Pəncşir

Pəncşir vilayəti (fars. پنجشیر‎, hərfi "beş aslan") — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.

Pəncşir vilayəti

35°25′39″ şm. e. 69°44′06″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Bazarək[d]
Tarixi və coğrafiyası
Yaradılıb 13 aprel 2004
Sahəsi
  • 3.610 km²
Hündürlük
4.226 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 176.000 nəf. (2022)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu AF-PAN
Pəncşir vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilayətin ərazisi 3.610 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 139.1 min nəfər[2], inzibati mərkəzi Bazarək şəhəridir.[3] Pəncşir vilayəti Əfqanıstanın 34-cü vilayəti olaraq 13 aprel 2004-cü ildə yaradılmışdır.[4] Pəncşir vilayəti Əfqanıstanın şərqində, Əfqanıstan-Pakistan sərhəddi yaxınlığında yerləşir. Vilayət Bəğlan və Təxar vilayətləri ilə, cənubda Lağman və Kapisa vilayətləri ilə, şərqdə Bədəxşan və Nuristan vilayətləri ilə, qərbdə isə Pərvan vilayəti ilə həmsərhəddir.[5]

Əhalisinin etnik tərkibi

[redaktə | mənbəni redaktə et]

Əhalisi əsasən taciklərdən, həzaralardan, paşayilərdən, nuristanilərdən, Qılzay İttifaqına daxil olan puştunlardan və az sayda digər xalqların nümayəndələrindən ibarətdir.[5]

Taciklər sünni-islam etiqadlı farsdilli xalqdır. Əsasən dari (digər adı farsi - kabulidir) dilində danışırlar. Vilayətin Saləng rayonunda əhalinin çoxluğunu təşkil etməklə yanaşı digər rayonlarında da yaşayırlar.

Həzaralar şiə-islam etiqadlı qədim türk (faktlara əsasən qədim Dəri dilində danışırlar) kökənli xalqdır. Əsasən kompakt şəkildə vilayətin Hisa-i-Avali Pəncşir və Hisa-i-Duvumi Pəncşir rayonlarında taciklərlə qarışıq halda yaşayırlar.

Nuristanilər vilayətdə kata tayfası ilə təmsil olunmuşlar.[5] Bu tayfa Hisa-i-Avali Pəncşir rayonunun cənub-şərqində yaşayır.[5]

Paşayilər dravid dil ailəsinə aid bir dildə danışırlar.[5] Onlar vilayətin Hisa-i-Duvumi Pəncşir rayonunun cənub-şərqində məskunlaşıblar.[5]

Pəncşir vilayəti inzibati cəhətdən Salang, Pəncşir, Hisa-i-Duvumi Pəncşir və Hisa-i-Avali Pəncşir rayonlarına bölünür.[5]

  1. http://nsia.gov.af:8080/wp-content/uploads/2022/06/Estimated-1401-010_compressed.pdf.
  2. "Islamic Republic of Afghanistan Central Statistics Organization". 2010-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-29.
  3. "Administrative Divisions of Countries ("Statoids"): Afghanistan". 2006-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.
  4. "Find Out All About Panjshir". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.
  5. 1 2 3 4 5 6 7 "Program for Culture & Confilict Studies". 2015-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.