Pəri Miniatür

Pəri Miniatür (tam adı: Pərinisə Fazil qızı Əsgərova; d. 16 oktyabr 1976, Naxçıvan rayonu) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan rəssamı, 1000-dən çox əsərin müəllifi[1], azərbaycanlı miniatürcü qadın rəssam.[2]

Pəri Miniatür
Pərinisə Əsgərova
Doğum tarixi 16 oktyabr 1976(1976-10-16) (46 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam, pedaqoq
Təhsili
Janr miniatür
Təsirlənib Səttar Bəhlulzadə
Faiq Əkbərov
Üzvlüyü

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

Pəri Miniatür 1976-cı il oktyabrın 16-da Naxçıvan MR-nın Babək rayonunda anadan olub. 1983-cü ildə Babək rayonu Təzəkənd orta məktəbində ibtidai təhsilini alan rəssam 1993-cü ildə orta təhsilini başa vurmuşdur. 1981–1991-ci illərdə rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisasların açıldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 1993–1997-ci illərdə ali təhsilini almışdır.

Pəri Miniatür 2013-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2020-ci ildə Azərbaycan, Türkiyə, İranÖzbəkistanın ortaq qeyri-maddi mədəni irsi olaraq UNESCO-da qeydiyyata keçmiş miniatür sənətinin layiqli davamçılarındandır Pəri Miniatür.[3] Universitet illərində müəlliminin köməyi ilə miniatür xalça sisteminin incəliklərini öyrənən rəssam, miniatür sənətinə könül verir.[4]

Pəri Miniatürün müxtəlif illərdə Azərbaycanda, həmçinin bir çox ölkələrdə bir sıra beynəlxalq sərgiləri keçirilmiş və o, keçirilən bir çox beynəlxaq sərgilərin də iştirakçısı olmuşdur:

  • 2000-ci ildə Türkiyədə fərdi sərgisi keçirilb.
  • 2012-ci ildə "Creative Center"də fərdi sərgisi keçirilib.[1]
  • 2013-cü ildə "Azerbaijan Art Festival-2013" layihəsinin iştirakçısı olmuşdur.
  • 2013-cü ildə "Döyüşçü rəssamların I Respublika sərgisi" iştirakçısı olmuşdur.
  • 2013-cü ildə "Xətai Sənət Mərkəzin" də miniatür sərgi iştirakçısı olub.
  • 2014-cü ildə "Traditional Arts/Evolution" sərgi iştirakçısı olub.
  • 2016-cı ildə İstanbul "Uluslararası 12. Geleneksel Sanatçılar Buluşması" adlı festival sərgi işirakçısı olub.
  • 2016-cı ildə Bakı Beynəlxalq Multikulturalizim Mərkəzində "Azərbaycan Ədəbi-Bədii Qaynaqları" layihəsinin iştirakçısı olub.
  • 2018-ci ildə İstanbulda "Klassik və modern miniatür" fərdi sərgisi keçirilmişdir. Sərgidə Pəri Miniatürün 31 işi nümayiş etdirilib. Sərgidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri İbrahim Kalın və ailəsi, yazıçı Cemil Meriçin qızı Ümit Meriç və başqa tanınmış simalar da iştirak ediblər.[5]

2021-ci ildə Fransada çap edilən "Ghazals suivis de aphorismes" adlı kitabın illüstratoru olmuş Pəri Miniatür Beynəlxalq forum döş nişanı ilə də təltif edilmişdir.

Pəri Miniatürün sonuncu keçirilən "Rəngin eşqi" adlı fərdi sərgisi Rəssamlar İttifaqında Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı baş tutmuşdur. Sərgidə rəssamın 130-dan çox əsəri nümayiş olunub.[6]

Pəri xanım 30-a yaxın kitabın illüstratorudur.

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Pəri Miniatürün 10 əsəri" (az.). https://senet.az. Archived from the original on 2023-07-16. İstifadə tarixi: 30 iyun 2023.
  2. Günəş Mərd. "https://kulis.az/xeber/media/peri-miniatur-dunyani-qadinlar-idare-etseydi-her-sey-edaletli-olardi-musahibe-44491" (az.). https://kulis.az. Archived from the original on 2023-07-17. İstifadə tarixi: 30 iyun 2023.
  3. Ədalət Bayramoğlunun Atatürk mövzulu lövhələri Arxivləşdirilib 2018-10-15 at the Wayback Machinetürk.
  4. ""Miniatür sənəti mənim xilasımdır"" (az.). https://525.az/. Archived from the original on 2023-07-16. İstifadə tarixi: 30 iyun 2023.
  5. "https://kulis.az" (az.). https://kulis.az. Archived from the original on 2023-07-17. İstifadə tarixi: 30 iyun 2023.
  6. Röya İsrafil. "Rəngin eşqi adlı fərdi sərgi olacaq" (az.). https://www.bayraqdar.info/. Archived from the original on 2023-07-17. İstifadə tarixi: 30 iyun 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]