Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir.
"Fleş Oxa qarşı" | |
---|---|
Ox Kainatında krossover hadisəsi | |
Digər adı | The Bolt. or The Bow. |
Seriya sayı | Fleş (I hissə) I mövsüm, VIII seriya Ox (II hissə) III mövsüm, VIII seriya |
Rejissor | Qlen Uinter (Fleş) Cessi Varn (Ox) |
Ssenarist | Qreq Berlanti Endryu Kreysberq |
Telepley | Ben Sokolovski (Fleş) Bruki Eykmeyer (Fleş) Mark Quqqenheym (Ox) Qreyni Qadfri (Ox) |
İstehsal kodları | 3J5358 (Fleş) 3J5158 (Ox) |
Orijinal yayım tarixləri | 2 dekabr 2014 3 dekabr 2014 (Ox) | (Fleş)
Seriya xronologiyası | |
Sonrakı | Qəhrəmanlar güclərini birləşdirir |
İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir.
Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar. Tənqidçilər hər iki serialı bir araya gətirərək serialların hər ikisinin özünəməxsus xüsusiyyətlərinin saxlanmasına görə prodüserlərin işini yüksək qiymətləndirmiş, Fleş və Oxun döyüş səhnələrini bəyənmişlər. Reytinqlər yüksək olmuş, hər iki seriya isə aid olduğu serialın mövsümündə ən yaxşı nəticəni göstərmişdir. Növbəti il Ox Kainatının “Qəhrəmanlar güclərini birləşdirir” adlı ikinci krossoveri təqdim edilmişdir.
Sentral-sitidə peyda olan metainsan Roy Bivolo insanlara idarəolunmaz güclü qəzəb ötürür. Polis detektivi Eddi Toun Fleşi həbs etməyi təklif etsə də, kapitan onun təklifini qəbul etmir. Polis Bivolonu izləyərək anbara gəlsə də, o, bacarığını istifadə edərək qaçmağa çalışır. Barri Allen Co Vesti xilas etməyə çalışsa da özü polis tərəfindən yaralanır və bu zaman peyda olan Ox kostyumlu Oliver Kuin onu xilas edir. Daha sonra Oliver Barriyə izah edir ki, o, komandası ilə birlikdə Sentral-sitiyə qaçmış dəmir bumeranqlar istifadə edən cinayətkarı tutmaq üçün gəlmişlər. Barri və komandası Oliverlə razılığa gələrək hər ikisinin düşmənini tutmağa razılaşır. Oliver Barrini ətrafındakı insanlara qarşı daha diqqətli olmağı öyrətməyə çalışsa da, Barri Bivolonu tutmağa tək gedir. Bivolo bacarığını Barri üzərində tətbiq edir, lakin sürətinə görə təsir Barri üzərində daha uzun müddət davam edir.
Eddi rəhbərlərinin göstərişinə əməl etmədən Fleşin həbs edilməsi üçün fokus qrupu yaratmağa çalışır. Qəzəblənmiş Barri Eddiyə hücum etdikdə Oliver onun qarşısını alaraq dayandırır, beləcə onlar arasında ilk döyüş baş verir. Oliver Barrinin başını qarışdırdığı müddətdə Harrison Uells və Co impuls lampaları vasitəsiylə onun emosional vəziyyətini stabilləşdirirlər. Bundan sonra Barri və Oliver birlikdə Bivolonu tutaraq S.T.A.R. Labsdakı metainsanlar üçün nəzərdə tutulmuş həbsxanaya salırlar. Qarşıdurmadan sonra Eddi Fleşi həbs etməyi qarşısına məqsəd qoyur. Star-sitini tərk etməyə hazırlaşan Oliver Barriyə deyir ki, ikili həyat sürən adamların sevdiyi insanlarla xoşbəxt həyat sürməsi mümkün deyil və ona seviyi Ayris Vestdən uzaq durmağı məsləhət görür. Oliver Fleş komandasından onun alter-eqosunu gizli saxlamağı xahiş edir. Sentral-sitidə isə alovu idarə edə bilən yeni metainsan peyda olur.
Honq-Konqda baş verən fleşbek hadisələrində isə Oliver şübhəlidən məlumat alınmasını öyrənir. Müasir dövrdə Oliver və Roy Harper insanları dəmir bumeranqla öldürən Digger Harknessin yerini müəyyənləşdirirlər, lakin ortaya çıxır ki, A.R.G.U.S. da onu axtarırmış. Starlinq-sitiyə gələn Keytlin Snou və Sisko Roman Sara Lensin qətlinin araşdırılmasında Felisiti Smoka kömək edirlər. Digger Layla Maykls, Roy və Oliveri öldürməyə çalışsa da, Barri özünü vaxtında çatdırır və onları xilas edir. Sonradan Layla bildirir ki, Digger əvvəl İntiharçılar dəstəsinin üzvü olmuşdu. Qaçmış Diggerin yerini müəyyənləşdirmək istəyən Oliver Rus mafiyasının üzvünə əziyyət verərkən Barri Oliverin keçmiş əziyyətlərinin onu necə dəyişdiyini görür. Digger Oliverin gizli yerini müəyyənləşdirir, gizlicə oraya daxil olaraq Laylanı yaralayır və qaçır. Şəhəri tərk etməzdən əvvəl Digger şəhərin beş müxtəlif yerində bomba quraşdırır. Oliver Diggeri tutmağa çalışdığı vaxtda Barri həm özünün, həm də Oxun komandasını istifadə edərək bombaları zərərsizləşdirir. Digger Lian Yu adasında Sleyd Uilsonla bir yerdə həbsə salınır. Barri komandası ilə birlikdə Starlinq-sitini tərk etməzdən əvvəl Keytlin və Sisko Oliverin geyimi və silahlarını təkmilləşdirirlər.
Aktyor | Personaj | Seriya | |
---|---|---|---|
Fleş | Ox | ||
Qrant Qastin[1] | Barri Allen / Fleş | Əsas | Qonaq |
Kendis Petton[2] | Ayris Vest | Əsas | Yox |
Daniella Panabeyker[1] | Keytlin Snou | Əsas | Qonaq |
Rik Kosnett[2] | Eddi Toun | Əsas | Yox |
Karlos Valdes[1] | Sisko Ramon | Əsas | Qonaq |
Tom Kavanaq[2] | Harrison Uells | Əsas | Yox |
Cesse L. Martin[2] | Co Vest | Əsas | Yox |
Stiven Amell[1] | Oliver Kuin/ Ox | Qonaq | Əsas |
Devid Ramsi[1] | Con Diql | Qonaq | Əsas |
Emili Bett Rikards[1] | Felisiti Smok | Qonaq | Əsas |
Keti Kessidi[3] | Lorel Lens | Yox | Əsas |
Villa Holland[3] | Teya Kuin | Yox | Əsas |
Kolton Heyns[3] | Roy Harper / Arsenal | Yox | Əsas |
Con Barroumen[3] | Malkolm Merlin | Yox | Əsas |
Poll Blektron[3] | Kventin Lens | Yox | Əsas |
Fleş[redaktə | mənbəni redaktə et]
|
Ox[redaktə | mənbəni redaktə et]
|
The CW telekanalının Ox Kainatında potensial krossover hadisəsi haqqında ilk məlumat, “Fleş” teleserialının çıxarılmasından əvvəl Barri Allenin “Ox” teleserialının ikinci mövsümünün səkkizinci seriyasında təqdim edilməsindən sonra verilmişdir.[8] 2014-cü ilin iyulunda “Ox” teleserialının üçüncü mövsümü və “Fleş” teleserialının birinci mövsümünün səkkizinci seriyalarının iki saatlıq krossover hadisəsi olacağı elan edilir.[9] Krossover əvvəlcə hər iki serialın yeddinci seriyası üçün nəzərdə tutulsa da, sonradan görüləcək işlərin çox olması nəzərə alınaraq digər seriyaya keçirilmişdir.[10] Xüsusən yayım qrafikinin uyğunlaşdırılması və bir-birinə daha uyğun olan seriyanın seçilməsi lazım idi.[11] “Ox” teleserialının yaradıcısı və icraçı prodüseri olan Mark Quqqenheym izah edir ki, hər iki serialın aktyorlarının iki saat davam edəcək və hər iki serial üçün eyni gündə yayımlanacaq krossoverə cəlb edilməsi üçün maddi imkanlar o qədər də geniş deyildi.[11]
Hər iki teleserialın yaradıcısı və icraçı prodüseri olan Endryu Kreysberq isə deyir ki, “Bu həqiqətən də hər iki seriyada Ox və Fleşin birgə macərası olacaq. Hər iki komandanın bir araya gələrək birlikdə mübarizə aparması çox maraqlı və şən olacaq...biz gözləməyə səbir tapa bilmirik. Biz həqiqətən də sürətli nəqlə inanırıq.”[12] Kreysberq deyir ki, yaradıcılar özləri də komiks fanatı olduqlarına görə, hansı superqəhrəmanın qlib gələcəyi onları da çox maraqlandırır; “İki qəhrəmanın bu krossoverdə qarşı-qarşıya gəlməsi bizim ən erkən ideyalarımızdan biri idi.”[10] Hər iki teleserialın yaradıcısı və icraçı prodüseri olan Qreq Berlanti “krossover personajların təməlində duran xüsusiyyətlərdən biridir...əgər biz uzun müddət gözləsəydik...auditoriyanı hamımızın görmək istədiyi bir şeydən məhrum edə bilərdik.”[11]
2014-cü ilin oktyabrında Kreysberq deyir ki, seriyalar həm Barri həm də Oliver üçün mühüm əhəmiyyət daşıyacaq, “onların birlikdə fəaliyyəti isə həm “Ox”, həm də “Fleş” üçün mühüm serpriz olacaq.”[13] Quqqenheym əlavə edir ki, "bu, stol altında gizlədilmiş bombaya oxşayır, Fleşin ictimayət tərəfindən tanınmasının Oliver tərəfindən öyrənilməsini izləmək isə əyləncəli olacaq.”[14] Sonradan məlum olur ki, Fleş seriyasının sonunda açılan başqa bir sirr isə serialın növbəti seriyasına giriş xarakteri daşıyacaq.[15] Seriyada Oliver, sonuncu dəfə hamiləlik vaxtı “Ox” serialının ikinci seriyasında gördüyü və Moyra tərəfindən gizlicə şəhərdən göndərilmiş keçmiş sevgilisi ilə qarşılaşır. Həmin qızın yanında uşaq görünür. Seriyanın yayımlanmasından sonra Quqqenheym qızın yanındakı uşağın atasının Oliver olduğunu təsdiqləyir.[16] Seriyanın sonunda ölüdüyü düşünülən Keytlinin keçmiş nişanlısı Ronni Reymond Alov fırtınasına çevrilmiş halda (Robbi Amell tərəfindən canlandırılır) geri qayıdır.[6]
“Fleş Oxa qarşı” krossover hadisəsinin ssenarisi Berlanti və Kreysberq tərəfindəən yaradılmış hekayə əsasında 2014-cü il sentyabrın ortalarında yazılmışdır.[17][18] Krossover hekayəsinin yazılması zamanı Berlanti “Altı milyon dollarlıq adam” və “Bionik qadın” teleseriallarından, Kreysberq isə “Doktor Kim” teleserialının dördüncü mövsümünün “Səyahətin sonu” adlı sonuncu seriyasından (bu seriyada serialın spin-offları olan “Torçvud” və “Sara Ceynin macəraları” teleseriallarının personajları da iştirak etmişlər) ilhamlanmışdır.[15] “Fleş” seriyyasının ssenarisi Ben Sokolovski və Bruki Eykmeyer,[17] “Ox” seriyasının ssenarisi isə Mark Quqqenheym və Qreynni Qadfri tərəfindən yazılmışdır.[18]
2014-cü iin sentyabrında Quqqenheym bildirir ki, “Ox” seriyası “Məğrur və kobud” adlandırılacaq və bu ad DC Comics tərəfindən nəşr edilən ən uzunn müddətli başlıqlardan birinə işarədir.[19] Quqqenheym deyir:
Mən heç vaxt ssenari yazan zaman bu qədər əylənməmişdim...Mən sanki partlayış üzərində işləyirdim...Mən onlara deyirdim kim, biz Qisasçılar stilini istifadə etməliyik. Onlar böyük istehsalat əhəmiyyəti olan iki qəhrəmandır...Bütün qəhrəmanları bir yerdə görmək və daxili zarafatlar üçün imkan var. Sisko Teyaya baxarsa nə baş verər? Elə məqamlar var ki, adi seriyada bunu çəkmək mümkün olmazdı...Bu sadəcə çox əyləncəlidir.[20] |
2014-cü ilin oktyabrında “Fleş” seriyasının “Fleş Oxa qarşı” adlandırılacağı məlum olmuşdur.[13] Kreysberq bildirmişdi ki, seriyaların ssenarisi üzərində işlənməsi zamanı hər iki serialın ssenaristlərinin iş otaqları birləşdirilmişdi.[10]
Hər iki seriyanın çəkilişlərinə 24 sentyabr 2014-cü ildə başlanmış və 8 oktyabr 2014-cü ildə çəkilişlər tamamlanmışdır.[18][21] “Fleş” seriyasının rejissoru Qlen Uinter[17], “Ox” seriyasının rejissoru isə Cessi Varn olmuşdur.[18] “Fleş” seriyasında Ox və Fleşin söyüş səhnəsi üç gecə ərzində çəkilmişdir. Stiven Amell tərəfindən canlandırılan personaj ilk dəfə supergücə malik biri ilə qarşılaşdığına görə, onun tryukları da dəyişdirilmiş və xüsusi effektlərə uyğunlaşdırılmışdır.[10] Hər iki seriyanın çəkilişlərini müqayisə edən Qrant Qastin “Fleş” seriyasının çəkilişlərini “həqiqətən yorucu” adlandıraraq deyir ki, çoxlu sayda boş çəkilişlər həyata keçirilmiş və sonradan post-prodakşn zamanı onlar montaj edilərək birləşdirilmişdir. “Ox” çəkilişlərində isə əsas çətinlik müvafiq çəkiliş bucağının tapılması olduğunu demişdir. Qastin həm də deyir ki, bəzən çəkiliş meydançalarını dəyişik salırdı, çünki hər iki seriyanın çəkilişləri paralel aparılırdı.[22]
The Flash vs. Arrow (Music Selections from the Epic 2-Night Event) | ||||
---|---|---|---|---|
Bleyk Nili tərəfindən ifa olunmuş film musiqisi | ||||
Növü | film musiqisi | |||
Yayımlanma tarixi | 18 dekabr 2014 | |||
Janr | film musiqisi | |||
Müddət | 49:57 | |||
Leybl | WaterTower Music | |||
Bleyk Nili albomlarının xronologiyası | ||||
|
18 dekabr 2014-cü ildə WaterTower Music leybli Fleş/Ox krossover seriyalarında istifadə edilmiş musiqiləri albom şəklində satışa çıxarmışdır. Alboma həm də sezon arası respektivdən iki bonus trek də əlavə edilmişdi.[23] Hər iki serialın musiqi mövzularını biləşdirməli olan bəstəar Bleyk Nili deyir ki, “Əslində bu elə də çətin iş deyildi, mən hər iki serialın musiqisini elə hazırlamışdım ki, onlar oxşar xüsusiyyətlərə malik idilər, lakin hər ikisi bir-birindən fərqli xüsusiyyətlər də daşıyırdı.”[24]
Alboma “xüsusi hadisə fanatları arasında məşhur olan” iki bonus trek də əlavə edilmişdi.[25] Alboma daxil olan bütün musiqilər Blek Nili tərəfindən bəstələnmişdir.[26]
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Rainbow Raider Strikes" | 2:24 |
2. | "Don't Get Involved" | 0:41 |
3. | "Team Arrow in Central City" | 2:30 |
4. | "Training Barry" | 1:55 |
5. | "What's Up, Doc" | 2:21 |
6. | "Barry Gets Whammied" | 3:05 |
7. | "The Flash vs. Arrow" | 5:06 |
8. | "S.T.A.R. Labs Thanks Oliver" | 1:51 |
9. | "Firestorm Appears" | 0:52 |
10. | "Looking for Boomerang" | 2:36 |
11. | "Like a Kid in a Candy Store" | 1:26 |
12. | "Boomerang in A.R.G.U.S." | 4:00 |
13. | "Teaming Up" | 1:50 |
14. | "Torture Tactics" | 2:16 |
15. | "Hope for Saving People Like Us" | 1:44 |
16. | "Light Inside You" | 2:28 |
17. | "Disarming the Bombs" | 3:54 |
18. | "Gift Exchange" | 1:30 |
19. | "The Brave and the Bold" | 1:44 |
20. | "The Man in the Yellow Suit" (Bonus Track) | 2:15 |
21. | "The Climb" (Bonus Track) | 3:29 |
Ümumi müddət: | 49:57 |
22 noyabr 2014-cü ildə Vestvud, Los-Ancelesdəki Krest kinoteatrında fanatlar üçün eksklüziv “Fleş Oxa qarşı” krossover seriyalarının xüsusi baxışı təşkil edilmişdir.[27] Bundan sonra Amell, Qastin, Devid Ramsi, Emili Bett Rikards, Daniella Panabeker və Karlos Valdes icraçı prodüserlər Berlanti, Kreysberq və Quqqenheymlə birlikdə sual-cavab panelində iştirak etmişlər.[28]
Krossoverin birinci hissəsi olan “Fleş” seriyası 2 dekabr 2014-cü ildə, bunun ardında ikinci hissə olan “Ox” seriyası isə 3 dekabr 2014-cü ildə The CW telekanalında yayımlanmışdır.[29] ABŞ yayımı ilə paralel krossover Kanadanın CTV telekanalında da yayımlanmışdır.[30] Birləşmiş Krallıqda krossover ilk dəfə 18 dekabr 2014-cü ildə Channel 5 tərəfindən yayımlanmışdır.[31] Avstraliyada seriyalar ard-arda 28 yanvar 2015-ci ildə Fox8 telekanalında yayımlanmışdır. Bunun üçün Avstraliyada “Ox” teleserialını yayımlayan Nine Network telekanalı krossoverin tərkib hissəsi olan “Ox” seriyasını yayımlamaq hüququnu Fox8 telekanalına vermişdir.[32]
Krossover seriyaları “Fleş” teleserialının birinci mövsümü və “Ox” teleserialının üçüncü mövsümünə daxil olan bütün seriyalarla birlikdə Blu-ray və DVD formatlarında 22 sentyabr 2015-ci ildə satışa çıxarılmışdır.[33][34] Həmin dəstlərə kadr arxası səhnələr, audio izahlar və ixtisar edilmiş səhnələr daxil edilmişdir. Seriyalar müvafiq olaraq 6 və 7 oktyabr 2015-ci ildə Netflixdə baxışa çıxarılmışdır.[35][36]
Serial | Seriya | Yayım vaxtı | Rating/share (18–49) |
İzləyicilər (milyon) |
DVR (18–49) |
DVR izləyiciləri (milyon) |
Ümumi (18–49) |
Ümumi izləyicilər (milyon) |
---|---|---|---|---|---|---|---|---|
Fleş | "Fleş Oxa qarşı" | 2 dekabr 2014 | 1.6/5 | 4.34[37] | 1.0 | 2.31 | 2.6 | 6.65[38] |
Ox | "Məğrur və kobud" | 3 dekabr 2014 | 1.4/4 | 3.92[39] | n/a | n/a | n/a | n/a |
“Fleş” seriyası 7 oktyabr 2014-cü ildə serialın premyerasından sonra ikinci ən çox izləyici sayı[40] və 18-49 yaşlı izləyicilər arasında ikinci ən böyük nəticəni göstərmişdir. Əvvəlki seriya ilə müqayisədə izləyici sayı 22%, 18-49 yaşlılar arasında göstərici isə 14% artmışdır.[41] “Ox” seriyası üçüncü mövsümdə serialın ən çox izlənilən seriyası olmaqla yanaşı, həm də 10 oktyabr 2012-ci ildə serialın debütündən bəri serialın ən geniş izləyici kütləsini təşkil etmişdir. Özündən əvvəlki seriya ilə müqayisədə teleserialın izləyici sayı 46%, 18-49 yaşlılar arasında reytinqi isə 56% artmışdır.[42] Bu, həm də The CW telekanalının iki il ərzində ən çox izlənilən Çərşənbə gününü təşkil etmişdir.[43]
“Fleş”in Kanada yayımı 2.45 milyon nəfər tərəfindən izlənmişdir ki, bu da həftənin ən böyük izləyici göstəricisi olmuşdur. “Ox” seriyası 2.2 milyon nəfər tərəfindən izlənmişdir ki, bu da günün ikinci, həftənin isə dördüncü ən böyük izləyici göstəricisidir.[44] Birləşmiş Krallıqda “Fleş” və “Ox” seriyaları müvafiq olaraq 1.5 milyon və 980.000 nəfər tərəfindən izlənmişdir. Ümumilikdə ölkədə seriyalar müvafiq olaraq 1.63 və 1. 26 milyon nəfər tərəfindən izlənmişdir.[31]
Krossoverin yayımlanmasından sonra hər iki serialın reytinqləri krossoverdən əvvəlki seriyalarla müqayisədə xeyli artmışdır. “Fleş”in göstəriciləri 18-49 yaşlılar arasında 6%, ümumilikdə isə 4% aşağı düşmüşdü.[45][46] “Ox” serialının növbəti seriyasının göstəriciləri isə 18-49 yaşlılar arasında 29% aşağı düşmüşdü.[47] Buna baxmayaraq həmin göstərici serialın krossoverdən əvvəlki seriyası ilə müqayisədə artmış və mövsüm ərzində ikinci ən yaxşı nəticəsini göstərmişdi.[48]
Birinci Ox/Fleş krossoverindən sonra “Variety” jurnalından Brayan Louri “Ox” serialının uğurunu “daha işıqlı tonlar” və “Fleş” serialının “maraqlı super güclərini əlavə etməklə” təkrarlamağa müvafiq olduqlarına görə prodüserləri alqışlamışdır. O, qeyd edir ki, “incə şəkildə hər iki serialı birləşdirən” krossover həm də onların izləyicilərini bir araya gətirməyə müvəffəq olmuşdur.[49] “Birth.Movies.Death”dən Meredit Borders krossover seriyalarını “əyləncəli” adlandıraraq, deyir ki, “yeni gələnlər təqdim edilmədən çoxlu süjet xəttləri təqdim olunur. Yeni izləyicilər nə baş verdiyini anlamaq üçün vaxt sərf etməli olsalar da, hər iki serialı izləyən veteran izləyicilər böyük həzz alacaqlar.” [50]
“Entertainment Weekly”dən Çansellor Aqard hiss edir ki, “Flox” (ing. Flarrow) krossover hadisəsi ümumilikdə uğurlu alınmışdır. Hər iki seriyada “Fleş komandası yeni vəziyyətə düşür və onların bu vəziyyətdən necə çıxmasını müşahidə etmək olduqca maraqlıdır.” Aqard qeyd edir ki, “Ox komandası üçün də bir neçə maraqlı məqamlar düşünülsə də, onlar əsasən ekşn səhnələrinə fasilə xarakteri daşıyır.”[51]
“IGN”-dən Cessi Şedin “Fleş” seriyasına 7.8/10 bal vermişdir. O, deyir ki, “personajlar və onların köməkçilərinin yollarının kəsişməsi baxımından” “Fleş Oxa qarşı” seriyası “şən” idi...izləyicilər “Barri və Ollinin münasibətlərinin inkişaf etməsinin şahidi olurlar.” “Muxtar bir seriya kimi imkanlarının məhdud olması isə, seriyada daha bir yaxşı inkişaf etdirilməmiş caninin təqdim edilməsinə səbəb olmuşdur.”[52] “The A.V. Club”dan Skott Von Doviak seriyanı “A-“ dərəcəsi ilə qiymətləndirir və “Fleş”in bir saatlıq muxtar seriyası kimi “əlamətdar açılış” adlandırır. Yazarlar Qreq Berlanti və Endryu Kreysberqin işini tərifləyən Von Doviak, həm də “iki serialın tonunu birləşdirməyə müvəffəq olan” rejissor Qlen Uinterin işini bəyəndiyini bildirir. Fleş və Oxun döyüş səhnəsini xüsusi qeyd edən Von Doviak bildirir ki, “Bu, yaxşı planlaşdırılmış döyüşdür, müxtəlif məqamlarda personajların hər birinin üstün cəhətləri yaxşı göstərilir.”[53]
“Collider”dən Deyv Trambor “Fleş” seriyasına “A-" bal verərək deyir ki, personajları bir yerdə görmək “əyləncəli” idi. O, qeyd edir ki, “bu seriyada cinayətkarlığa qarşı mübarizə aparan gənc Barri Allen bir çox problemlərlə qarşılaşır. Barri anlayır ki, Ox ona, vergisinin gözəl bir hədiyyə olduğunu, lakin, onun özünü təkmilləşdirməli və mükəmməlləşdirməli olduğunu izah etməyə çalışır.” Trambor həm də, “Oxun məşqlər sayəsində özünü təkmilləşdirmə və detallara diqqət üslubunun, Fleşin vecsiz və canilərin döyülməsinə çatanda təbəl davranışı ilə qarşılaşması”nı izləməyi bəyəndiyini bildirir.[54] Aqardın seriyadan gözləntiləri məyusluqla tamamlanmamışdı. O, hiss edir ki, “həm epik döyüş səhnəsinin də daxil olduğu ekşn səhnələri, həm də personajların xarakterinin açıldığı səhnələr yaxşı işlənmişdir. İzləyici komandaların qarşılaşmasından həzz aldığı müddətdə bütün baş verənlər Fleşin hekayəsini bir mərhələ də irəli aparır.”[55]
“Paste” jurnalından Erik Uolters “Fleş” seriyasını 9/10 balla qiymətləndirərək deyir ki, “Fleş Oxa qarşı seriyasında fanatların krossoverdən gözləyə biləcəyi hər şey var.”[56] “Den of Geek”dən Kerolayn Prisi də seriyanı qiymətləndirərək deyir ki, “bu demək olar ki, lazım olan hər şey və daha artığıdır.” Onun fikrincə bu seriya “ehtiyat, səliqə və sevgi ilə yanaşılacağı halda komiks ideyalarının kiçik ekrana necə uğurla uyğunlaşdırılmasına gözəl nümunədir.”[57]
“Ox” seriyasına 9.2/10 bal verən Şedin qeyd edir ki, “bunu izləmək partlayış idi” və seriyanın krossoverin birinci hissəsindən “daha qənaətbəxş” olduğunu vurğulayır. Krossoverin iki muxtar hissəyə bölünməsi ilə potensialın bir saatınnı boşuna sərf etdiyini göstərən Şedin “Ox” hissəsinin əyləncə və döyüş səhnələrinin bölünməsi baxımından daha ardıcıl olduğunu deyir. Tənqidçi üçüncü mövsümün ən unudulmaz canisi olacağına ümid etdiyi Kapitan Bumeranqı izləməkdən həzz almışdı. O, həm də Barri və Ollinin komandalarının qarşılaşması, seriyada işıq və qaranlığın balansının gözlənilməsini müsbəət hal kimi qeyd edir.[58] “The A.V. Club”dan Alasdeyr Uilkins seriyaya “A-“ balı verərək deyir ki, seriya “bir saatlıq yüngül əyləncədir və Barri, yeganə personajdır ki, Oliverin standart hərəkətlərini onun üzünə vurur.” “Fleş cəsurluğu ilə ilhamlandırsa da, onun sadələşdirilmiş düzgün və səhv anlayışı gördükləri işin qaranlıq tərəfinə fikir verməməyə sövq edir. Oliver isə, ədalətə nail olmaq üçün hər şeyi etməyə hazır olab cəsurdur.”[59]
“Ox” seriyasının krossoveri effektiv bağladığını hiss edən Trambor seriyanı “A” balla qiymətləndirir. O, qeyd edir ki, “hər iki qəhrəman şəhərlərində öz xarakterlərinə uyğun fəaliyyət göstərirlər.” Barri Allenin cinayətkarlıqla mübarizəsi “vezsiz” və “Sentral-sitinin yüksək texnologiyaları” əsasında həyata keçirilir. “Kuinin Starlinq-sitisi” isə amansız yeraltı dünyası ilə “ən çox maskalanmış cinayətkarın şəxsiyyətini xatırladır.”[60] Lakin, Aqard qeyd edir ki, “Ox seriyası kifayət qədər yaxşı olsa da, birinci hissəyə çata bilmir.” “Məğrur və kobudun krossoverin hissəsi olması hiss olunur və o, Oliverin personaj kimi inkişafına xidmət etmir.” Aqard deyir edir ki, “Siskonun hər yerdə bəxti gətirir”, “Kapitan Bumeranq isə ən güclü və inandırıcı rəqibdir”, “çünki, strategiya istifadə edir və bir neçə addımını əvvəlcədən planlaşdırır.”[51]
“Paste” jurnalından Mark Rozeman “Ox” seriyasına 9.3/10 bal verir və deyir ki, o, “nəinki krossoverin digər seriyası ilə eyni səviyyədədir, hətta bəzi məqamlarda ondan üstündür.” Onun sözlərinə görə “Fleş Oxa qarşı seriyası Fleşin özünü müdafiə etməyə qadir olduğunu göstərirsə, Məğrur və kobud seriyası Oxun hələ də alova malik olduğunu nümayiş etdirir.”[61] “Den of Geek”dən Mayk Çeççini deyir ki, “seriya kifayət qədər bitkin macəradır.” O, qeyd edir ki, “hər iki həm ayrılıqda həm də birlikdə yaxşı işləyir, “Fleş Oxa qarşı” seriyasında Fleş çox aydın vurğulanır, “Məğrur və kobud” seriyası isə heç şübhəsiz ki, Oxun seriyasıdır.”[62]
“TVLine” “Fleş Oxa qarşı” krossoverini 2014-cü ilin doqquzuncu ən böyük televiziya anı adlandıraraq deyir ki, “Krossoverlər də çoxdu, superqəhrəman teleserialları da. Lakin yaxın dövrün televiziya tarixində iki kostyumlu superqəhrəmanın qarşılaşması (yüngülləşdirilmiş şəraitdə olsa da) baş verməmişdi. Fleşin yüngül və yumşaq hərəkətlərinin Oxun güclü və zəhmli hərəkətlərinə qarşı qoyulması yüngül tanqo effekti yaradaraq, krossover hadisəsi ətrafındakı səs-küyə cavab verir.”[63] “IGN” Fleş və Ox arasındakı döyüş səhnəsini 2014-cü ilin ən yaxşı döyüş səhnələrindən biri adlandırmışdır.[64] “ScreenRant” krossoverə daxil olan hər iki seriyanı 2014-cü ilin ən yaxşı teleserial seriyaları sırasına daxil etmişdir.[65] “Blastr” və “Zap2it” saytları da “Fleş Oxa qarşı” seriyasını 2014-cü ilin ən yaxşı televiziya seriyalarından biri adlandırır.[66][67]
2015-ci ilin yanvarında “The CW” telekanalının prezidenti Mark Pedovitz bildirir ki, kanal hər il Ox Kainatının krossover hadisəsini hazırlamağı planlaşdırır.[68] 2015-2016-cı televiziya mövsümündə təqdim edilmiş iki hissəli krossover hadisəsi “Qəhrəmanlar güclərini birləşdirir” adlandırılmış, və krossover “Fleş” və “Ox” seriallarının VIII seriyaları arasında baş tutmuş, burada “Sabahın əfsanələri” komandasının yaranması göstərilmişdi.[8] 2016-2017-ci televiziya mövsümündə “Fleş”, “Ox” və “Sabahın əfsanələri” serialları arasında baş tutan "İşğal!" krossover hadisəsində “CBS” telekanalının “Supergörl” telekanalının baş qəhrəmanı da təqdim edilmiş, ikinci mövsümdən isə serial “The CW” telekanalına keçirilmişdir.[8][69][70]