Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac.
Saqqız ağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Saqqız ağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir. Uzun müddət saqqız ticarəti ilə məşğul olan bu ada Qanuni tərəfindən 1556-cı ildə fəth edildikdən sonra Osmanlı bu ağacı yetişdirən 21 ailəni himayəsinə almışdır. Saqqızın xoş ətrin onun cəmi 1-2%-ni əmələ gətirən uçucu yağa borcludur. Bu uçucu yağda alfa-pinen və nirsen adlanan maddələr yüksək miqdarda olduğu üçün ətrin yaranmasına səbəb olur. Qatı tərkibini isə müxtəlif quruluşa malik triterpenlərin qarışığı meydana gətirir. 1996-2005-ci illər arasında aparılan elmi tədqiqatlar zamanı saqqızın bakteriyaların çoxalmasının qarşısını aldığı müşahidə edilmişdir.1996-2005-ci illərdə edilən müxtəlif araşdırmalarda saqqızın bakteriyaların çoxalmasını dayandırma təsirinin mövcud olduğu müəyyən edilmişdir. Mədə və duodemum xorasi müalicəsində faydalı olabiləcəyini göstərən ilk araşdırmalar 1984-1986-ci illərdə, daha sonra 2000-ci illərdə xoranın ən əhəmiyyətli faktoru olan helikobakter pilorinin artımını dayandırdığı və peptik xorada təsirli olduğunu araşdırmalarda görürük. Hamımızın müəllimi və professor Turhan Baytop 1967-ci ilin mart-dekabr aylarında Çeşmə ətrafında bir elmi gəzinti edir və Çeşmədə Çiftlikköyü yaxınlarında çox yaşlı saqqız ağaclarının olduğunu müəyyən edir. Bu təsbitlərini 1968-ci ildə Türkiyədə saqqız əldə etmək imkanları adlı bir məqalə ilə nəşr edir.[2]
Saqqız ağacı Aralıq və Egey dənizlərinin ətrafında yetişir. O cümlədən, Yunanıstanın Xios adasında (türklər onu həmçinin Saqqız adası adlanır), onun yanında yerləşən Türkiyənin Çeşmə yarımadasında, Mərakeşdə, İberiya yarımadasında, İraqda və İranda.[3]
Dünyada saqqız ağaclarının ən verimli olduğu bölgələrdən biri Çeşmə bölgəsidir, və bu bölgədə ağac sayını artırmaq üçün böyük çalışmalar davam edir. Çeşmə kənd təsərrüfatı rəhbərliyində çalışan Ziraat mühəndisi Ahmet Keçici Alaçatı da ənənəvi yöntəmlərlə saqqız ağacını artırmaq mövzusunda önəmli çalışmalar həyata keçirir. Bu çalışmaların məqsədi isə ağacların verimliliyini qaranti altına almaqdır. Çeşmə bölgəsində saqqız ağacları olduqca azdır, yerləşmə sahələri çoxalmağa başladıqca əldə olanların qorunması vacib olduğu düşünülür. Çeşmədə saqqız ağacları 4 nöqtədə qorunma altına alındı. Bunlardan ən böyüyü Alaçatı bələdiyyəsinə aid saqqızlıqdır. Təxmini 125 ədəd saqqız ağacı var.Bunların ətrafı tellərlə bağlandı. Giriş və çıxışa qadağa qoyuldu, sulaması, gübrələnməsi, baxımı və hər növ ehtiyacları təmin edildi. Qorunmasının səbəbi insanların istədiyi kimi istifadə etməsi, sərbəstcə kəsməsi, dolayısı ilə mövcud ağacları da yox etmələrinə qarşı almış olunan bir önləmdir.[4]
Saqqız ağacının ən verimli dövrü 10 yaşı ilə 70 yaşı arasıdır. Və düzənli olaraq baxıldığı zaman hər il 1 və ya 1,5 kq saqqız əldə etmək olar. Saqqız adasında ənənəvi olaraq 2 metodla saqqız ağacı istehsal edilir. Bunlardan birincisi, “calaq” metodu, yəni ana bitkidən bitkinin budağını ayırmadan o budağı bir tüpə və çini qaba və ya plastik bidona keçirərək, düzənli olaraq sulama zamanı təxmini 1 il zaman zərfində yeni bir fidan əldə etmiş olunur. İkinci metod “odun çəliyi” dediyimiz təxmini 20-30 sm boyunda köhnə budaq (2 illik və ya daha yaşlı budaq olması vacibdir, çünki onların sinir ucları var) götürürük. Bu budaqları 20-40 sm düzbucaqlı şəklində çuxura 2 ədəd olacaq şəkildə əkirik. Bunların üzərinə daha tez köklənməsini həyata keçirmək üçün torf səpirik. Və çuxurumuzu bağlayırıq. Təxmini 2-3 ay ərzində fidanımızın yaşıllaşdığını görəcəyik. Adada da bu şəkildə tətbiq edilir. Bu iki metodun xaricində “toxuma mədəniyyəti” və “peyvənd” metodlarından da istifadə edilir. Ün Yede Orhon Güven saqqız ağacını aid olduğu torpaqlarda deyil, öz məmləkətində yetişdirmək üzərə uzun sürəli araşdırmalar etmişdir. Və son dərəcə detallı bir çalışma ilə bu ağaclar üçün lazımlı mühiti əldə etmişdir. Ərazisində peyvənd çalışmaları edən Güvənin ən böyük hədəfi isə yabani saqqız peyvəndi ilə mədəni saqqız istehsal etməkdir.[5]
“Köhnənin həkimləri əsərlərində dərman tərkiblərində saqqıza yer veriblər. Hal-hazırda əsasən geniş yayılmış istifadə sahələri dondurma və şirniyyat sənayesində, içkilərin ətirləndirilməsində, xüsusən də saqqız “rikuri” və saqqız “arağı” emalatında, bundan başqa yunan mətbəxində bir çox yeməyin içində, ət yeməklərində belə damla saqqızından istifadə olduğunu bilirik. Bundan başqa, kosmetika sahəsində də geniş istifadə imkanları var, çünki saqqızın uçucu yağı həm dərini regenerasiyaedici, dərini qidalandırıcı və xüsusən də günəş şüalarının zərərli təsirlərinin qarşısını almaq xüsusiyyətlərinə malikdir.[5]
Bundan başqa bəzi spesifik istifadə sahələri var; məsələn cərrahiyyədə cərrahi iplərin ya da yaraları tikən iplərin hazırlanmasından istifadə olunduğunu bilirik. Bu arada saqqızlı qəhvəni də unutmayaq. Son zamanlarda çox məhşurlaşıb”.[5]
Ölkəmizdə uyğun şərait yaradıldığında, saqqızın vacib bir gəlir sahəsi olacağı aydındır, eyniylə Saqqız adasında olduğu kimi. İzmirdə yaşayan biznesmen Spiridione Sergio Saqqız adasını tez-tez ziyarət edir. Sergio Türkiyəyə saqqız məhsullarının sağlıqlı yollarla girişini təmin edən bir idxalatçıdır.
“Bizim tanışmağımız 1980-cı illərə dayanır, amma bu bir dostluq mərhələsi idi. Daha sonra Yunanıstan Avropa birliyinə girdikdən sonra Avropa birliyi damla saqqızı kimi vacib bir məhsulu distribütorlar vasitəsilə hər ölkəyə paylanmasını uyğun gördü, bunu təklif etdi. Növbə Türkiyəyə gəldikdə isə bu hadisə Nikonun qulağına çatdı. Birdən-birə bu şəkildə bir ortaqlıq başladı. Birinci ili əməlli başlı çətinliklərimiz oldu, 300 kq damla saqqızı ilə başladıq, çox mücadiləmiz oldu, amma çətin mərhələni keçdik.
Saqqız adasının mərkəzi xaric 52-i kəndi var. Bu 52 kənddən damla saqqızı yalnız adanın cənub-qərbindəki 12-13 kəndində mövcuddur. Ən keyfiyyətli damla saqqızı ən cənub, dənizə baxan tərəfindəki Menitadır, keyfiyyətləri də dənizə yaxınlığı ilə eyni mütənasiblikdə artır, çünki dəniz küləyini, cənub küləyini soyuq şəkildə alması lazımdır. Damla saqqızında torpaq quruluşu da vacibdir”.
Keçmişi sivilizasiya tarixi qədər qədim olan saqqız ağacının biçin vaxtıdır isti yay ayları. Göz alıcı aydınlıqda olan saqqız damlaları avqust ayınının sonlarında ağac altlarından yığılır və bir sonrakı mərhələyə hazırlanır. Bu müddətdə adanın küçələrində, qabı önlərində və dəniz kənarında saqqızın təmizlənməsi prosesini görmək mümkündür. Saqqız yad maddələrdən təmizlənir və qayğı ilə durulanıb qurudulur. Artıq bu təbiətin insanına şəfa, hüzur,ləzzət və dolanışıq qaynağı olaraq xidmət verməyə hazırdır.
“Bu dəniz suyu ilə yuma dəniz suyu duzlu olduğu üçün daha yüngül olan damla saqqızını daha üstə tutur. Və üstünə bir də mərmər tozu da qatırlar ki, kirliliyi daha tez aşağı alsın. Lakın bu təmizləmə mərhələsi 3-4 dəfə davam edir, səbəbi də ilk dəfə daha az mərmər tozu qatırlar ki, təmiz damla saqqızı yuxarıda qalsın, ilk təmizini almış olurlar. Daha çox mərmər tozu qatdıqlarında bu dəfə o kirlilər də dibdə qalırlar. Onları ikinci keyfiyyətdə məhsul olaraq alırlar. Ən son üçüncü məhsul qalır ki, o da saqqız yağı emalatı kimi yerlərdəistifadə edilir. Yəni, təkrar-təkrar yumalarının səbəbi də bunu 3 parti halında almalarıdır.
Damla saqqızının da öz aralarında ayrı-ayrı boyları var. Kiçik boylarda olanlar ilk göz yaşı olan damla saqqızıdır. Onlar daha bahalı olurlar. Çünki o havayla daha çox təmas etdiyi üçün suyunu itirir və itirdiyi su mütənasiblikdə də ətri daha çox olur. Digərləri orta ya da böyük olanlar isə eyni keyfiyyətdə damla saqqızlarıdır. Ələkdən keçər və tavada döyülərək istifadə edilir və tavada döyülmələri asan olsun deyə orta olanlar seçilirlər. İstifadə məqsədlərinə görə fabriklərdə qaynadaraq, əritərək istifadə edənlər daha ucuz olduğu üçün böyükləri seçərlər.
Damla saqqızından sonra Saqqız adasının digər məhsullarına da daxil olmağa başladıq. Damla saqqızı mürəbbələri, kosmetika məhsulları -bu tip məhsullara daxil olduqdan sonra Türkiyədə özümüz emal etməyə başladıq. Damla saqqızının lokumundan tutmuş, qəhvəsi, halvası deyərkən kosmetika məhsullarına, sabunlara daxil olduq. Beleliklə, məhsullar çoxaldıqca damla saqqızının satışı da artmağa başladı. Əvvəlki 300 kq-lar 10 tonlara qədər artdı. Bunların daxilində fabrikləri ola bilər, istehsalçı kəsim ola bilər, topdan satıcıları var,pərakəndəçiləri var, şiriniyyatçı qrupu var, ədviyyatçı qrupu var, yəni əhatə dairəsi çox genişdir. Daxil ola bilmədiyimiz çox sahə var, son alınan qərarlarla bu təbi məhsulların apteklərdə satılması planlaşdırılır. O sahə də gələcəkdə açılacaq. Koperativ bəzi malları analizdən keçirdikdən sonra qəbul etmirlər. Daha çox məhsul almaq üçün bunların kökünə gübrəverilir, təmizlik mərhələsindədə toksid istifadə edirlər. Bu məhsul onsuz da koperativə daxil ola bilmir.
Saqqız istehlakının son illərdə artdığıını söyləmək mümkündür. Türklər saqqız adası ilə həmişə əlaqəli olublar. Amma təəssüflər olsun ki bazarda rəqib məhsul kateqoriyası altında çox keyfiyyətsiz məhsullar istehlakçılara təqdim edilir. Damla saqqızı əsrlər boyunca müxtəlif mətbəxlərdə də öz yerini almışdır. Saqqız adasındakı məşhur aşpaz Geny Linos müştərilərə təklif etdiyi bir çox dadlı yeməyə saqqız əlavə etdiyini bildirib. Saqqız adası Türk və Yunan mədəniyyətini birləşdirən ortaq dəyərlərdən biridir.