Qızıl uçurum (film, 1980)

Qızıl uçurum (rus. Золотая пропасть) — Azərbaycan filmi.

QIZIL UÇURUM
Fayl:Qızıl Uçurum (1980).JPG
Janr dram
Rejissor Fikrət Əliyev
Əsərin müəllifi İbrahim bəy Musabəyov
Ssenari müəllifi Mirzəağa Atəş
Baş rollarda Əliabbas Qədirov-Cəlil
Həmidə Ömərova-Şəfiqə
Hamlet Xanızadə-Lütfəli bəy
Yelena Qabets-Ağbəniz
Məmmədrza Şeyxzamanov-Qurban
Həsənağa Turabov-Usta Bağır
Sadıq Hüseynov-Əhməd
Şamil Süleymanov-Əziz
Operatorlar Valeri Kərimov, Kənan Məmmədov
Bəstəkar Cahangir Cahangirov
Rəssamlar Kamil Nəcəfzadə, Arif Əbdürrəhmanov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 11 mart, 1981
Filmin digər adları Neft və Milyonlar Səltənətində
Filmin növü tammetrajlı bədii film
Müddət 76 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dillər Azərbaycan dili
Rus dili
İl 1980
Texniki məlumatlar 8 hissə
2127 metr
genişekranlı
35 mm
Rəng rəngli
Çəkiliş yeri Bakı
IMDb ID0230999

XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil (Əliabbas Qədirov) taleyin hökmü ilə neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur...

Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır.

  • Film aktrisa Həmidə Ömərovanın kinoda ilk işidir.
  • Film yazıçı İbrahim bəy Musabəyovun "Neft və Milyonlar Səltənətində" povestinin motivləri əsasında çəkilmişdir.
  • Bu, povestin 2-ci ekran variantıdır.[1]
  • Film rejissor Fikrət Əliyevin böyük kinoda ilk müstəqil işidir.
  • Filmdəki neft buruqları səhnələri üçün rejissorun təlimatı ilə 16 buruq qurulmuş və tonlarla mazut-neftdən istifadə edilmişdir.
  • Filmin titrləri: XIX əsrin sonralarında Bakı torpaqlarının təkindən sel kimi axıb gələn "Qara qızıl" buranı ehtirasların toqquşma meydanına çevirdi...
  • Film bədii rəhbər Eldar Quliyevin kinoda ilk işidir.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
1)Vilnüsdə Ümumittifaq kinofestivalı
  • Film əsas Mükafatlardan birinə layiq görülmüşdür.
2)1983-cü ildə Leninqradda XIV Ümumittifaq kinofestivalı

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin Müəllifi : İbrahim bəy Musabəyov
Ssenari Müəllifi : Mirzəağa Atəş
Bədii rəhbər : Eldar Quliyev
Quruluşçu rejissor : Fikrət Əliyev
Quruluşçu operator : Valeri Kərimov, Kənan Məmmədov
Quruluşçu Rəssam : Kamil Nəcəfzadə, Arif Əbdürrəhmanov
Bəstəkar : Cahangir Cahangirov
Səs operatoru : Kamal Seyidov
Rejissor : T. Məmmədov
Operator : Nemət Rzayev
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Qrim rəssamı : V. Arapov
Montaj edən : Rəfiqə İbrahimova
Redaktor : Əhmədağa Qurbanov
Rejissor assistenti : X. Şirinova, Zəfər Murtuzov (Z. Murtuzov kimi), Sergey Ratnikov
Operator assistenti : Q. Əlizadə, Aydın Mustafayev
İşıq Ustası : Məhəmməd Hacıyev
Rəssam assistenti : Y. Kirşner, Asif Məmmədov
Məsləhətçi : Püstəxanım Əzizbəyova (tarix elmləri doktoru), M. Mürsəlov (akademik), N. Əliyev (texnika elmləri namizədi)
Çalır : SSRİ Kinematoqrafiyasının Dövlət Simfonik Orkestri
Filmin direktoru : Əli Məmmədov, Aydın İmrani
Əliabbas Qədirov-Cəlil
Həmidə Ömərova-Şəfiqə
Hamlet Xanızadə-Lütfəli bəy
Yelena Qabets-Ağbəniz
Məmmədrza Şeyxzamanov-Qurban
Həsənağa Turabov-Usta Bağır
Sadıq Hüseynov-Əhməd
Şamil Süleymanov-Əziz
Kamil Məhərrəmov-Qüdrət
Eldəniz Zeynalov-Nuru bəy
Muxtar Maniyev-Xəlil
Muxtar Avşarov-Arabaçı
Y. Kayaks
V. Kornilov
Yaşar Məmmədov
Qafar Həqqi
O. Qamazov
M. Bağırzadə
Gümrah Rəhimov-Faytonçu
Şəmsi Şəmsizadə-Bəy
Şahin Cəbrayılov-Pəltək
Nübar Novruzova-Fahişə
Ələsgər Məmmədoğlu-Neftçi
Nəcəf Həsənzadə-Nökər
Cahangir Aslanoğlu-Qonaq

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Əminə Yusifqızı-Şəfiqə (Həmidə Ömərova) (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli-Əziz (Şamil Süleymanov) (titrlərdə yoxdur)
Rafiq Əzimov-Qüdrət (Kamil Məhərrəmov) (titrlərdə yoxdur)
Amaliya Pənahova-Ağbəniz (Yelena Qabets) (titrlərdə yoxdur)
Həsən Məmmədov-Hakim (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-Qonaq (titrlərdə yoxdur)
  1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 13.
  • Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 300-301.

Azərbaycan filmlərinin siyahısı