Rauf Məmmədağa oğlu Dadaşov (4 noyabr 1944 – 9 fevral 2020) — Azərbaycan animasiya filmləri rəssamı, rejissor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008).
Rauf Dadaşov 4 noyabr 1944-cü ildə doğulmuşdur. O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində 4 il oxumuş, 1975-ci ildə Moskvada rəssam-miltiplikator ixtisası üzrə kursu bitirmişdir. 1970-ci ildən «Azərbaycanfilm»də, 1990-cı ildən başlayaraq, «Azanfilm» studiyasında rejissor-rəssam-animasiyaçı işləyib.[1]
"Əndazədən çıxanlar" (1988) animasiya filmindəki eyni adlı novella onun quruluşçu rejissor kimi ilk işidir.[1]
9 fevral 2020-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir.[2]
Aktrisa Kübra Dadaşovanın qardaşıdır.
- Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin rəssamı
- Akvarium (film, 1983)
- Anam ağaca çıxıb (film, 1986)
- Balaca çoban (film, 1985)
- Bir axşam... (film, 1985)
- Bir dəfə (film, 1990)
- Cavanşir (film, 2002)
- Cırtdan və div (film, 1983)
- Cırtdan-"pəhləvan" (film, 1981)
- Cücələrim (film, 1975)
- Çalalar (film, 2000)
- Çaqqal oğlu çaqqal (film, 1972)
- Daş (film, 1977)
- Dəniz səyahəti (film, 1992)
- Dınqıl, sazım, dınqıl (film, 1976)
- Siçan və pişik (film, 2008)
- Əndazədən çıxanda (film, 1988)
- Fəryad (film, 1993)
- Günlərin bir günündə... (film, 1975)
- Güzgü (film, 1990)(I)
- Humayın yuxusu (film, 1985)
- Xoruz (film, 1977)
- Kirpi balası və alma (film, 1977)
- Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
- Qara "Volqa" (film, 1994)
- Qaravəlli-2 (film, 1992)
- Qəribə əjdaha (film, 1984)
- Qəzəlxan (film, 1991)
- Qız qalası əfsanəsi (film, 1978)
- Lağım (film, 1993)
- Lovğa fil balası (film, 1987)
- Mənim ağ şəhərim (film, 1993)
- Meşəyə insan gəlir (film, 1980)
- Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
- Pəncərə (film, 1991)
- Sakit Yonun macəraları (film, 1985)
- Sehrli ağac (film, 1980)
- Sən belə cımbılısan (film, 1982)
- Söhbətül-əsmar (film, 1994)
- Şüalə (film, 1994)
- Talada ev (film, 1986)
- Taya (film, 1980)
- Təqib (film, 1984)
- Toplan və kölgəsi (film, 1977)
- Toral və Zəri (film, 1979)
- Torpaq (film, 2002)
- Tülkü həccə gedir (film, 1971)
- Ümid (film, 1992)
- Uşaq və külək (film, 1982)
- Yalançı çoban (film, 1991)
- Yatmaq vaxtıdır (film, 1984)
- Zirzəmi (film, 1990)