Xəlil İsmayılov (tam adı: Xəlil İsmayıl oğlu İsmayılov; 1 iyul 1945, Düzrəsullu, Gədəbəy rayonu) — Bakı Dövlət Universitetinin "Kitabxana resursları və informasiya axtarış sistemləri" kafedrasının müəllimi, tarix üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi.[1][2][3] Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[4][5]
Xəlil İsmayılov |
---|
Xəlil İsmayıl oğlu İsmayılov |
Doğum tarixi |
1 iyul 1945(1945-07-01) (79 yaş) |
Doğum yeri |
|
Milliyyəti |
azərbaycanlı |
Atası |
İsmayıl Səfər oğlu |
Anası |
Rüxsarə Muxtar qızı |
Elm sahəsi |
kitabxanaşünaslıq |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
Təhsili |
|
Mükafatları |
|
Xəlil İsmayıl oğlu İsmayılov 1945-ci ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşdur. 1952–1959-cu illərdə Düzrəsullu kəndində 7-illik məktəbində 7-ci sinfi, 1959–1963-cü illərdə Çayrəsullu kənd orta məktəbində 11-ci sinfi bitirib.
1964–1966-cı illərdə hərbi xidmətdə olmuşdur. 1967-ci ildə Bakı şəhərinə gələrək Yeni Bakı Neft Emalı Zavodunda fəhlə kimi işə başlamış, eyni zamanda Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə daxil olmuşdur. 1972-ci ildə BDU-nun Kitabxanaçılıq fakültəsini bitirərək, OADKYC-nin mərkəzi komitəsində təlimatçı, baş təlimatçı, təşkilat şöbə müdiri əvəzi vəzifələrində çalışmışdır.
1974-cü ildə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasına dəvət edilmiş, laborant kimi işə başlamışdır. 1976–1979-cu illərdə kafedranın əyani aspiranturasında təhsil almış və 1979-cu ildən Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasında müəllim, baş müəllim, dossenti vəzifəsində çalışmışdır.
1984-cü ildə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində ixtisaslaşdırılmış müdafiə şurasında "namizədlik dissertasiyası müdafiə etmiş, "Pedoqoji elmlər namizədi" alimlik dərəcəsi almışdır.
1990–1993-cü illərdə Bakı Dövlət Universitetində Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində işləmişdir. 1994-cü ildən Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-informasiya fakültəsinin dekanı seçilmiş və 2012-ci ilədək bu vəzifədə çalışmışdır.
2004-cü ildə doktorluq dissertasiyası müdafiə edərək tarix üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. 2007-ci ildən Kitabxana Resursları və İnformasiya Axtarış Sistemləri kafedrasının müdiri vəzifəsində işləyir. 1997-ci ildən "Kitabxanaşünaslıq və Biblioqrafiya" elmi nəzəri təcrübi jurnalının təsisçisi və baş redaktorudur. 1999-cu ildə Azərbaycanda təşkil olunmuş AKİİA-nın(Azərbaycan Kitabxana İşinin İnkişafı Asosiasiyası) təsisçilərindən biri və prezidentidir.
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
Xəlil İsmayılov dünyanın inkişaf etmiş bir sıra ölkələrində ABŞ, Fransa, Belçika, Norveçdə təhsil, elm-maarif və kitabxana-informasiya problemləri üzrə məruzələr söyləmiş, müzakirələrdə iştirak etmişdir, 100-ə qədər elmi məqalə, monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.
- Kitabxana işinin təşkili, iqtisadiyyatı və idarə edilməsi fənni üzrə proqram / Tərc. ed. X. İ. İsmayılov. B.: BDU, 1988.-16s.
- Kitabxana işinin təşkili iqtisadiyyatı və idarə edilməsi: Proqram.-B.: Bakı Universiteti Nəşriyyatı, 1994.-21s.
- Kitabxanaçılıq fakültəsi (BDU-nun 75 illiyinə həsr olunub). – B., 1994. – 15s.
- Kitaxana işinin idarə edilməsinin metodiki və təşkilati məsələləri: Dərs vəsaiti.-B, 1995.-96s.
- Azərbaycan Respublikasında kitabxana işinin metodik təminat sisteminin inkişaf tarixi (1918–2000-ci illər):
- Monoqrafiya. – B.: Bakı Universiteti Nəşriyyatı, 2000.- 416s.
- Kitabxanaların elmi-metodik təminatı: Kitabxanaçılıq-informasiya fakültəsi üçün: Proqram.- B.: BDU, 2000. –9s.
- İstehsalat təcrübəsi proqramı.-B., 2000. –19s.
- Metodik göstərişlər: Kitabxanaların elmi-metodik təminatı / Metodik göstəriş.- B.: BDU, 2002.- S. 76–90.
- Kitabxana işinin təşkili və idarə edilməsi: Kitabxanaçılıq-informasiya fakültəsinin qiyabi təhsil alan
- III–IV kurs tələbələri üçün: metodik göstərişlər.-B.: BDU, 2003.-311s.
- Azərbaycan respublikasında kitabxana işinin metodik təminat sistemi:1918–2000-ci illər
- (Tarixi, müasir vəziyyəti və perspektivləri)/Tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı.-B., 2004.-60s.
- Kitabxana menecmentinin əsasları: Dərs vəsaiti.-B.: Bakı Universiteti Nəşriyyatı, 2005.- 199s.
- Kitabxana işinin təşkili və idarə olunması: Proqram. – B.: BUN., 2005. – 24s.
- Kitabxana informasiya texnologiyaları: dərs vəsaiti.- Bakı Nurlar.-2009.- S.312
- Kitabxana işinin təşkili idarə olunması: dərslik.- Bakı Nurlar.- 2010.
- Kitabxana işinin idarə edilməsinin təşilati-metodik məsələləri.-B., 1995.-96 s.
- Azərbaycan Respublikasında Kitabxanaların metodik təminat sisteminin inkişaf tarixi; (1918–2000): Monoqrafiya.-B., 2000.-416 s.
- Kitabxana menecmentinin əsasları: Dərs vəsaiti.- B., 2005.-196 s.
- Kitabxana menecmentinin əsasları: Dərs vəsaiti; Təkrar 2-ci nəşri.- B., 2007.-197 s..
- 2001-ci il, avqust — Amerika Birləşmiş Ştatları — Boston və Nyu-York şəhərlərində Kitabxana-informasiya müəssisələrinin beynalxalq forumu (Müxtəlif seksiyalarda məruzələr)
- 2001-ci il 1–10 iyul – Belçika — Lamur və Brüssel şəhərlərində təsis proqramı çərçivəsində beynalxalq konfrans
- 2003-cü il, 18 may-1 iyun — Fransa — Nitsa və Monteneqro şəhərlərində yeni təsis texnologiyasının öyrənilməsi
- 2005-ci il, 13–18 avqust — Norveç — Oslo şəhərində İFLA-nın konfransı (Bölmə iclaslarından məruzələr)
- 2006-cı il, 18–25 avqust – Koreya — Seul şəhərində İFLA-nın konfransı. (Bölmə iclaslarında çıxış)
- Kitabxana menecmenti və onun hüquqi əsasları.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B.,2004.-S. 15–23
- Kitabxana statistikasının bəzi məsələləri.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2005.-№ 1
- Kitabxana menecmentinin prinsipləri və funksiyaları.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B.,2004.-№ 2.-S.12–23
- Alim və vətəndaş ömrü: T. Quliyev haqqında.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B.,2004.-№ 2.-S. 142–146
- Unudulmaz müəllim: M. Bağırov haqqında.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B.,2003.-№ 2.-S. 131–133
- Müqəddəs insanın ömür yolu: Z. Əliyev haqqında.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B.,2003.-№ 1.-S. 109–113
- Azərbaycanın kitabxana mütəxəssisləri IFLA-nın konfransında.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2001. -№ 2. –S. 133–139
- Görkəmli şəxsiyyət: A. Xələfov haqqında.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B.,2004.-№ 1.-S. 7–16
- Kitabxanaçılıq fakültəsi 50 ildə .// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B.,1997.-№ 1.-S.9–17
- 70 ilin zirvəsində .// Mənalı ömür yolu.-B., 2001.-S.126–129
- Kitabxana işçilərinin fasiləsiz təhsilə cəlb edilməsinin bəzi məsələləri .// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2006.-№ 1
- Dünya miqyaslı siyasi xadim və fövqəlbəşər insan .// Respublika qəzeti –5 may – 2006
- Görkəmli kitabxanaşünas alim .// Respublika qəzeti, 23 dekabr 2006
- Müstəqil Azərbaycan daha da möhkəmdir və inkişaf edir.// Respublika qəzeti, 29 oktyabr, 2006
- Görkəmli kitabxanaşünas alimin şərəfli ömür yolu (K. Aslanla birlikdə).// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2006.-№ 2, S. 4–31
- Xeyirxah insan, fədakar alim. // Azərbaycan qəzeti, 15 fevral, 2007
- Əzəmətli, bənzərsiz şəxsiyyət .// Respublika qəzeti, 8 may 2007
- İnkişafımızın yeni mərhələsi .// Respublika qəzeti, 11 aprel 2007
- Əcnəbi terminlərə mətbuatda geniş meydan verdiyinə görə redaktorların günahı böyükdür.// Həftə içi qəzeti, 22 may, 2007
- Xalqın dərin məhəbbətini qazanmış layiqli rəhbər (Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan tarixində yeni mərhələnin təməlini qoyub).// Respublika qəzeti, 17 oktyabr 2007
- Bir şair yaşayır qəmin içində (N.ismayılov, K. Aslanla birlikdə).// Xəzər Xəbər jurnalı Dekabr, 2007-ci il.№ 241, s- 20–21
- Kitabxanaların idarə edilməsinin strateji əsasları.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2008.-№
- "Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı dövlət proqrammı"nın biblioqrafik informasiya təminatı (N. İsmayılovla birlikdə).// Humanitar elmlərin öyrənilməsinin aktual problemləri:
- ali məktəblərarası elmi məqalələr məcmuəsi, Bakı, 2007.-s.318–320
- Zamanın fövqündə dayanan dahi şəxsiyyət Azərbaycan tarixinin bütöv bir epoxası ümummilli liderimiz Heydər Əliyevin Adı və fəaliyyəti ilə bağlıdır.// Respublika qəzeti, 26 aprel, 2008
- Xalqını sevdiyi qədər sevilən insan (Millət vəkili, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva haqqında).// Azad Azərbaycan qəzeti, 12 dekabr, 2008
- Milli kitabxana Azərbaycan elm və mədəniyyətinin xəzinəsidir.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2008.-№ 2
- Kitabxanaların idarə edilməsinin müasir problemləri .// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2009.-№ 1
- Kitabxana işinin demokratikliyi haqqında(P. Kazımi ilə birlikdə) .// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2009.-№ 1
- Azərbaycan Respublikasının regionlarının kitabxana-informasiya resurslarının inkişafının bəzi məsələləri: Gəncə-Qazax iqtisadi rayonunun nümunəsində. (N. İsmayılov, İ. Bayramova ilə birlikdə) // Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2009.-№ 1
- Müstəqil Azərbaycanın memarı və qurucusu .// Respublika qəzeti, 11 iyul, 2009
- Müasir tariximizin yeni parlaq epoxası//Respublika qəzeti,24 dekabr, 2009
- Azərbaycanda kitabxanaların idarə edilməsinin müasir məsələləri// Bakı Universiteti Xəbərləri, humanitar elmlər seriyası, 2009, № 3
- Akademik Abel Məhərrəmov// Kitabxanaşünaslıq və biblioqrafiya, 2009, № 2
- Kitabxanaşünaslıq texnoloji biliyin təkamülü kimi// Kitabxanaşünaslıq və biblioqrafiya, 2009, № 1
- Kitabxanaların strateji planlanlaşdırılması// BDU-nun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans.-B,2009.-30–31 oktyabr
- Milli mədəniyyətimizin təəssubkeşi "Əməkdar mədəniyyət işçisidir" prof. X. İsmayılov haqqında// Kitabxanaşünaslıq və biblioqrafiya, 2009, № 1
- Biblioqrafik göstərici (1977–2008) Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə nəşr edilir// Kitabxanaşünaslıq və biblioqrafiya. Biblioqrafik göstərici (1977–2008), s. 8–9
- Azərbaycan kitabxanalarının metodik təminatının inkişafı// Bakı Universitetinin xəbərləri: Humanitar elmlər sahəsi, B., 2011, № 3
- İsmayılov. X, İ. Mamedov. E. C İnformasiya proseslərinin və electron kitabxanaların avtomatlaşdırılması. 2012, N3, s.265–273
- M. F. Axundov adına Mİlli Kitabxanasının fondunun formalaşmasının müasir vəziyyəti //// Kitabxanaşünaslıq və biblioqrafiya. B.2012. N1.s.9–17
- Müsair dövrdə kitabxanaların metodik təminatının bəzi məsələləri// Kitabxanaşünaslıq və biblioqrafiya. B.2012. N2.s.9–18
- N. Ə. Əliyevin əsərlərinin Respublika Kitabxana resurslarının formalaşmasında rolu//// Kitabxanaşünaslıq və biblioqrafiya. B.2013. N2.s.9–16
- Görkəmli Azərbaycan ziyalılarının formalaşmasında və inkişafında Rusiya Milli Kitabxanasının rolu.// Kitabxanaşünaslıq və biblioqrafiya. 2013 N2. S.10–21
- Kitabxana-informasiya resurslar; fənninin tədrisi yeni aspektdə// Kitabxanaşünaslıq və biblioqrafiya. 2014 N1 .s.10–16
- Azərbaycanda məktəb kitabxanalarının tarixi haqqında ilk tədqiqat// Respublika, 19 oktyabr 2014.
- Rusiya millli kitabxanası və Azərbaycan ziyalıları// Vestik BAE Biblotecnoy Assambleyi Evraziya.2015 N4.s.36–37
- Kitabxana informatikasının elmi-nəzəri və təcrübi məsələləri//"Xəzər Universiteti" nəşriyyatı, Bakı.-2015,178 s.
- Kitabxana-informasiya fəaliyyəti və menecment// Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş "Müasir dövrdə kitabxana-informasiya fəaliyyətinin və kitabxanaşünaslığın müasir problemləri" Bakı,7 may 2015.-9–10 s.
- Kitabxana innovatikasının elmi nəzəri və təcrübi məsələləri// Qrant № EİF-RİTN-MQM-2/İKT-2–2013-7(13)-29/07/1.-B,2015.-s.178.
- Kitabxana resursları və informasiya axtarış sistemləri fənnlərinin tədrisi metodikası// B.: BDU,2015.-s.10 Proqram
- İnformasiya ehtiyatları informasiya prosesləri// B.: BDU,2015.-s.10 Proqram
- Kitabxana informasiya fəaliyyəti və menecment// Kitabxanaşünaslıq və biblioqrafiya. 2015 N1 .s.39–44
- Müəllimlik və alimlik şərəfi//Kitabxanaşünaslıq və biblioqrafiya. 2015 N2 .s.14–18
- Kitabxana işini idarəetmə metodları//Kitabxanaşünaslıq və biblioqrafiya. 2015 N2 .s.19–26
- Azərbaycan kitabxanalarında statistika işinin həyata keçirilməsində yeni istiqamətlər. //"Kitabxana-informasiya fəaliyyəti və fənnlərarası inteqrasiya"Beynəlxalq Elmi Konfrans materialları.-Bakı,29 dekabr.- 2015.
- Vətəndaş cəmiyyətində multikultural inkişaf.// Mədəni müxtəliflik: Dünya və Azərbaycan Beynəlxalq konfransın proqramı 29 aprel 2016.