Pəncərə — 1991-ci ildə çəkilmiş Azərbaycan dram filmi.
Pəncərə | |
---|---|
Janr |
dram uşaq |
Rejissorlar |
Həsən Əbluc Ənvər Əbluc |
Ssenari müəllifi | İsi Məlikzadə |
Baş rollarda |
İlham Babayev — Əhsən Valeh Kərimov — Əhsənin atası Yaşar Nuri — Nəsib Ənvər Əbluc — Direktor Ruslan Nəsirov — Köçəri Simuzər Ağakişiyeva — Nərminə |
Operator | Elxan Əliyev |
Bəstəkar | Mobil Babayev |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1991 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 82 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1991 |
Texniki məlumatlar |
8 hissə 2255 metr 35 mm |
Rəng | rəngli |
Film qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində yetim evi olub internat adlanan məktəbdə "tərbiyəçi"-müəllimlərlə "tərbiyə olunan"- şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir. Belə bir ziddiyyətli şəraitdə yaşamağa məcbur olan, lakin bu şəraitə uyğunlaşa bilməyən, doğma evlərinin xiffətini çəkən balaca Əhsən (İlham Babayev) yeganə çıxış yolunu tapır – özünü pəncərədən ataraq məhv olur.
"Pəncərə" filmi xəbərdarlıq kimi səslənir, uşaqların taleyini şikəst edən tərbiyə sisteminin kökündən dəyişilməsinə çağırır.
Film Məhəmməd peyğəmbərin aşağıdakı kəlamları ilə başlayır: "Məni haqq olaraq göndərən Allaha and içirəm ki, yetimlə mərhəmətlə davranana, ona gülər üz göstərib, şirin sözlə nəsihət verənə, onun yetimliyinə və zəifliyinə acıyana...Allah-Təala qiyamət günü əzab verməz".
Köçəri tutulan zaman Nərminə həqiqətən göz yaşı tökür.
Filmin ideyası 1987-ci ildə yaranmışdır.