Ozurgeti dəfinəsi — Avropa gümüş sikkələri dəfinəsi. 414 ədəd sikkə var. Bu, 1953-cü ildə Gürcüstanın Ozurgeti şəhərində tapılmışdır.
Dəfinə mis qaba qoyulmuşdur. Ozurgeti dəfinəsinin bir hissəsi (270 ədəd) Avstriya talerlərindən (51 ədəd), Venesiya dukatlarından (1 ədəd), Toskana talerosundan (11 ədəd) və İspaniya pesosundan (207 ədəd) ibarətdir. Gürcüstan ərazisində belə böyük taler sikkə xəzinəsinin tapılması sübut edir ki, Avropa gümüş sikkələri Gürcüstanın pul dövriyyəsində mühüm rol oynamışdır.[1][2]
Ozurgeti dəfinəsindən 270 sikkə Gürcüstan Simon Canaşia Muzeyində, 144 sikkə Ozurgeti Tarix Muzeyində saxlanılır.[1][2]