nəzərin sifarişi ilə kilsədə bərpa və yenidənqurma işləri aparılmışdır. Həmin dövrdə kilsənin günbəzi ustad Petros tərəfindən inşa edilmişdir. 1795-ci ildə kilsə knyaz Bebutovun, 1808-ci ildə Katolikos Nersesin göstərişi ilə bərpa edilmiş, 1875-ci ildə kilsədə kiçik təmir işləri aparılmışdır.

Minas Medits tərəfindən tərtib edilmiş “Tbilisidəki erməni kilsələrinin təsviri” adlı siyahıda Noraşen kilsəsi xatırlanmır.

SSRİ dövründə

[redaktə | mənbəni redaktə et]

1924-1925-ci illərdə Kote Abxazi küçəsinin inşası zamanı kilsənin sökülməsi planlaşdırılsa da, sonradan küçənin daha kiçik ölçülü yaradılmasına görə sökülməyə ehtiyac qalmamışdır.

1934-cü ildə kilsə Teatr muzeyinin tabeliyinə verilmişdir. Akakiy Paqava və İvan Yenikolopovun rəhbərlik etdiyi kommisiya kilsədən bütün dini yazı və elementlərin yığışdırılmasını və bəzi əlavə tikinti işlərinin həyata keçirilməsini tələb etmişdir.[1]

1937-1990-cı illərdə, SSRİ ərazisindəki bir çox dini məbədlər kimi Noraşen kilsəsi də bağlı olmuşdur. Həmin dövrdə kilsə binasından kitab anbarı kimi istifadə olunmuşdur.

Mübahisə mövzusu

[redaktə | mənbəni redaktə et]

Gürcüstanın müstəqillik əldə etməsindən sonra Gürcü pravoslav kilsəsi, Noraşen kilsəsinin yaxınlıqdakı Sioni və Cvari Mama kilsələri ilə kompleks təşkil etdiyini və ilkin olaraq Gürcü pravoslav təriqətinə aid olduğunu bildirir. Buna görə də, Noraşen kilsəsi hazırda Erməni Həvari və Gürcü Pravoslav kilsələri arasında mübahisə obyektidir. Erməni mənbələri gürcülərin kilsədəki erməni dilli kitabələri dağıtmağa çalışdığını və gürcü yazılı qəbir daşları gətirdiyini iddia edirlər.[2]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kilsə, fasadları dekorativ tağlarla bəzədilmiş tipik günbəzli bazilika quruluşuna malikdir. Qərb fasadı üzərində açıq rotonda formalı zəng qülləsi yerləşir.

Kilsənin interyerləri Ovnatyan qardaşları tərəfindən çəkilmiş freskalarla bəzədilmişdir. Kilsənin həyətində Lida Tamaşyan, Katarine Pridonyan və Vardanyan ailəsinin bir neçə nümayəndəsi dəfn edilmişdir.

  1. Натела Вачнадзе «Арсенишвили Д. И.: Эскизы к творческому портрету» Тбилиси: Изд-во Тбилисск. Ун-та, 1990
  2. Ghazinyan, Aris. "Crisis of Faith: Armenian identity threatened in Tbilisi". ArmeniaNow. 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2019.
  • Архитектура Тбилиси / Квирквелия Т. Р. — М.: Стройиздат, 1984. — 311 с. — 17 500 экз.