Pərvin Büldan (6 noyabr 1967, Hakkari) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.[2]
Pərvin Büldan | |
---|---|
kürd. Pervin Buldan | |
Xalqların Demokratik Partiyasının həmsədri | |
11 fevral 2018 – 28 avqust 2023 | |
Əvvəlki | Səlahəddin Dəmirtaş Serpil Kemalbay |
Sonrakı | Cahid Kırqazaq Sultan Özcan |
Türkiyə Böyük Millət Məclisinin sədr müavini | |
24 noyabr 2015 – 11 fevral 2018 | |
Sədr | İsmayıl Kahraman |
Əvvəlki | Yurdusev Özsömənler |
Sonrakı | Mithat Sancar |
Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
22 iyul 2007-ci ildən | |
Seçki dairəsi | 2007 — İğdır 2011 — İğdır iyun, 2015 — İstanbul noyabr, 2015 — İstanbul 2018 — İstanbul 2023 — Van |
Şəxsi məlumatlar | |
Doğum adı | Pervin Yüzer[1] |
Doğum tarixi | 6 noyabr 1967 (57 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | DTP, BDP, HDP, DEM Partiyası |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 2 |
Vikianbarda əlaqəli mediafayllar |
Pərvin Büldan 6 noyabr 1967-ci ildə Hakkari ilində anadan olub.
2007-ci ildə 10% barajını aşmaq üçün DTP, SOL, SDP və EMEP namizədlərindən ibarət qurulan “Min Ümid Namizədləri” ittifaqında bitərəf namizəd olaraq İğdır ilindən Türkiyə Böyük Millət Məclisinin 23-cü çağırışının deputatı seçilib. İğdır ilindən seçilən birinci qadın deputat idi. Deputat olduqdan DTP üzvü olub. DTP-nin qapadılmasından sonra BDP-də təmsil olunub.
2008-ci ilin martında İğdırda baş tutan mitinqdə Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanı tərifləyən çıxışlar etdiyi iddiası ilə Cəza Məcəlləsinin 215-ci (cinayəti və cinayət törədənə tərif) və 216/1-ci (ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmə və ya alçaltma) maddələrinə əsasən istintaqa başlanılıb.