Oyunun sonu

Oyunun sonu və ya Yüksək səviyyə (ing. Boss Level - "Son səviyyə"[2]) — rejissor Co Karnahanın öz ssenarisi əsasında çəkmiş olduğu elmi fantastik döyüş filmidir. Filmdə baş rolları Frenk Qrillo, Naomi UottsMel Gibson canlandırmışdırlar.

Oyunun sonu
ing. Boss Level
Janr elmi-fantastika filmi, döyüş filmi
Prodüserlər
Baş rollarda
Distribütor Hulu[d]
İlk baxış tarixi 23 iyul 2020[1], 2020
Müddət 104 dəq.
Büdcə 45.000.000 $
Gəlir 2.000.000 $
Ölkə
Dil ingilis dili
Rəng rəngli
IMDb ID7638348

Entertainment Studios Motion Pictures şirkəti filmi əvvəlcə 16 avqust 2019-cu ildə nümayiş etdirməyi planlaşdırmış olsa da, sonradan filmin bu tarixdə nümayiş etdirilməsi təxirə salınmışdır. Daha sonra isə filmin yayım hüquqları Hulu tərəfindən satın alınmış və film 5 mart 2021-ci ildə ABŞ-da nümayiş olunmuşdur.[3] Filmin Rusiyada nümayişi isə 11 mart 2021-ci ildə baş tutmuşdur.[4]

Keçmişdə xüsusi təyinatlı olmuş Roy Palver üçün hər gün eyni cür başlayır: yuxudan oyanan kimi əli xəncərli biri ona hücum çəkir, ardınca helikopterdə olan pulyemotçu evində salamat bir yer qoymur. Hələ bu harasıdır?! Hədəflərini Adolf Hitlerin şəxsi tapançası ilə öldürən muzdlu qadın, düşmənlərinin başını kəsən çinli qılıncoynadan, adamları diri-diri partladan bəstəboy psixopat və başqaları ilə mübarizə aparır. Roy Palver hər gün təkrar olunan bu “zaman ilməsinə” necə düşdüyünü özü də başa düşmür. Bu sanki bir oyundur, hər dəfə keçə bilmədiyi mərhələni yenidən başlamalı olur. O, artıq öldüyü günlərin sayını da itirib. Ancaq sonda o hər şeyi başa düşərək düşmənlərinə qalib gəlməyi bacarır.

  • Frenk Qrillo — Roy Palver
  • Mel Gibsonpolkovnik Klayv Ventor
  • Uill Sasso — Brett
  • Naomi Uotts — Cemma Uells
  • Annabel Vallis — Elis
  • Rob Qronkovski — helikopterdəki pulemyotçu
  • Ken Conq — şef Ceyk
  • Mişel Yeo — Dai Fen
  • Rio Qrillo — Coy
  • Matilda Ollivie — Qabriel
  • Selena Lo — Quanini
  • Kuinton Cekson və Rəşad Evans — «zənci əkizlər»
  • Son Makkinni — Deyv
  1. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  2. "День курка / Boss Level". 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
  3. Wiseman, Andreas. "Hulu Strikes U.S. Deal For Frank Grillo Action Sci-Fi Movie 'Boss Level'". Deadline Hollywood. 2020-11-23. 2021-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-25.
  4. "День курка, дата выхода в России". 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.