“Ox” teleserialının üçüncü mövsümünün premyerası The CW telekanalında 8 oktyabr 2014-cü ildə baş tutmuş, final seriyası isə 13 may 2015-ci ildə yayımlanmışdır. Üçüncü mövsümə ümumilikdə 23 seriya daxildir. Üçüncü mövsümdə əsas diqqət Ox komandasının Qatillər Liqasının rəhbəri Ras al-Qulla mübarizəsinə yönəldilib. Fleşbeklərdə Oliverin Honkonqda yaşayışı, A.R.G.U.S.-la əməkdaşlığı göstərilmişdir. Üçüncü mövsümdə yeganə şouranner Mark Quqqenheym olmuşdur.
III Mövsüm | |
---|---|
Ölkə | ABŞ |
Seriya sayı | 23 |
Ekranlaşdırma | |
Orijinal kanal | The CW |
Orijinal efir | 8 oktyabr 2014 | – 13 may 2015
Mövsüm xronologiyası | |
← Əvvəlki II mövsüm Sonrakı → IV mövsüm | |
Ox teleserialının seriyaları |
Üçüncü mövsüm hər hədtənin çərşənbə günü saat 20:00-da The CW telekanalında yayımlanmış, hər seriya orta hesabla 3.52 milyon izləyici toplamış və tənqidçilərdən qarışıq rəylər almışdır. Süjetin romantik məzmunu, Betmenə edilən həddən artıq açıq istinadlar və Ras al-Qul personajının yetərincə bitkin yazılmaması xüsusilə tənqid mövzusuna çevrilmişdir. Mövsümün ən yaxşı seriyaları kimi “Ox” serialının spin-offu olan “Fleş” serialı ilə illik krossoverin ikinci hissəsi olan “Cəsur və kobud” və əsas qəhrəmanla antaqonistin ilk dəfə açıq döyüşdə qarşılaşdığı “Qalxış” seriyası qiymətləndirilmişdir.
“Ox”un üçüncü mövsümü, ABŞ-la yanaşı digər ölkələrdə də yayımlanmışdır. Böyük Britaniyada mövsümü Sky1, Kanadada isə CTV telekanalları yayımlamışdır. Serial həmçinin Netflix və Rusiyada Sony Sci-Fi telekanalları tərəfindən yayımlanmışdır. Mövsüm ev üçün DVD formatında Region 1-də 22 sentyabr 2015-ci ildə, Region 2-də 28 sentyabr 2015-ci ildə, Region 4-də 23 sentyabr 2015-ci ildə yayımlanmışdır. Blu-ray formatda mövsüm Region A üçün 22 sentyabr 2015-ci ildə, Region B üçün isə 28 sentyabr 2015-ci ildə çıxarılmışdır.
II mövsümün sonunda Detstrouku zərərsizləşdirən Ox komandası Starlinq-sitinin Amanda Uollerin göstərişi ilə dağıdılmasının qarşısını alır. Baş verən bu hadisələr Roy Harperin komanda ilə daha da yaxınlaşmasını və aktiv şəkildə döyüşlərdə iştirak etməsinə imkan verir.
İkinci mövsümdə Nisə al-Qulla birlikdə Qatillər Liqasına qoşulub Starlinq-sitidən uzaqlaşan Sara naməlum səbəbdən yenidən şəhərə qayıdır. Şəhərdə naməlum oxçu tərəfindən vurulan Sara ölür. Nisə sevgilisinin qisasının alınması üçün liqa üzvləri ilə birlikdə şəhərə gəlir və qatilin qırx səkkiz saat ərzində tapılıb təhvil verilməyəcəyi təqdirdə sakinlərin qətlinə başlayacaqlarını bildirir. Oliver Saranın qatilinin çoxdan atası Malkolmla birlikdə şəhəri tərk etmiş bacısı Teya Kuin olduğunu öyrənir. Bacısını xilas etmək üçün Nisə ilə birlikdə Nanda Parbata gələn Oliver Ras al-Qulla görüşür. Ras onun bacısının əməlinin yalnız Oliverin Rasın varisliyini qəbul edəcəyi halda bağışlayacağını bildirir. Oliver imtina etdikdə Starlinqə gələn Ras Teyanı ölümcül yaralayır. Bacısının Lazar quyusu vasitəsiylə sağaldılması qarşılığında Oliver Rasın varisliyini qəbul etməli olur.
Atasının Oliveri varis seçməsindən qəzəblənən Nisə Nanda Parbatı tərk edərək Starliq-sitiyə gəlir və burda Lorel Lenslə yaxınlaşır. Nisənin məşqləri nəticəsində döyüş sənətinə yiyələnən Lorel tezliklə yeni Qara bülbül kimi Ox komandasına qoşulur. Nanda Parbatda Əl-Səhim adı ilə İblisin varisi elan edilən Oliverin yaddaşını silməyə çalışırlar. Oliver özünü qaydalara uyğun apararaq xilas olmaq üçün məqam gözləyir. Rasın virus vasitəsiylə Starlinqi dağıtmaq planın öyrənən Oliver kömək üçün keçmiş dostları və Ox komandasına müraciət etməli olur. Komanda Rasa əsir düşdükdə isə Fleş köməyə yetişərək onları xilas edir. Ras al-Qul və Ox arasında Starlinq-sitidə baş tutan təkbətək döyüş birincinin öldürülməsi ilə başı çatır. Oliver Qatillər Liqasına rəhbərliyi Malkolm Merlinə həvalə edir.
Əsas heyət[redaktə | mənbəni redaktə et]
|
İkinci heyət[redaktə | mənbəni redaktə et]
|
Qonaq ulduzlar[redaktə | mənbəni redaktə et]
|
Serialda No. |
Mövsümdə No. |
Başlıq | Rejissor | Ssenari müəllifi | Orijinal efir vaxtı | İstehsal kodu |
ABŞ izləyiciləri (milyon) |
---|---|---|---|---|---|---|---|
47 | 1 | Sakitçilik | Qlen Uinter | Hekayə: Qreq Berlanti & Endryu Kreysberq Ssenari: Ceyk Kobörn & Mark Quqqenheym | 8 oktyabr 2014 | 3J5151 | 2.83[12] |
Ox komandası yenidən şəhəri xilas etməklə məşğuldur və bu dəfə Roya Harper də tamhüquqlu üzv kimi komandanın işində iştirak edir. Felisiti mağazada çalışmağa çalışır, eyni zamanda Oliverə şirkətini qaytarmağa kömək edir, lakin onların rəqibi peyda olur. Starlinq-sitidə yenidən Vertiqo adlı narkotik maddənin satışına başlanılır. Naməlum səbəbdən Sara yenidən şəhərə qayıdır. Fleşbekdə Amanda Uoller tərəfindən Honq-Konqa gətirilən Oliver A.R.G.U.S.-a işləməyə məcbur edilir. | |||||||
48 | 2 | Sara | Vendi Stanzler | Ceyk Kobörn & Keto Şimizu | 15 oktyabr 2014 | 3J5152 | 2.32[13] |
Komodo ləqəbli təhlükəli muzdlu-oxçu Saymon Lakrua Starlinq-sitiyə gəlir və Oliver Saranın qətlində onun günahkar olduğunu düşünür. Oliver artıq altı aydır ki, heç bir xəbər ala bilmədiyi Teyaya görə narahat olur. Fleşbekdə Oliver Amanda Uollerdən qətl sifarişi alır. Hədəf Tommi Merlin göstərilir. | |||||||
49 | 3 | Korto Malteze | Stiven Surjik | Erik Oleson & Bet Şvartz | 22 oktyabr 2014 | 3J5153 | 2.55[14] |
Oliver Teyanı tapmaq üçün Korto Malteze adasına gəlir. Bu arada Lorel boks klubunda Ted Qrant adlı şəxsi dindirir. Oliver, Roy və Con A.R.G.U.S.-un məlumatlarının ötürülməsinin qarşısın almağa çalışırlar. Oliverin atasının necə ölməsini danışmasından sonra Teya yenidən Starlinq-sitiyə qayıdır. Saranın hara yoxa çıxdığını müəyyənləşdirmək üçün Nisə al-Qul Starlinq-sitiyə gəlir. | |||||||
50 | 4 | Fokusçu | Con Berinq | Mark Quqqenheym & Vendi Merikl | 29 oktyabr 2014 | 3J5154 | 2.49[15] |
Nisənin gəlməsindən sonra məlum olur ki, Sara Malkolm Merlini tapmaq üçün araşdırma aparırmış. Saranın çəkməsində aşkarlanan sübut sayəsində onlar Qara Oxçunu tapmağa müvəffəq olurlar. Oliver, Malkolmu öldürmək istəməsə də, Nisə israr edir. Fleşbekdə Oliver öyrənir ki, Lian Yuda Fayersin sərnişin təyyarəsini vurmaq cəhdi Amanda Uollerin növbəti tapşırığı olmuşdur. | |||||||
51 | 5 | Felisiti Smokun gizli mənşəyi | Maykl Şultz | Ben Sokolovski & Brayan Ford Sullivan | 5 noyabr 2014 | 3J5155 | 2.73[16] |
Gözlənilmədən Starlinq-sitidə elektrik enerjisi kəsilir və bütün bankların hesabından pul oğurlanır. Məlum olur ki, oğrular vaxtilə tələbə ikən Felisitinin yazdığı virus proqramını istifadə ediblər. | |||||||
52 | 6 | Günahkar | Piter Leto | Erik Oleson & Keto Şimizu | 12 noyabr 2014 | 3J5156 | 2.60[17] |
Starlinq-sitidə seriya qətllər baş verir. Bütün sübutlar Lorelin idman məşqçisi Ted Qrantı göstərir. Roy yuxuda qarabasmalar görür və Saranı öldürdüyünü düşünür. Fleşbeklərdə Oliver Çinli ağın yerini bilən adamın adını öyrənməyə müvəffəq olur. | |||||||
53 | 7 | Oxunu kənara qoy | Rob Hardi | Vendi Merikl & Bet Şvartz | 19 noyabr 2014 | 3J5157 | 2.64[18] |
Şəhərdə Kupidon ləqəbi ilə oxçu kimi fəaliyyət göstərən Kerri Katter peyda olur. Kupidonun əsas məqsədi Oxun diqqətini cəlb etməkdir. Bunun üçün o, bir neçə silsilə cinayətlər törədir. Fleşbeklərdə Oliver Maseonun axtarışı ilə məşğul olur. | |||||||
54 | 8 | Məğrur və kobud | Cessi Varn | Hekayə: Qreq Berlanti & Endryu Kreysberq Ssenari: Qreyni Qadfri & Mark Quqqenheym | 3 dekabr 2014 | 3J5158 | 3.92[19] |
Ox Kainatının ənənəvi krossoverinin ikinci hissəsidir. Ox komandası İntiharçılar dəstəsinin keçmiş üzvü olan avstraliyalı muzdlu Digger Harknesi axtarır. Kapitan Bumeranq ləqəbi ilə tanınan Digger dəmir bumeranqlar vasitəsiylə qətllər həyata keçirir. Vaxtilə Layla Harknessi zərərsizləşdirməyə çalışdığına görə, o qisas almaq üçün Diqlın həyat yoldaşı Laylanı axtarır. Kapitan Bumeranqın tutulmasına kömək etmək üçün Stenral-sitidən gəlmiş Fleş (Barri Allen) və onun dəstəsi Ox dəstəsinə kömək edir. Fleşbeklərdə Amanda Uoller Oliverə adam dindirməyi öyrədir. | |||||||
55 | 9 | Qalxış | Tor Freudental | Ceyk Koburn & Keto Şimizu | 10 dekabr 2014 | 3J5159 | 3.06[20] |
Nisə və özünü Sərab adlandıran Maseonun rəhbərlik etdiyi Qatillər liqası dəstəsi Ras al-Qulun göstərişi ilə Starlinq-sitiyə gəlir. Onlar Oliverə bildirirlər ki, əgər o, 48 saat ərzində Saranın qatilini tapıb təhvil verməsə Liqa, Starlinq-sitinin sakinlərini öldürməyə balayacaq. Saranın əsl qatilinin kim olduğunu müəyyənləşdirən Oliver Rasla danışmaq üçün şəxsən Nanda Parbata yola düşür. Fleşbekdə Oliver və Maseo Çinli ağın köməkçilərindən birini dindirərək müəyyənləşdirir ki, şəhərin məhv olmasını sayılı saatlar qalıb. Çinli ağ isə bu haqqda məlumat alaraq Maseonun evinə gəlir və onun həyat yoldaşı Tatsunu qaçırır. | |||||||
56 | 10 | Arxada tərk edilmişlər | Qlen Vinter | Mark Quqqenheym & Erik Oleson | 21 yanvar 2015 | 3J5160 | 3.06[21] |
Oliverin yoxluğunda Roy, Con və Felisiti, Kərpic ləqəbi ilə fəaliyyət göstərən Denni Brikuellin dəstəsi ilə mübarizə aparır. Kərpic Starlinq-sitinin ən kasıb rayonu olan Qleydsi ələ keçirməyə çalışır. Oliverin qərargahına gələn Malkolm Merlin qanlı qılıncı göstərərək Ras al-Qulun Oliveri öldürdüyünü məlumat verir. Felisiti Oliversiz komandanın əhəmiyyət daşımadığını düşünərək onu tərk edir. Seriyanın sonunda ölüm ayağında olan Oliveri Sərab və Tatsu xilas edir. Fleşbekdə Amanda Uoller Oliver və Maseoya deyir ki, “Omeqa” özü-özlüyündə təhlükəsizdir və yalnız “Alfa” ilə birləşdirildikdən sonra təhlükəli virusa çevrilir. Əməliyyat zamanı onlar Triadanın döyüşçüləri ilə üzləşirlər. Oliver “Alfa”nı əldə edir və Tatsunun yerinin müəyyənləşdirilməsi üçün Triadanın sağ qalmış son üzvünün üstünə dinləmə cihazı taxır. | |||||||
57 | 11 | Gecəyarısı şəhəri | Nik Kopus | Wendy Mericle & Ben Sokolowski | 28 yanvar 2015 | 3J5161 | 2.91[22] |
Bacısı Saranı əvəzləmək üçün Lorel Qara bülbül kostyumunu geyinir, lakin döyüş təcrübəsinin olmaması özünü göstərir. Roy və Con, onu bu yoldan döbdürməyə çalışırlar. Kərpic şəhər sovetinin üç üzvünü qaçırır və onların azad edilməsi üçün bütün polislərin Qleyds rayonundan çıxmasını tələb edir. Sovet üzvlərini azad etməyə çalışan Roy və Lorelin planı uğursuzluqla nəticələnir və KKərpic əsirlərdən birini öldürür. Lorellə danışıqdan sonra Felisiti komandaya qayıtmağa qərar verir. Felisitinin köməkliyi ilə komanda əsirləri azad edə bilir. Qatillər Liqasının təhlükə yaratdığını başa düşən Malkolm Merlin Teyanı şəhərdən köçməyə razı salmağa çalışır. Bu müddətdə Oliver Tatsunun evində yaşayır və Rasın açdığı yaraların sağalmasını gözləyir. O, Tatsu ilə birlikdə Sərabı Qatillər Liqasını tərk etməyə çağırır. Fleşbeklərdə Oliver və Maseo Çinli ağla görüşərək saxta “Alfa”nı Tatsu ilə dəyişməyə çalışır. Çinli ağ saxtalaşdırmanı anlasa da, Olver və Maseo Tatsunu azad edə bilirlər. | |||||||
58 | 12 | Üsyan | Cessi Varn | Bet Şvartz & Brayan Ford Sullivan | 4 fevral 2015 | 3J5162 | 2.94[23] |
Müalicəsini başa çatdıran Oliver Starlinq-sitiyə qayıdır. Bu arada Kərpicin tələbini yerinə yetirən şəhər meri polisə Qleydsdən çıxmağı tapşırır. Kərpici axtarışı zamanı komanda təsadüfən öyrənir ki, Brikvell həm də vaxtilə Malkolm Merlinin həyat yoldaşını qətlə yetirmişdi. Oxun qərargahında gizli kamera yerləşdirmiş Merlin bu məlumatı öyrənən kimi Kərpici ələ keçirmək üçün işə başlayır. Nəhayət Kərpic və Merlin üz-üzə gəlirlər. Merlin Kərpici vaxtilə onun həyat yoldaşını öldürdüyü silahdan öldürməyə çalışarkən Oliver peyda olur və Merlinlə danışaraq Teyanın xətrinə bunu etməməyi deyir. Kərpic həbs olunur və polis Qleydsə qayıdır. Oliver Merlindən xahiş edir ki,, ona qılıncoynatmanı öyrətsin ki, növbəti görüşdə Rasın öhdəsindən gəlmək mümkün olsun. Fleşbekdə Merlinin necə Qatillər Liqasına düşməsi göstərilir. | |||||||
59 | 13 | Bülbüllər | Maykl Şultz | Ceyk Kobörn & Emilio Orteqa Aldriç | 11 fevral 2015 | 3J5163 | 2.67[24] |
Oliver Lorelin Qara bülbül olduğunu öyrənir və buna sevinmir. Malkolmun məsləhəti ilə Oliver Oxun sirrini Teyaya açır. Həbsxana köçürməsi zamanı Verner Zaytl (yeni Qraf Vertiqo) qaçır. Lorelə bərkidilmiş casus çipi sayəsində Oliver öyrənir ki,, o, Zaytlın yerini müəyyənləşdirib. Lakin, Zaytl Lorelə Vertiqo vurur və o, Saranı görməyə başlayır. Sara Lorelə Qara bülbül olmağa layiq olmadığını deyir. Roy və Oliveri görən Zaytl qaçır, Lorel isə xilas edilir. Lakin, Lorel Zaytlı yenidənn tapır və hallüsinasiyalarına qalib gələ bilir. Çeyz Teyaya hücum etsə də, Roy və Merlin ona mane olurlar və o, özünü öldürür. Bundan sonra Oliver və Teya məşq üçün Lian Yuya yola düşürlər. Fleşbeklərdə Maseo və Oliver ayrılırlar, lakin A.R.G.U.S. Oliveri tutur, Maseo onu xilas etmək üçün qayıdır. Amanda Uoller onları Starlinq-sitiyə gətirir. | |||||||
60 | 14 | Qayıdış | Dermott Douns | Mark Quqqenheym & Erik Oleson | 18 fevral 2015 | 3J5164 | 2.91[25] |
Oliver və Teya Lian Yuda məşq edirlər. Teya Oliverə Saranın ölümündən xəbərdar olduğunu deyir. Oliver bacısına Merlinin təsiri ilə Saranı öldürdüyünü danışır. Sleydlə danışmağa qərar verən Oliver həbsxanaya gəlsə də, onun qaçdığını görür. Oliver Teya ilə birlikdə atalarının məzarına gəlir və burda gizlətdiyi silahı götürür. Qəfildən onlara Sleyd hücum edir və ikisi də özündən gedir. Oliver və Teya özlərinə gəldikdə həbsxana kamerasında bağlandıqlarını görürlər. Həbsdən qaçmağa müvəffəq olan Teya və Oliver yenidən Sleydlə qarşılaşır və bu dəfə qalib gələrək onu həbsə qaytarırlar. Onlar Starlinq-sitiyə qayıdırlar və Teya Merlinə deyir ki, özünü onun qızı hesab etmir. Fleşbekdə Amanda Uoller Maseo və Oliverə “Queen Consolidated”in Çinli ağla əlaqəyə girmiş işçisini izləməyi tapşırır. Lakin, Oliver nəzarətdən qaça bilir və öyrənir ki, Teya narkotik qəbul edir. O, atasının siyahıdan danışdığı videonu görür. | |||||||
61 | 15 | Nanda Parbat | Qreq Smit | Hekayə: Vendi Merikl & Ben Sokolovski Ssenari: Erik Oleson & Ben Sokolovski | 25 fevral 2015 | 3J5165 | 3.07[26] |
Oliver və Teya Merlinlə məşqlərə davam edirlər. Saranın ölüm sirrini öyrənən Teya Lorelə qətli törətdiyini etiraf edir. Lorel bildirir ki, bu onun günahı deyil. Teya, atasını zərərsizləşdirmək üçün Qatillər Liqası ilə anlaşmaya gəlir. Lorel Merlinlə döyüşür və ikinci asanlıqla qalib gəlir. Lakin, hadisə yerinə gələn Nisə və liqa qatilləri Merlini qaçırırlar. Oliver Nanda Parbata gələrək Merlini xilas etməyə qərar verir. O, başa düşür ki, Teya atasını ölüm məhkum etdiyini anladıqdan sonra bütün ömrü boyu buna görə əziyyət çəkəcək. Nanda Parbata gələn Oliver və Con Ras al-Qulun tələsinə düşür. Oliveri öldürmək əvəzinə Ras ona, Liqaya rəbərlik etməyi təklif edir. Bu arada, Teya hər şeyi Nisəyə etiraf edir və qisas almaq şansı bağışlayır. Rey Palmer inşasını tamamlamağa çalışdığı Atom adlı superqəhrəman kostyumunun uçma bacarıqlarını sınaqdan keçirir. Fleşbeklərdə Oliver general Metyu Şrivlə danışır və evə qayıtmaq şansı qazanır. Yolda Oliver və Yamaşiro ailəsi hücuma məruz qalır. Qaçan Oliver Maseonun oğlunu xilas edir. | |||||||
62 | 16 | Təklif | Dermott Douns | Bet Şvartz & Brayan Ford Sullivan | 18 mart 2015 | 3J5166 | 2.56[27] |
Ras al-Qul Oliveri Liqaya başçılıq etmək üçün yola gətirməyə çalışır və danışır ki, Nanda Parbat hovuzundakı su ona uzunömürlü olmağa imkan verib. Lakin, suyun təsiri azaldığına görə o, varis axtarır. Xoş niyyətini göstərmək üçün Ras Con və Merlini azad edir və bütün qan borclarını bağışlayır. Starlinq-sitiyə qayıdan Oliver Nisəni azad edir. Oliver və komandası şəhərdə cinayətkarlığa qarşı mübarizəyə başlasa da, kapitan Lens Oxun Saranın ölümünü ondan gizlətməsinə görə işbirliyindən imtina edir. Oliver Rasın təklifindən imtina etməyə qəərar verir və bu haqqda Səraba danışır. Atasının hərəkətindən məyus olan Nisə Starlinqə gələrək Lorelə döyüş sənətini öyrətməyi təklif edir. Starlinq-sitiyə gələn Ras al-Qul Ox paltarı geyinərək qətl həyata keçirir. Fleşbekdə gizlənməyə çalışan Oliver və Maseonun oğlu iki damcı su kimi Şadoya oxşayan qızla qarşılaşır. | |||||||
63 | 17 | İntihar ənənəsi | Cessi Varn | Keto Şimizu | 25 mart 2015 | 3J5167 | 2.86[28] |
Con və Layla yenidən evlənərək bal ayına gedirlər. Lakin, Amanda Uoller onları çağıraraq İntiharrçılar dəstəsi ilə birlikdə senator Kreyin əsrlərini azad etməyə göndərir. Məlum olur ki, qaçırılma Kreyin özü tərəfindəən təşkil olunub və onun prezident postuna gedən yolda reytinqini qaldırmağa hesablanıb. Komanda əsirləri xilas etməyə nail olsa da, Floyd Louton (Dedşot) digərlərini xilas etmək üçün özünü qurban verir. Polis Oliveri həbs edir, Rey isə onu xilas etmək üçün Ox olduğunu deyir. Oliver öyrənir ki, Ras Liqanın ən böyük qatillərini onun arxasınca göndərib. Yeni Atom kostyumu ilə Oxu tapan Rey, kostyum altında kimin gizləndiyini başa düşür. Bundan sonra sonra Atom və Ox arasında döyüş baş verir və Oliver Reyin kostyumunu zərərsizləşdirməyə nail olur. Bundan sonra o, Palmeri başa salır ki, kimsə onunçün tələ qurur. Bundan sonra Ox kostyumu geyinmiş Sərab şəhər merini qətlə yetirir. Fleşbekdə hərbi xidmətdən qayıdan Floyd Louton cəmiyyətə qayıtmaqda problemlər yaşayır və nəticədə arvadı və qızı onu tərk edirlər. Həbsdə olarkən, Amanda Uoller onun yanına gələrək Conun qardaşı Endryu Diqlı qətlə yetirməyi təklif edir. | |||||||
64 | 18 | Xalq düşməni | Duayt Litl | Mark Quqqenheym & Vendi Merikl | 1 aprel 2015 | 3J5168 | 2.48[29] |
Merin qətlinə görə polis Oxu təqib edir. Hücum zamanı zədə alan Rey xəstəxanaya yerləşdirilir və burda məlum olur ki, onun beynində tromb yaranıv. Rey və Felisiti zədələnməni Reyin yeni kəşfi olan qana yeridilən nanorobotlar vasitəsiylə aradan qaldırmağa qərar verir. Sərab Oliverə deyir ki, o, Rasın varisliyini qəbul edənə kimi şəhərdə qətllər davam etdiriləcək. Kapitan Lensi qaçıran Ras ona Oxun əsl kimliyini açır, azad edildikdən sonra isə Lens bu xəbəri ictimayətə açıqlayır. Fleşbekdə Şadonun əkiz bacısı Meylə danışan Oliver ona atası və bacısının ölümünü xəbər verir. | |||||||
65 | 19 | Sındırılmış ox | Duq Aarniokoski | Hekayə: Ceyk Kobörn Ssenari: Brayan Ford Sullivan & Ben Sokolovski | 15 aprel 2015 | 3J5169 | 2.47[30] |
Ox kimi həbs edilən Roy Harper Ayron Hayts həbsxanasına salınır və burda tez-tez digər məhbusların hücumlarına məruz qalır. Oliver üzərindən bütün ittihamlar götürülür və o, Royu azad etmək üçün yollar axtarmağa başlayır. Starlinq-sitiyə metainsan Cey Simmons gəlir və onu həbs etməkdə kömək almaq üçün Oliver Reyə müraciət edir. Onun uğursuz cəhdindən sonra, Oliver Atom kostyumu ilə birləşərək döyüş bbacarığını istifadə edir. Zərərsizləşdirilən Simmons S.T.A.R. Labs-dakı həbsxaya salınır. Bu arada Teyanın yanına gələn Ras ona qılıncla ölümcül zərbə yetirir. A.R.G.U.S.-un köməkliyi ilə ölümünü saxtalaşdıran Roy şəhəri tərk etməli olur. Fleşbekdə A.R.G.U.S.-un binasına girən Oliver öyrənir ki, general Şriv hamıdan gizli virusu Honq-Konqa buraxmaq istəyir. | |||||||
66 | 20 | Qovulmuş | Antonio Neqret | Vendi Merikl & Oskar Balderrama | 22 aprel 2015 | 3J5170 | 2.72[31] |
Oliver Teyanı yaralı vəziyyətdə tapır və həkimlər onun vəziyyətini stabilləşdirməyə nail olurlar. Maseo Oliverə zəng edərək təklif irəli sürür: ya Teyanın ölümü, ya da Oliver Rasın varisi olmalıdır. Merlin xəbərdarlıq edir ki, Lazar quyusunun suyu insanı sağaltsa da, onun ruhunu dəyişir. Buna baxmayaraq Oliver Teyanı götürərək Nanda Parbata yola düşür. Teya sağalsa da aqressivləşir və onu sakitləşdirici ilə yatırtmalı olurlar. Bundan sonra Oliver özünü Rasın varisi elan edir. Dostları Teya ilə birlikdə Nanda Parbatı tərk edirlər. Keçmiş həyatını unudan Oliver isə Əl-Səhim adı ilə Qatillər Liqasının üzvünə çevrilir. Fleşbekdə Oliver, Tatsu və Maseo Şrivanın planını pozmağa çalışsalar da, bilmədən vurys saxlanan qabı sındırırlar. | |||||||
67 | 21 | Əl-Səhim | Tor Freudenthal | Hekayə: Bet Şvartz Ssenari: Brayan Ford Sullivan & Emilio Orteqa | 29 aprel 2015 | 3J5171 | 2.39[32] |
Oliver məşqlərə başlayır. Bu məşqlərin əsas məqsədi onun ruhunu sındıraraq o vəziyyətə salmaqdır ki, Liqaya sadiqliyi şübhə doğurmasın. Bir müddət sonra Ras Oliverə özü və Demian Dark adlı dostunun daha əvvəlki Rasın varisi olduğu vaxtlardan danışır. Onlar yeni Ras olmaq uğrunda mübarizə aparmışlar və Demian məğlub olmuşdu. Qaçmağa nail olan Demian özü ilə Lazar quyusunun suyundan da götürmüş və sonradan təşkilat da yaratmışdır. Oliveri rəsmən Qatillər Liqasının üzvü elan edən Ras, qızı Nisəni qaytarmaq üçün Starlinq-sitiyə yola düşür. Nisə Oliver və Liqa üzvlərinə müqavimət göstərir, bu işdə isə ona Oliverin dostları dəstək olurlar. Əl-Səhim komandanı Nisəni təhvil verməyə məcbur etmək üçün Diqlın həyat yoldaşı Laylanı qaçırır və bu yeni qarşıdurmaya səbəb olur. Əl-Səhim demək olar ki, Diqlı məğlub edir, lakin, bu anda Diqlın köməyinə Teya çatır. Lakin Liqa Nisəni ələ keçirməyə müvəffəq olur. Satqınlığına cəza olaraq Ras, qızını Əl-Səhimə ərə getməyə məcbur edir. Oliverə isə Starlinq-sitini “Alfa və Omeqa” virusu ilə dağıtmaq həəvalə olunur. Fleşbekdə Oliver Tatsu və Maseo virusun Honqkonqu necə məhv etməsinin şahidi olurlar. | |||||||
68 | 22 | Bu sənin qılıncındır | Vendi Stanzler | Hekayə: Erik Oleson Ssenari: Brayan Ford Sullivan & Ben Sokolovski | 6 may 2015 | 3J5172 | 2.54[33] |
Məlum olur ki, Oliver Starlinq-sitidən uzaqlaşsa da, ona nəzarəti itirməmişdir. O, Maseonun virusu Rasa verdiyini öyrənir. Qəsri tərk edən Oliver Merlinlə görüşür. Aydın olur ki, onun Əl-Səhimə çevrilməsi, Qatillər Liqasının dağıdılmasına hesablanmış mürəkkəb planın tərkib hissəsidir. Lakin, Rasın Starlinqi dağıtmaq istəməsi Oliveri planını açıqlamağa məcbur edir. Bütün həqiqəti öyrənən komanda gücünü Katana ləqəbi götürmüş Tatsu ilə birləşdirir. Onlar Nanda Parbata gəlirlər və burda Katana Maseonu öldürür. Komanda üzvlərini tutaraq həbsə salırlar və virusdan ölmələrini gözləyirlər. | |||||||
69 | 23 | Mənim adım Oliver Kuindir | Con Berinq | Hekayə: Qreq Berlanti & Endryu Kreysberq Ssenari: Ceyk Kobörn & Mark Quqqenheym | 13 may 2015 | 3J5173 | 2.83[34] |
Merlin gizlincə bütün komanda üzvlərinə Oliverin qanı əsasında hazırlanmış vaksin vurduğuna görə, onlar sağ qalır. Nanda Parbatda peyda olan Fleş asanlıqla bütün keşikçiləri zərərsizləşdirir, bundan sonra komanda üzvlərini azad edir və onlar Starlinqə qayıdırlar. Burda Oliver Nisəyə həqiqəti açır və onlar Liqanın qalan üzvlərini zərərsizləşdirirlər. Buna baxmayaraq virusu özü ilə götürən Ras qaçmağa müvəffəq olur. Virusunn tamhəcmli yayılmasını təmin etmək üçün o, dörd partlayış məntəqəsi təşkil edir. Felisiti virusların yerini müəyyənləşdirir, kapitan Lensin də kömək etdiyi komanda biosilahı zərərsizləşdirir. Oliver Rası məğlub etsə də ona polis snayperindən atəş açılır. Atom kostyumu geyinmiş Felisiti Oliveri xilas edir. Son hadisələrdən sonra Oliver qəhrəman olmadan imtina edir və Felisiti ilə birlikdə şəhəri tərk edir. Malkolm Merlin yeni Ras al-Qul olur. Rey Atom kostyumunu təkmilləşdirdiyi zaman partlayış baş verir. |
“Ox” serialının üçüncü mövsümünün çəkiləcəyi The CW tərəfindən 12 fevral 2014-cü ildə elan edilmişdir.[35] Stiven Amell[36], Devid Remsi[37], Emili Bett Rikards[38], Keti Kessidi[39], Pola Blektorn[38], Kolton Heyns[40] və Uilli Hollandın daxil olduğu əsas aktyor heyəti öz rollarına qayıtmışdır. İkinci mövsümün finalından sonra Manu Benntin canlandırdığı Sleyd Uilson/Detstrouk personajı A.R.G.U.S.-un[41] superhəbsxanasına salındığına görə, o, əsas aktyor heyətini tərk etmiş, lakin, “Qayıdış” seriyasında qonaq aktyor kimi çıxış etmişdir.[42] Manu Bennetdən başqa Tommi Merlin rolunu canlandıran aktyor Kolin Donnel də “Sara” seriyasında qonaq aktyor kimi qayıtmışdır.[43] Keyti Lots üçüncü mövsümün üç seriyasında rol almış, onlardan birində onun personajının Qatillər Liqasına qoşulması və Nisə al-Qulla tanışlığı təsvir olunmuşdur.[44] Bunlardan başqa üçüncü mövsümdə Sintiya Adday-Robinson[45], Odri Mari Anderson[45][46] və Katrina Lo[47] da mütəmmadi olaraq öz rollarına qayıtmışlar. Əvvəlki mövsümlərdə Şado rolunu canlandırmış aktrisa Selina Jade üçüncü mövsümdə onun əkiz bacısı Meyi canlandırmışdır.[48]
Moyra Kuin obrazının ikinci mövsümün iyirminci seriyasında ölməsindən sonra həmin personajı canlandıran aktrisa Süzanna Tompson serialı tərk etmişdir. Personajın öldürülməsini serial yaradıcıları onun xarakteri ilə izah edirlər. Belə ki, Moyra sirlər saxlamağa meylli olduğuna görə onun digər personajlarla münasibəti küsmə və barışma ardıcıllığından ibarət idi ki, serial yaradıcıları da bunun ”Ox”u “sabun operasına çevirəcəyi”ndən çəkinirdilər.[49] Aktrisa özü qeyd edir ki, “ssenaristlər...çoxlu sayda kənar süjet xəttləri istəmirdilər...Moyranın əsas personaja çevrilməsi üçün onun ssenari xəttini əsaslı inkişaf etdirmək lazım idi. O, yalnız Oliverə görə narahat olmayacaq qədər kifayət qədər böyük fiqur idi.”[50] Oliverin Honkonqdan zəng edərkən eşitdiyi avtocavabı yazmaq üçün on üçüncü seriyanın çəkilişləri zamanı Süzanna Tompson müvəqqəti seriala qaytmışdır.[51]
“Ağılasığmaz” seriyasının yayımlanmasından sonra 15 may 2014-cü ildə Malkolm Merlin rolunu canlandıran aktyor Con Barroumenin əsas aktyor heyətinə qaldırılması elan edilmişdir.[52][53] İkinci mövsümün finalında Teya Merlinlə birlikdə naməlum istiqamətə getdiyinə görə, bir çoxları onun üçüncü mövsümdəki rolunu Teyanın süjet xətti ilə əlaqələndirirdilər.[54] Barroumenin sözlərinə görə o, “Teyaya güclü və sinik insan olmağı öyrədəcək. O, artıq güclü şəxsiyyət olsa da, daha güclü olmağa ehtiyacı var.”[55] Aktyorun fikrincə Malkolm həm də “itirdiyi ailəsini yenidən hiss etməyə ehtiyac duyur. O, nəzarətə öyrəşdiyindən daim nəzarət etməyə meyllidir...Malkolm eqoistdir. O, ideya uğrunda canından keçəcək biri deyil.”[56] İkinci mövsümün başlanğıcında Manu Bennetin əsas aktyor heyətinə qaldırılmasını əsas gətirən fanatlar, Malkolm Merlinin üçüncü mövsümdə əsas antaqonist olması ehtimalını da irəli sürmüşdülər. Həmin ideyanın xeyrinə olaraq qeyd edilirdi ki, Oliverin bütün səylərinə baxmayaraq, Qleydsi dağıdan və sağ qalmağı bacarmaqla Oliverə qalib gələn yeganə personaj Merlin olmuşdur.[57]
Barroumenin əsas heyətə qatılmasından bir ay sonra The CW üçüncü mövsümdə təxmini Deniel, Set, Toşi və Akiko adlandırılan dörd yeni personajın təqdim ediləcəyini elan edir.[58] Yaradıcıların planına görə, Deniel və Set Starlinq-sitidə müasir dövrdə, Toşi və Akiko isə fleşbeklərdə görünməli idi.[41] Deniel, “gələcəyin texnologiyalarını yaratmağa çalışan gənc və yaraşıqlı elm adamı” kimi təsvir edilir. Məlumatda deyilir ki, ictimai obrazı ilə yanaşı onun faciəvi və gizli keçmişi də var ki, texnologiyaların tətbiqi sayəsində zamanla personajı gizli superqəhrəmana çevirməyə imkan verəcək. O, həm ictimai, həm də şəxsi həyatda Oliverin rəqibi olmalı idi ki[58] , buna əsaslanaraq, həmin personajın da üçüncü mövsümün antaqonisti ola biləcəyi qeyd edilir.[41] Əvvəlcə təsvir edilən personajın komikslərdə Mavi böcək kimi də tanınan superqəhrəman Ted Kord olacağı düşünülsə də[59], sonradan “Deniel” adı ilə nəzərdə tutulan personajın Atom adı ilə tanınan Rey Palmer olması, peronajı “Supermenin qayıdışı” filminən tanınan Brendon Rutun canlandıracağı məlum olmuşdur.[60]
Set haqqında məlum olan o idi ki, o, “kimiya haqqında geniş məlumata malik yaxşı təhsil almış geniş ambisiyalı cinayətkar”dır. O, “düşmənlərinin iradəsini əlindən alan dərman tətbiq etməklə onları öz nəzarəti altna alır.”[58] İyulda məlum olur ki, bu ad altında Qraf Vertiqonun varisi olan Verner Zaytl nəzərdə tutulurmuş. Qrafın ölümündən sonra Zaytl Vertiqo istehsalını davam etdirir. Yeni Qraf Vertiqo rolunu aktyor Piter Stormare canlandırmışdır.[61] Toşi və Akiko Honqkonqda Oliverə kömək edəcək evli cütlük kimi təsvir olunur. Onlar həm də A.R.G.U.S.-la əlaqəlidirlər və döyüş sənətinin incəliklərinə bələddirlər. Sonradan Akiko rolunu aktrisa Devon Aokinin canlandıracağı, personajın əsl adının isə Tatsu Yamaşiro/Katana olacağı elan edilir.[61] Lakin, naməlum səbəbdən avqustda Aokinin yerinə rol üçün “Rosomaxa: Ölməzlik” filmindən tanınan aktrisa Ril Fukusima götürülmüşdür.[62] Tatsunun həyat yoldaşını Karl Yun canlandırmışdır.[59]
2014-cü il iyulun sonlarında üçüncü mövsümdə Oliverin əsas rəqibinin Ras al-Qul olacağı elan edilir.[63] Bu haqqda məlumat 2014 San-Diyqeo Beynəlxalq Komik-Konunda “Qotem”, “Fleş”, “Konstantin” seriallarının pilot seriyasının və “Ox”un üçüncü mövsümünün premyera seriyasının vaxtından əvvəl göstərilməsindən sonra elan edilmişdir. Ordaca Stiven Amell üçüncü mövsümün genişləndirilmiş treylerini təqdim etmişdir. Treylerin sonunda zəngin bəzədilmiş uzun yaşıl plaşlı adam göstərilmiş, fonda isə müxtəlif personajlar Rasın həm şəxsən Oliver, həm də ümumilikdə Starlinq-siti üçün hansı təhlükəni təşkil edə biləcəyini izah etmişdilər. Treylerin yayımlandığı vaxt Ras rolu üçün aktyor hələ də seçilmədiyinə görə, personajın üzü göstərilməmişdi.[64] Mark Quqqenheym personaj haqqında deyir: "O, güclü personajdır, xüsusilə komikslərdə təsvir edildiyi anlamda. Biz onu yola vermək və ya xırda pul kimi istifadə etmək istəmirik. Biz yalnız Ras haqqında erkən təəssürat yaratmırıq, daima onu xatırladır və adını çəkirik.”[63] Sentyabrın əvvəlində Qatillər Liqasının rəhbərini aktyor Mett Neyblın canlandıracağı rəsmən elan edilir.[65]
Rasla birlikdə Stiven Amell daha bir personajı – Vəhşi pişik kimi tanınan Ted Qrantı da təqdim edir. Bildirilir ki, Qrant hansısa formada Lorel Lenslə əlaqələndiriləcək və hətta, ola bilsin ki, onlar arasında romantik münasibət olacaq. Bir neçə gün sonra Vəhşi pişiyi aktyor Cey Ramirezin canlandıracağı məlum olur.[66] Aktyor qeyd edir ki, “Komikslərdə Tedin zəngin keçmişi var. O, həyatın çox üzü ilə qarşılaşmış insandır. O bir çox qaranlıq və müharibələrdən keçmişdir...O, uşaqlara kömək etmək və onları küçələrdən yığmaq üçün idman zalı açır. Xarici görünüşü hər nə qədər sərt olsa da, o, çox xeyirxah adamdır.”[67] 2014-cü ilin avqustunda mövsümün aktyor heyətinə Felisitinin anası Donna Smoku canlandıracaq Şarlotta Ross[68], 2014-cü ilin oktyabrında isə Kərpic ləqəbi ilə tanınan cinayətkar Denni Brikuelli canlandıracaq Vinni Cons qoşulmuşdur.[69]
Üçüncü mövsümdə serialın yeganə şouranneri olan[70] Mark Quqqenheym qeyd edir ki, ikinci mövsümün finalı ilə “Ox”un hekayəsinin bir fəsili tamamlanmışdır. Buna görə də, çəkiliş heyəti yeni mövsümü təkcə köhnə fanatları razı salmaq üçün yox, həm də yeni fanatlar cəlb etmək üçün işləmişdir.[71] Atmosfer daha ciddiləşdirilmiş, eyni zamanda daha yüngül fikirli olmuşdur.[72] Personajlar zarafatlaşmağa başlamış[73], eyni zamanda əvvəlcə tənqidi yanaşılan hissi səhnələrə yer verilmişdir. Lakin, mövsümün əsasında öz müqəddəratını müəyyən etmə (əsas qəhrəman Oliver Kuin və ya Ox olmaq arasında seçim etmək şansı qazanır)[73], həmçinin sadiqlik və loyallıq (ssenaristlər personajları kimin tərəfində olmağı seçməyə məcbur edirlər) mövzuları dayanır.[64] Bu prosesin mənəvi və fəlsəfi baxımdan anlaşılmasının göstəricisi kimi, Ox komandasına daxil olmasına baxmayaraq, Royun gördükləri işin qanuniliyi haqqında düşünməsini nümunə göstərmək olar.[74] Buna baxmayaraq mövsümdə serialın əvvəlki strukturu da saxlanır və hər seriyada fleşbeklər göstərilir. Fleşbeklərdə yeni süjet xətti inkişaf etdirilir və Oliverin Honkonqda yaşayaraq A.R.G.U.S.-la əlaqəli fəaliyyətindən bəhs edilir.[41]
Prodüserlərin mövsüm üçün dəqiq planı var idi[75]: onlar birinci hissəni Sara Lensin qətli ilə başlamış və Oliverin məğlub olduğu Ras al-Qula qarşı döyüşlə bitirmişdilər.[76] Saranı öldürməyə qərar verən prodüserlər, bu qətlin əksər personajlara təəsir edəcəyini, ən azı mövsümün birinci yarısı boyunca davam edəcək sirr yaradacağını, həmçinin “Lorelin bu vaxta qədər getmədiyi yolla irəliləməsinə səbəb olacağı”nı düşünürdülər.[44] Həmçinin üçüncü mövsümdə Uilla Holland əsas aktyor heyətində saxlanılsa da, ilk bir neçə seriyada Teya Kuin ümumiyyətlə göstərilmir və bu da mövsümün əsas sirlərindən biri kimi istifadə olunur.[71]
Rey Palmer personajının əlavə edilməsinin əsas səbəbi prodüserlərin serialı “silkələmək”, ona yumor payı əlavə etmək və Felisiti üçün partnyor yaratmaq (zarafat səhnələri üçün iki nəfərin olması tələb edilir) istəyi idi. Quqqenheym dərhal fanatlara bildirir ki, ən azı “Ox” da Palmerə komikslərdə olduğu kimi kiçilmək bacarığı verilməyəcək.[71] Malkolm Merlinin tipik canidən fərqləndirilməsinə qərar verilmişdir. Quqqenheymin sözlərinə görə, Malkolmun “dəqiq müəyyən edilmiş şərəf kodeksi var”. Bu həm də o anlama gəlir ki, o, Oxun sirrini Teyaya açmayacaq, çünki, bu, Oliverin sirridir. Bununla yanaşı yaradıcılar həm də, Moyra Kuinlə tətbiq edilmiş yanaşmanın – bir personaj Oliverin özünün də xəbəri olmadan onun sirrinə bələd olur – yenidən istifadə edilməsini də istəmirdilər.[77] Royun orqanizmində mirakuru qalmasından şübhələndiyi seriya, Roy Harperin komikslərdə narkotik asılılığından əziyyət çəkməsinə istinadən yaradılmışdır.[78] “Günahkar” seriyasında Ted Qrantla münaqişə, fanatlara gələcəkdə qəhrəmanın başına nəyin gələ biləcəyini göstərmək üçün əlavə edilmişdir.[39]
“Felisiti Smokun gizli mənşəyi” seriyasında Oliverin Honkonqdakı həyatı ilə bağlı fleşbeklər yerinə, Felisitinin keçmişini göstərən fleşbeklər təqdim edilir. Bunun edilməsinin səbəbi, izləyicilərin fleşbeklər vasitəsiylə Oliverin itkin hesab edildiyi beş ildə başına gələnləri fleşbeklərdən öyrəndikləri kimi, başqa personajların da keçmişinə bu yolla işıq tutulması istəyi olmuşdur.[73] Bu cür fleşbeklər Merlin[79] və Dedşotun[80] keçmişini göstərmək üçün “Üsyan” və “İntihar ənənəsi” seriyalarında da istifadə olunmuşdur.
Teyanın bitkinin təsiri ilə Saranı qətlə yetirdiyi[81] süjet xətti ilk növbədə “Qalxış” seriyasındakı hadisələrə gətirib çıxaran əsas konfliktin tərkib hissəsi kimi yaradılmışdı.[82] Həmin seriyada Ras və Oliver arasında döyüş əvvəlcədən planlaşdırılmışdı və Oliver məğlub olmalı olduğundan silah kimi qılınc seçilmişdi[83] ki, həmin silahla Oliver Rasla müqayisədə daha pis davranır.[76] Amellin sözlərinə görə, yaradıcılar Oliverin sağaldılması üçün Lazar quyusunun istifadə edilməsi ideyasından imtina edirlər.[84] Həmçinin bildirilir ki, mövsümün ikinci yarımının ilk üç seriyası Oxun yoxluğunda Starlinq-sitinin nə hala qalacağını göstərmək üçün istifadə edilmişdir.[85]
Müqavilə müddəti başa düşmüş Kolton Heynsin layihədən uzaqlaşdırılması üçün onun personajı Ox kostyumu geyinərək polis qarşısına çıxır, həbs edildikdən sonra isə süni ölüm səhnəsi təşkil edərək şəhərdən uzaqlaşır. Yaradıcılar onun personajını öldürməyə tələsmirlər və gələcəkdə hansısa seriyalarda Roy Harperin qaytarılmasını planlaşdırırlar.[86] Həmçinin belə addım Oliver və Lens arasındakı münasibətləri də kəskinləşdirir. Sonuncu hələ də Oliverin əsl Ox olduğunu düşündüyünə görə Royun saxtakarlıq etməsini sübut edəcəyinə and içir.[87] Sonradan Roy yenidən seriala qaytarılır və beləcə Teya ilə onun arasında üç mövsüm boyunca davam edən romantik münasibət uğurla yekunlaşdırılır və onlara vidalaşmaq şansı verilir.[88]
Diqlın toyu və atalığı ilə bağlı səhnələr seriala emosional məzmun yüklənməsi üçün əlavə edilmişdir.[73] Mövsümdə həm də Felisitinin iştirakı ilə iki yataq səhnəsi çəkilmişdir. Onun Rey Palmerlə sevgi münasibətini, personajın Oliveri gözləməsinin darıxdırıcı olduğunu düşünən prodüser Endryu Kraysberq təklif etmişdir.[89] Amellin sözlərinə görə, “Felisitinin Oliverə qarşı hələ də güclü hissləri olmasına baxmayaraq...o başqa variantlara da baxmalıdır.”[90] On doqquzuncu seriyadakı yataq səhnəsi mövsüm finalından əvvəl Felisiti və Oliver arasındakı münasibəti göstərmək üçün əlavə edilmişdir.[91]
Bundan əlavə yaradıcılar Oliverin yoxluğunda, lakin onun ölmüş olduğunu düşünmədən (həqiqətən və ya onuncu seriyada olduğu kimi səhvən) Ox komandasının özünü necə apardığına baxmaq istəyirdilər. Nəticədə Oliverin həftənin canisi elan edilməsi qərara alınır. Bununla yanaşı, yaradıcılar Starlinq-sitidə cinayətkarlığın səviyyəsinin qaldırılmasını da istəirdilər, çünki, bu yanaşma Brikvellə münaqişədə istifadə olunmuşdu.[91] Bunun əvəzinə onlar, Lorel, Diql və Felisitidən ibarət yeni komanda yaradırlar və komanda üzvlərinin hər biri Oliverin başına nə gəldiyini özünəməxsus şəkildə qəbul edir.[88]
Final seriyasında bəzi suallara cavab vermək üçün Barri Allenin kiçik kameosundan istifadə edilmişdir. Quqqebheymin sözlərinə görə, bu, ilk növbədə Ox komandasının nəyə görə mürəkkəb anda kömək üçün Fleşə müraciət etmədiyinə cavab verməli idi.[92] Həmçinin şouranner qeyd edir ki, final seriyasında əhəmiyyətli personajlardan birinin öldürülməsi nəzərdə tutulmuşdu.[93] Sonradan məlum olur ki, ölməli olan personaj mövsümün əsas antaqonisti Ras al-Quldur.[94]
Bu mövsümdə əsas daimi rejissorlardan biri daha əvvəl yalnız xüsusi effektlərlə məşğul olan Qlen Uinter olmuşdur ki, şouranner Kraysberq onun stilini “seriala yeni həyat bəxş edən”, “seriala yeni baxış” və “demək olar ki, nağılvari” adlandırır.[73] Mövsümün əsas çəkilişləri Vankuverdə və onun ətraflarında aparılmışdır.[95] Çəkiliş prosesinə 9 iyulda start verilmişdir.[96] 11 iyulda “Bi-Si Pleys”}[97] stadionu qarşısında Starlinq-siti Polis Departamentinin mətbuat konfransı səhnəsi çəkilmiş[98], həmin gün axşam isə Xalq sarayı ətrafındakı bina damlarında çəkilişlər aparılmışdır. Çəkiliş məkanı kimmi tez-tez Buller Studio binası istifadə edilmişdir.[99]
Üçüncü mövsümdə fleşbek hadisələrinin baş verdiyi yer Lian Yu adasından Honkonqa keçirilmiş, buna baxmayaraq həmin səhnələr də Vankuverdə çəkilmişdir. Kraysberq qeyd edir ki, “Xoşbəxtlikdən, Vankuver və Honkonq çoxlu ortaq xüsusiyyətlərə malikdir. Hər iki şəhər sahil xəttinə malikdir, buna görə də, bir neçə maraqlı optik fənd tətbiq edərək asanlıqla Honkonqu yarada bildik."[73] “Sakitçilik” seriyasında Oliverin Maseo Yamaşirodan qaçdığı səhnə, Terminal City Iron Works metallurgiya zavodu (zavod binası isə daha əvvəlki çəkilişlər zamanı Verdant klubunun fasadı kimi istifadə edilmişdir) döngəsində yaradılmışdır.[100] “Oxunu kənara qoy” seriyasında Oliver və Tatsunun Maseo və Akikonu Honkonq limanında xilas etdikləri səhnə Rogers Sugar Mill muzeyi ərazisində çəkilmiş[101], Honkonq gəmi dokları isə Allied Shipbuilders gəmi inşa şirkəti ərazisində yaradılmışdır.[102] Bundan başqa Honkonq səhnələri Fairmont Pacific Rim otelində[103], Aura gecə klubunda[104], Doktor Sun Yat-Senin Çin bağında[105] və başqa ərazilərdə də aparılmışdır.
Serialda Vəhşi pişik rolunu canlandıran aktyor Cey Ramirez bildirir ki, onun döyüş sənəti sahəsində artıq təcrübəsi var, o, vaxtilə karate və taekvondo, həmçinin məktəb illərində boksla məşğul olmuşdu. Rola hazır olmaq üçün çəkilişlərə başlamazdan əvvəl də aktyor dostu ilə birlikdə idman məşqləri etmişdir.[106] Bir neçə seriyada Kupidon rolunu canlandıran aktrisa Emi Qamenikə oxatmanın öyrədilməsi üçün xüsusi mütəxəssis dəvət edilmişdi.[107] Üçüncü mövsümdə Makolm Teyaya döyüş sənətinin əsaslarını öyrədir. Tryukların qurucusu olan Ceyms Bemford qeyd edir ki, Malkolm çox sərt müəllimdir və onun dərsləri “hərbi hazırlıq məşqlərini” xatırladır.[108] Mövsümdə Teyanın məşqləri Malkolmun Korto Maltezedəki evində keçirilir[109] və bu məkanın çəkilişləri üçün Vankuverdəki Kasa Miya maikanəsi istifadə edilmişdir.[110]
“Felisiti Smokun gizli mənşəyi” seriyasının çəkilişləri zamanı Qot-Felisiti obrazının yaradılması üçün aktrisa Emili Bett Rikards qara parikdən istifadə etmişdir. Aktrisa deyir ki, parik “tikanlı, ağır, isti” və “dəhşətli dərəcədə narahat” olmuşdur. Aktrisanın sözlərinə görə, həmin obraz onun adətən canlandırdığı Felisiti obrazından o qədər fərqlidir ki, daima bir yerdə çəkildiyi aktyorlar onu belə imiclə tanımamışdılar.[111] “Qalxış” seriyasında Oliver və Ras al-Qulun döyüş səhnəsi Vankuver yaxınlığındakı Qraus-Mauntində mənfi hava tempraturunda çəkilmişdir.[112] Hərəkətləri düzgün yerinə yetirmək üçün Stiven Amell iki həftəlik hazırlıq keçmiş, həmin müddətdə aktyor Neybl və Rasın dublyoru ilə məşqlər etmişdir. Bununla yanaşı Bemford da mütəmmadi olaraq Amell və Neybla (həmçinin onun dublyoruna) məsləhətlər vermişdir.[113]
Mövsümün sonuncu seriyasının çəkilişləri 8[114] – 18[115] apreldə baş tutmuş, Oliver və Rasın final qarşılaşması səhnəsi isə Klivlend dambasında çəkilmişdir.[116]
Üçüncü mövsümdə izləyicilərə kostyum dizayneri Maya Mani[117] və rəssam Endi Pun[118] tərəfindən dizayn edilmiş bir neçə yeni kostyum təqdim edilmişdir. Arsenal kostyumu da Ox kostyumu kimi dəridən hazırlanmış və rahat dartılan materiallar əlavə edilmiş, buna baxmayaraq, bəzi əsaslı fərqlərə malik olmuşdur: ilk növbədə çiyin və sinə hissəsinə rahat hərəkətə imkan verən kəndirlər əlavə olunmuş[119], ox qabı isə müvafiq qapaqla təmin edilmişdir.[74] Mövsümün sonunda bu kostyumu Teya geyinir və buna görə də kostyumda bəzi dəyişikliklər edilərək o, aktrisa Uilla Hollandın incə bədəninə uyğunlaşdırılmışdır.[117]
Maya Maninin sözlərinə görə, Qara bülbül kostyumu daha əvvəl aktrisa Keyti Lotsun Bülbül kimi geyindiyi kostyumun dəyişdirilmiş formasıdır. Komiks kanonuna uyğun olaraq bu kostyuma torlu əlcəklər əlavə edilmiş, kostyum isə bir qədər sadələşdirilərək elə haa gətirilmişdir ki, “əgər Lorel ənənəvi maskasını çıxarsa idi, küçədə gedən adi qızdan fərlənməzdi.”[117] Atom kostyumu uzun müddət yalnız kosept-artlarda mövcud olmuş və komikslərdə görünən kostyumdan əsaslı şəkildə fərqlənmişdir.[118] Rey Palmer gec-tez “bacarıqları texnika vasitəsiylə təmin edilən”[58] superqəhrəmana çevriləcəyindən, onun kostyumunun oxşar xarakterli başqa bir komiks personajı – Dəmir adamın kostyumu ilə oxşar olması riski var idi. Buna görə də kostyumun hazırlanması zamanı xüsusi ddımlar atılmış, kompüter qrafikası ilə yaradılmış Dəmir adam kostyumlarından fərqli olaraq, Atom kostyumu realda ən kiik detallarına kimi işlənərək hazırlanmışdır. Buna görə də, kostyumun hazırlanmasına uzun müddət sərf edilmiş və o, yalnız tamamlandıqdan sonra süjetin tərkib hissəsinə çevrilmişdir.[120]
Arrow - Original Television Soundtrack: Season 3 | ||||
---|---|---|---|---|
Bleyk Nili tərəfindən ifa olunmuş film musiqisi | ||||
Növü | film musiqisi | |||
Yayımlanma tarixi | 13 sentyabr 2015 | |||
Janr | film musiqisi | |||
Müddət | 1:17:16 | |||
Leybl | WaterTower Music | |||
Bleyk Nili albomlarının xronologiyası | ||||
|
Mövsümün film musiqisi albomu 13 sentyabr 2015-ci ildə WaterTower Music leyblı tərəfindən çıxarılmışdır. Üçüncü mövsümdə də bütün serialın bəstəkarı Bleyk Nili olmuşdur.[121] Müsahibələrindən birində Nanda Parbat və Qatillər Liqası musiqi mövzularına nəyin təsir etməsi haqqında suala cavab verərkən bəstəkar deyir: “Ras al-Qul mənim musiqi mövzusu bəstələdiyim personajlar arasında ən çox sevdiklərimdən biridir. Mən, Yaxın Şərq musiqisinin harmoniya və instrumentasiyasını araşdırdım. Onun iqamətgahı olan Nanda Parbat mistika ilə əhatə olunmuşdu və başqa aləm, başqa zaman kimi qəbul edilirdi. Onlar qəddər və zəhmlidirlər. Buna görə də, mən, palitranı genişləndirərək imkanından istifadə edərək musiqiyə qadın vokalı, düdük və şərq zərb alətləri əlavə etdim. Mən hesab etmirəm ki, hansısa konkret musiqinin təsiri altında olmuşam.” [122]
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Time to Come Home" | 1:51 |
2. | "I Don't Blame You" | 2:06 |
3. | "A Different Way" | 2:38 |
4. | "City of Heroes / Canary" | 3:02 |
5. | "Love Is the Most Powerful Emotion" | 1:53 |
6. | "Off of the Island, Onto a Freighter" | 2:17 |
7. | "Building a Team" | 2:07 |
8. | "Blind Spot" | 2:46 |
9. | "Forced to Make a Choice / Slade's Metamorphosis" | 2:51 |
10. | "The Scientist" | 2:25 |
11. | "Roy Becomes a Hero" | 2:58 |
12. | "Mirakuru Spreads / Brother Blood" | 2:35 |
13. | "Heir to the Demon" | 1:52 |
14. | "Get Your Soul Back" | 2:27 |
15. | "This Ends Tonight" | 2:02 |
16. | "Stay Away From Her" | 2:07 |
17. | "Deathstroking / Creating an Army With a Needle" | 4:07 |
18. | "Own Worst Enemy" | 3:21 |
19. | "A.R.G.U.S.'s Suicide Squad" | 2:08 |
20. | "Promise Kept" | 3:44 |
21. | "The Man Under the Hood" | 3:17 |
22. | "Secret Destiny" | 2:57 |
23. | "In the Crosshairs" | 3:10 |
24. | "Purest Heart" | 1:43 |
25. | "The Essence of Heroism" | 2:46 |
26. | "Tunnel Fight" | 2:04 |
27. | "Never Again" | 4:17 |
Ümumi müddət: | 1:11:31 |
Gözlənilən krossoverin ilk əlamətləri “Ox”un ikinci mövsümündə sonradan “Fleş” serialının əsas heyətini təşkil etmiş Barri Allen, Sisko Ramon və Keytlin Snounun təqdim edilməsi olmuşdur.[123] 2014-cü ilin iyulunda isə “Fleş”in birinci, “Ox”un isə üçüncü mövsümünün səkkizinci seriyalarının iki saatlıq krossover olacağı elan edilir.[124] “Ox”un üçüncü mövsümü çərçivəsində krossoverin “Məğrur v kobud” adlanan ikinci hissəsinin premyerası 3 dekabr 2014-cü ildə baş tutmuşdur. Seriyanın adı DC Comicsin uzun müddətli seriyasının adından götürülmüşdür.[125] Krossover seriyasında qonaq aktyor kimi “Fleş” seriyasından Qrant Qastin, Karlos Valdes və Daniella Panabeyker iştirak etmişlər.[126] 2014-cü ilin sentyabrında məlum olur ki, krossoverdə əsas cani rolunu “Spartak: Qan və qum” serialı ilə məşhur olan Nik Tarabey canlandıracaq. Bundan başqa həmin seriyada Sintiya Adday-Robinson və Odri Mari-Anderson da rol almışlar.[45]
Krossover seriyası “Ox” seriyaları arasında izləyici sayında görə, yalnız 10 oktyabr 2012-ci ildə çıxarılmış “Pilot” seriyasından geridə qalmış, lakin, 18-49 yaşlılar arasında reytinq göstəricisinə görə həmin seriyanı geridə qoymuşdur. “Oxunu kənara qoy” seriyası ilə müqayisədə teleauditoriya və 18-49 yaşlılar arasında reytinqin müvafiq olaraq 46 % və 56 % artması müşahidə olunmuşdur[127] ki, bu da onun növbəti iki il ərazində The CW telekanalının ən məşhur şousuna çevirmişdir.[128] Tənqidçilərin seriya haqqında rəyləri də müsbət olmuş[129][130], bəziləri isə krossover seriyasının üçüncü mövsümün ən yaxşı seriyası adlandırmışlar. Krossoverin əsas canisi Kapitan Bumeranq üçüncü mövsümün ən yaxşı canisi adlandırılmışdır.[131][132]
Üçüncü mövsüm 8 oktyabr 2014-cü ildən başlayaraq hər həftənin çərşənbə günü 20:00 pm-də[133] The CW telekanalında yayımlanmış, final seriyası isə 13 may 2015-ci[134] ildə efirə verilmişdir. Böyük Britaniyada mövsüm 30 oktyabr 2014-cü ildən Sky1 telekanalında[135], Kanadada isə CTV telekanalında yayımlanmışdır.[136] Növbəti mövsümün premyerası günü üçüncü mövsüm həm də Netflix tərəfindən yayımlanmağa başlamışdır.[137] Rusiyada mövsüm 31 may 2016-cı ildən Sony Sci-Fi telekanalı tərəfindən yayımlanmışdır.[138]
“Rotten Tomatoes” rəy aqqreqatorunda “Ox”un üçüncü mövsümü 100 % təravətli 8,55/10 balla qiymətləndirilmişdir. Həmçinin tənqidçilər mövsümü müsbət qiymətləndirmişlər.[139] “IGN”dən Cessi Şedin mövsümü 6.9/10 balla qiymətləndirərək deyir ki, “bir necə güclü seriya”, “canilər və ikinci plan personajlarının daha uğurlu istifadəsi” və “heyrətləndirici xoreoqrafiya”ya baxmayaraq mövsüm gözləntiləri doğrultmur və ilk iki ildə yaradılmış səviyyəni saxlaya bilmir. Şedinin fikrincə bu mövsümdə fleşbeklərdə təqdim edilən süjet xətti darıxdırıcıdır, final isə şablon xarakterlidir. Üçüncü mövsümün əsas problemləri kimi tənqidçi yaradıcıların süjet dönüşlərini uğurla istifadə etməməsi, həmçinin Ras al-Qul və Qatillər Liqasının mövsümün əsas canisi olmasının gec aydın olmasını göstərir. Tənqidçinin fikrincə üçüncü mövsümün ən yaxşı seriyaları “Fleş”lə krossover və mövsüm yarısının finalıdır.[140] “Forbes” jurnalından Erik Keyn üçüncü mövsümün bir neçə ssenari qərarlarını tənqid edir. İlk növbədə bu Sara Lensin ölümü və onun təsir etdiyi hadisələrlə bağlıdır – Keynin fikrincə ssenaristlər ən yaxşı personajlardan birini öldürmüşlər və bunu çox erkən, həm də xüsusi tələb olmadan etmişlər. Bundan əlavə Keyn Saranın öldürülməsini Oliver və Felisitinin romantika xətti ilə də əlaqələndirir və onları aşiq cütlük kimi tənqid edərək deyir ki, Saranı bu süjet xətti üçün yer açmaq məqsədi ilə öldürdülər. Tənqidçinin fikrincə Sara və atasının Oxa qarşı münasibətinin qəfildən kəskin dəyişməsi kimi problemləri də nəzərə alsaq, bütün bu çatışmazlıqlar serialı “sabun operası”na çevirmişdir.[141] “Movie Pilot” saytından Con Lalli romantika xətti ilə bağlı narahatlığını ifadə edərək, Starlinq-sitinin “Douson buxtası”na çevrildiyini deyir.[142]
“Den of Geek”dən Rob Lin də üçüncü mövsümün bir çox problemlərini sadalayır. Tənqidçi ilk növbədə həddən artıq çoxlu sayda canilərlə (o cümlədən daha əvvəl təqdim edilmiş və yenidən qaytarılmış) qarşılaşma və buna görə də əsas qəhrəmanın inkişaf etdirilməsinə az vaxt qalmasını qeyd edir. Lin həm də Felisiti obrazına həsr edilən ekran vaxtının böyük olmasını tənqid edərək deyir: “Həmin qəhrəman fanatların sevgisini qazansa da, onun məşhurluğu o qədər böyükdür ki, bəzən əsas süjet xəttinin inkişafına mane olur. Bizə onun mənşəyi ilə bağlı bütöv bir seriya lazımdırmı? Sonda onsuz da Oliverlə birlikdə olacağı bəlli olduğu halda, Felisitinin Rey Palmerlə romantik əlaqələrinə bu qədər vaxt sərf edilməsinə dəyərdimi? Ehtimal ki, hər iki sualın cavabı “yox”dur.” Tənqidçi üçüncü mövsümdə yeganə diqqət çəkən məqam kimi Ras və Oliverin qılıncla döyüşünü qeyd edir.[143] “ScreenCrush”dan Kevin Fitzpatrik Qatillər Liqası rəhbərinin motivinin pis müəyyənləşdirildiyini, onun öz yerini Oliverə vermək istəməsinin Starlinq-sitini növbəti dəfə ekoloji təhlükə ilə üzbəüz qoyması ilə bağlı süjet dönüşünün isə layiqincə açılmadığını qeyd edir.[144]
“TV Overmind”dan Kris Kinq üçüncü mövsümün iki əsas problemini müəyyən edərək onları Ras al-Qul və Malkolm Merlinlə əlaqələndirir. İkinci halda tənqidçinin fikrincə, Rasın serialda göstərilən motivasiyası (o cümlədən Oliveri varisi etmək üçün çalışması) düşünülməmiş və inandırıcı olmayandır, aktyor isə mövsümün sonuna kimi “ilk iki seriyada yaradılmış mistik atmosferi saxlaya bilməmişdir.” Malkolm Merlinə gəlincə, onun Ox komandasının “dost-düşmən”i kimi təqdim edilməsi müsbət qiymətləndirilsə də, əsas qəhrəmanın mövsüm boyunca Malkolmun təsiri ilə şübhəli qərarlar qəbul etməsi vurğulanır. Tənqidçi yazır ki, personajın hər dəfə ekranda görünməsi, ssenaristlərin aktyor Con Barroumeni nəyin bahasına olursa olsun serialda saxlamaq cəhdi kimi tədir bağışlayır, bütün etdiklərinə, o cümlədən Teyaya təsir edərək onun Saranı qətlə yetirməsinə səbəb olmasına baxmayaraq Oliverin Malkolmu bağışlaması və hətta Qatillər Liqasının rəhbərliyinə gətirməsi isə qeyrii-səmimi və inandırıcı olmayandır.[145] Yuxarıda sadalanan problemlərlə yanaşı əksər tənqidçilər Betmen hekayələri ilə bağlı çoxlu sayda oxşarlıqlar və plagiatları da qeyd edirlər. Xüsusilə Betmenin bir sıra düşmənlərinin mövsümdə istifadə edilməsi, Ras al-Qulun Brüs Ueynə etdiyi Qatillər Liqasına başçılıq etmək təklifini mövsümdə Oliver Kuinə qarşı təkrarlaması vurğulanmışdır.[146]
№ | Seriya | Premyera | Reytinq (18-49) |
İzləyicilər (milyon) |
DVR (18-49) |
İzləyicilər DVR (milyon) |
Ümumi (18-49) |
Ümumi izləyicilər (milyon) |
---|---|---|---|---|---|---|---|---|
1 | Sakitçilik | 8 oktyabr 2014 | 1.0 | 2.83[12] | 0.4 | n/a | 1.4[147] | n/a |
2 | Sara | 15 oktyabr 2014 | 0.8 | 2.32[13] | 0.6 | n/a | 1.4[148] | n/a |
3 | Korto Malteze | 22 oktyabr 2014 | 0.9 | 2.55[14] | n/a | n/a | n/a} | n/a |
4 | Fokusçu | 29 oktyabr 2014 | 1.0 | 2.49[15] | n/a | n/a | n/a | n/a |
5 | Felisiti Smokun gizli mənşəyi | 5 noyabr 2014 | 1.1/3 | 2.73[16] | n/a | n/a | n/a | n/a |
6 | Günahkar | 12 noyabr 2014 | 0.9/3 | 2.60[17] | 0.6 | n/a | 1.5[149] | n/a |
7 | Oxunu kənara qoy | 19 noyabr 2014 | 0.9/3 | 2.64[18] | 0.6 | n/a | 1.5[150] | n/a |
8 | Məğrur və kobud | 3 dekabr 2014 | 1.4/4 | 3.92[19] | n/a | n/a | n/a | n/a |
9 | Qalxış | 10 dekabr 2014 | 1.1/3 | 3.06[20] | n/a | n/a | n/a | n/a |
10 | Arxada tərk edilmişlər | 21 yanvar 2015 | 1.1/3 | 3.06[21] | 0.7 | n/a | 1.8[151] | n/a |
11 | Gecəyarısı şəhəri | 28 yanvar 2015 | 1.1/3 | 2.91[22] | 0.7 | n/a | 1.8[152] | n/a |
12 | Üsyan | 4 fevra 2015 | 1.2/4 | 2.94[23] | n/a | n/a | n/a | n/a |
13 | Bülbüllər | 11 fevral 2015 | 1.1/3 | 2.67[24] | n/a | n/a | n/a | n/a |
14 | Qayıdış | 18 fevral 2015 | 1.2/4 | 2.91[25] | n/a | n/a | n/a | n/a |
15 | Nanda Parbat | 25 fevral 2015 | 1.1 | 3.07[26] | n/a | n/a | n/a | n/a |
16 | Təklif | 18 mart 2015 | 0.9/3 | 2.56[27] | 0.7 | n/a | 1.6[153] | n/a |
17 | İntihar ənənəsi | 25 mart 2015 | 1.0/3 | 2.86[28] | 0.8 | n/a | 1.8[154] | n/a |
18 | Xalq düşməni | 1 aprel 2015 | 0.8/3 | 2.48[29] | 0.6 | n/a | 1.4[155] | n/a |
19 | Sındırılmış ox | 15 aprel 2015 | 0.9/3 | 2.47[30] | 0.7 | n/a | 1.6[156] | n/a |
20 | Qovulmuş | 22 aprel 2015 | 1.0/3 | 2.72[31] | n/a | n/a | n/a | n/a |
21 | Əl-Səhim | 29 aprel 2015 | 0.9 | 2.39[32] | n/a | n/a | n/a | n/a |
22 | Bu sənin qılıncındır | 6 may 2015 | 1.0/3 | 2.54[33] | 0.7 | n/a | 1.7[157] | n/a |
23 | Mənim adım Oliver Kuindir | 13 may 2015 | 1.0/4 | 2.83[34] | 0.7 | n/a | 1.7[158] | n/a |
İl | Mükafat | Kateqoriya | Nominant | Nəticə |
---|---|---|---|---|
2015 | Saturn mükafatı[159] | Superqəhrəman hekayəsinin ən yaxşı televiziya uyğunlaşdırması | «Ox» | Namizəd |
Leo mükafatı[160] | ||||
İlin sıçrayışı — aktrisa | Emili Bett Rikards ("Arxada tərk edilmişlər") | Namizəd | ||
Yeniyetmə Seçimi Mükafatı[161] | İlin teleserialıа: fantastika və ya fentezi | «Ox» | Namizəd | |
İlin aktyoru: fantastika və ya fentezi | Stiven Amell | Namizəd | ||
İlin aktrisası: fantastika və ya fentezi | Emili Bett Rikards | Namizəd | ||
Televiziyada sevilən öpüç | Stiven Amell və Emili Bett Rikards | Namizəd | ||
Ən yaxşı televiziya canisi | Metyu Neybl / Ras al-Qul | Namizəd | ||
Prizma mükafatı[162] | Çoxseriyalı dramda ən yaxşı aktyor işi | Keti Kessidi | Qazandı |
“Ox”un üçüncü mövsümü ABŞ-da 22 sentyabr 2015-ci ildə - dördüncü mövsümün premyerasından on altı gün əvvəl baş tutmuş və mövsüm DVD formatda 5 diskli dəst şəklində təqdim edilmişdir.[163] Tənqidi rəylərə baxmayaraq, buraxılış çıxarıldığı həftənin 30 ən çox satılan DVD-si sırasına daxil olaraq 16239 alıcı[164] ilə XV yerdə qərarlaşmış və 633.000 dollar gəlir gətirmiş, bu göstərici ilə “Fleş”in birinci mövümündən cəmi iki pillə geridə qalmışdır. Buna baxmayaraq ikinci həftəsində DVD ən çox satılanlar siyahısını tərk etmişdir.[165] Böyük Britaniyada mövsüm 22 sentyabr 2015-cii ildə[166], Avstraliyada isə 23 sentyabr 2015-ci ildə çıxarılmışdır.[167] Blu-ray formatda üçüncü mövsüm Region A üçün 22 sentyabrda[168], Region B üçün isə 28 sentyabrda[169] və Amazon Video servisləri vasitəsiylə yayımlanmışdır.[170]