Oxot Ryu-hyo Muzeyi

Oxot Ryu-hyo Muzeyi (オホーツク流氷館, Ohotsuku Ryuhyokan?)Yaponiyanın Hokkaydo prefekturasının Abaşiri şəhərində, Tento dağında yerləşən elmi muzey. Oxot dənizində dreyf edən edən buzlaqlara (流氷, ryuhyo?) və Oxot dənizinin canlılarına həsr olunmuşdur.

Oxot Ryu-hyo Muzeyi
Xəritə
Əsası qoyulub 1985
Mövzu dreyf edən buzlaq[d], Oxot dənizi
Ölkə
Yerləşir Abaşiri
44°00′03″ şm. e. 144°14′23″ ş. u.HGYO
ryuhyokan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Muzey üç mərtəbədən və bir yeraltı mərtəbədən ibarətdir. Dreyf Edən Buzlaq Təcrübəsi Otağında temperatur −15 °C-dir və burada 100 tona yaxın real dreyf edən buzlaq sərgilənir.[1] Sərgi zalında Oxot dənizi, dreyf edən buzlaqlar, buzlaqların qlobal istiləşmə nəticəsində azalması, qütb buzlaqları, Kuril adalarıAmur çayının alternativ vəziyyətləri mövzularında məlumatlar verilir.[2] Muzeyin teatrında quraşdırılmış beş ədən ekran vasitəsilə dreyf edən buzlaqların reallığa yaxın nümayişi yaradılmışdır.[1] Birinci mərtəbədə muzeyin kafesi yerləşir. "Cafe de Clione" adlı bu kafedə Oxot dənizinin duzu ilə dadlandırılmış xüsusi dondurma servis olunur.[3]

Muzey kompleksində Tento müşahidə məntəqəsinə yerləşir və buradan Oxot dənizinin buzlaqlarını, Abaşiri gölü, Notoro gölü, Tofutsu gölü, Mokoto gölü, Şirokoto sıradağlarını seyr etmək mümkündür. Tento dağından olan bu mənzərə 1938-ci ildə Yaponiyanın "mənzərəli gözəllik yeri" statusu almışdır.[1]

Muzeyin akvariumunda Oxot dənizinin dreyf edən buzlaqlarında yaşayan bəzi canlılar sərgilənir. Görünüşləri səbəbilə "dreyf edən buzlaqlar mələyi" adlandırılan klionalar muzeyin talismanlarından biridir. Bu canlılar buzlaqların formalaşdığı dövrdə Oxot dənizinə gəlirlər və Abaşiri sahillərində görünürlər. Muzeydə sərgilənən digər Oxot dənizi canlılarına fuusen balığı, atsumori balığı, şima-ebi daxildir.[4]

  1. 1 2 3 "施設概要". Muzeyin rəsmi saytı (yaponca). 24 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2024.
  2. "Exhibition Hall". Muzeyin rəsmi saytı (ingiliscə). 4 dekabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2024.
  3. "カフェ・ド・クリオネ". Muzeyin rəsmi saytı (yaponca). 25 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2024.
  4. "Fish Tank with Life". Muzeyin rəsmi saytı (ingiliscə). 24 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]