Pəncəüzgəclilər

Pəncəüzgəclilər (lat. Crossopterygii) — xoanlar yarımsinfinə aid dəstəüstü.

Pəncəüzgəclilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Klad:
Yarımsinif:
Pəncəüzgəclilər
Beynəlxalq elmi adı
  • Crossopterygii

Bu balıqlar eramızdan 400 milyon il əvvəl dənizlərdə və şirin sularda geniş yayılmışdır. Su hövzələrinin quruması nəticəsində yarımquru həyat tərzinə keçməyə məcbur olmuş pəncəüzgəclilərin bəzi nümayəndələrində döş və qarın üzgəcləri yerdə sürünməyə uyğunlaşmış, hava ilə tənəffüs etmək üçün ağciyərlər əmələ gəlmişdir. Bunların quru onurğalılarına başlanğıc vermələri güman olunur. Sonradan bu balıqların böyük bir qismi yox olmuşdur. Lakin,1938-ci ildə Hind okeanının Afrika sahillərində, Madaqaskar adasının yaxınlığında bir pəncəüzgəcli balıq tutulmuşdur. Bu balığa Latimeriya Xalumna Smit adı verilmişdir. Sonradan həmin yerdən daha bir neçə belə balıq tutulmuşdur. Hazırda yaşayan pəncəüzgəcli balıqlarda qədim pəncəüzgəclilərdən fərqli olaraq ağciyərlər yoxdur.

Crossoterygimorphadəstəüstünün 2 dəstəsi var: RhipidistiformesCoelacanthiformes. Bunların kəllə qutusu qoxu və əsl kəllə hissələrinə ayrılır. Bu hissələr bir-birilə hərəki birləşib. Kəllədə örtük sümükləri inkişaf edib. Visseral skleletin ox kəlləyə birləşməsi amfistildir, bəzi növlərdə auqostilliyə keçid nəzərə çarpır. İkinci çənələri yaxşı inkişaf edidir.

Keçmişdə yaşamış Rhidistiformes dəstəsinin nümayəndələrində daxili burun dəlikləri (xoanalar), nisbətən yaxşı inkişaf etmiş ağ ciyərlər varmış. Bu balıqlar hava tənəffüsü edərək hərəkət edə biliblər. Belə zənn edirlər ki, devon dövrünün ortalarında bunlar suda-quruda yaşayanlara başlanğıc verib, daşkömür dövründə azalaraq Permdə yox olublar.

Crossoterygiimorpha dəstəüstünün və ya pəncəüzgəcli balıqların digər qrupunun nümayəndələri polezoyun axırlarında dənizlərə keçib, bu dövrün axırlarında və üçlük dövründə çoxalıblar. Sonralar azalmağa başlayan bu balıqları zooloqlar nəsli kəsilmiş hesab ediblər. Lakin 1938-ci ildə əsl sensansiya baş verib ki, bu barədə selakantikimilər dəstəsində məlumat verilib.

  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 113.
  • Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı, 2007, s 149.
  • Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 156 s.
  • Abbasov H.S., Mustafayev Q.T., Məmmədova S.Ə., İsmayılov R.Ə. Bakı,1999,səh 144.

Şablon:Taksobar