Ozon qatı

Ozon təbəqəsiYer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: "Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru!".

1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini "Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü" elan edib. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilib. "Ozon təbəqəsinin qorunması haqqında" Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulub. Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır. Ozon qatının dağılmasında "antropogen faktorun" rolu elmi dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur. Havanın qütblərə doğru aktiv axını ilə əlaqədar ozonun tərkibinin ən böyük qiyməti Kanada, Şimali Avropa və Rusiyanın Arktikaya yaxın hissəsində qeyd olunur. Yay fəslinə qədər orta en dairələr üzərində ozonun konsentrasiyası yüksək səviyyədə qalır.

Ozon qatının dağılması ekvator zonasında planktonların məhvi nəticəsində okeanın biogenezinin dağılmasına, flora və faunanın məhvinə, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Təxminən 1970-ci ildən başlayaraq stratosfer ozonunun miqdarının qlobal azalması müşahidə olunur. Ozonun ümumi miqdarının azalması buzlaqların əriməsinə səbəb olur, digər tərəfdən, son yüz ildə Yer kürəsində orta illik temperaturun 0,6 dərəcəyə qədər artması qlobal istiləşmə problemi yaradır. Yer kürəsinə düşən UB şüalanmanın artması nəticəsində buzlaqların ərimə sürəti artır. Nəticədə son yüz ildə okean sularının səviyyəsi 10–15 sm artıb. 1982-ci ilin yanvar ayında BMT-nin Ətraf Mühit Proqramı Ozon Qatının Qorunması Haqqında Qlobal Konvensiyanın layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini çağırdı. 3 illik aktiv danışıqlardan sonra Konvensiya 1985-ci il mart ayında Vyana şəhərində qəbul edildi. Konvensiyanın 21-ci maddəsinə görə, ölkələr insan sağlamlığını ətraf mühitin ozon qatının dağılması ilə əlaqədar təsirlərdən qorumağa dair öhdəliklər götürüb.

Ozon təhlükəsi

[redaktə | mənbəni redaktə et]

Son illər bir çox ölkələr tərəfindən ozon təhlükəsi olmayan soyuducu agentlərin hazırlanmasına diqqət yetirilir. 1987-ci ildə Monreal protokoluna əsasən ozon təbəqəsini parçalayan maddələrin hazırlanmasına və istifadəsinə qadağalar qoyulmuşdur. 1988-ci ilin martında ’’Du Pont’’ firması hallogenləşmiş freonların (CFC) hazırlanmasının tam dayandırılması haqqında elan vermişdir. Protokol 1 yanvar 1989-cu ildən qüvvəyə minmişdir. Həmin protokolu 127 ölkə qəul etmişdir. 1990-cı ilin iyun ayında London konfransında inkişaf etmiş ölkələr tərəfindən bütün növ freonların istifadəsinin 2000-ci ilə qədər dayandırılması haqqında qərar qəbul edilmişdir. Kopenhagendə 1992-ci ilin noyabr ayında isə Beynəlxalq Müşavirədə Monreal protokolu iştirakçıları tərəfindən ozon təhlükəsi olan R11, R12 və R502 soyuducu agentlərin istehsalının dayandırılması barədə qərar qəbul edilmişdir. Ozon təbəqəsini parçalayan maddələrə soyuduculuq texnikasında geniş yayılan soyuducu agentlər daxildir. Onların ozon təbəqəsini parçalama aktivliyi molekullarda xlor atomunun olması ilə təyin edilir və CO2-yə nisbətən ozon parçalama potensialı (ODP – Ozon Depletion Potential) və ’’parnik effekti’’ potensialı (GWP – Global Warming Potensial) ilə qiymətləndirilir. Soyuducu agentlər ozon parçalama aktivliyinə görə iki qrupa bölünür:

  • ozon parçalayan yüksək aktivlikli soyuducu agentlər (ODP≥1,0) – xlorftorkarbonlardır (CFC): R11, R12, R13, R113, R114, R115, R502, R503, R12B1, R13B1. Kaliforniya Universitetinin alimi Mario Molin 1974-cü ildə qeyd etmişdir ki, xlor oksidinin molekulu və xlor atomu ozon təbəqəsinin parçalanmasına gətirib çıxaran güclü katalizatorlardır. Xlor molekulunun stratosferə çatması 1–2 il çəkir. Bura yalnız kimyəvi cəhətdən stabil molekullar çatır. CFC molekulları da stabil molekullara daxildir. Stratosferə çatan bir xlor molekulu on mindən yüz minə kimi ozon molekullarını parçalamağa malikdir;
  • ozon parçalayan aşağı aktivlikli soyuducu agentlər (ODP≤0,1)–hidroxlorftorkarbonlardır (HCFC): R21, R22, R141b, R123, R124. Tərkibində xlor atomu olmayan (ftorkarbonlar FC, bütün soyuducu agentlər hidroftorkarbonlar HFC, karbohidrogenlər HC) ozon təhlükəli deyil (ODP=0). Bunlara R134, R134a, R152a, R143a, R125, R32, R23, R218, R116, RC318, R290, R600, R600a, R717 aiddir. Qeyd: HGWP-CO2 nisbətən 100 il vaxt müddətində qəbul edilmişdir. (Halocarlon Global Warminq Potensial).
  • Q. B. Məmmədov Soyuduculuq texnikası, Bakı:Elm, 2007, 284 s.
  • Q. B. Məmmədov, Q. M. Allahverdiyeva İstilik və soyutma texnikası.-Bakı: Elm, 2011, 492 s.