Pərviz Heydərov

Heydərov Pərviz Telman oğlu (d. 19 iyul 1972, Bakı) – azərbaycanlı iqtisadçı, jurnalist.

Pərviz Heydəro
Pərviz Telman oğlu Heydərov
Doğum tarixi (51 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti iqtisadçı, jurnalist
Mükafatları "Tərəqqi" medalı — 2014

1972-ci il iyul ayının 19-da Bakı şəhərində anadan olub.

1979-1989-cu illərdə Bakı şəhəri Səbail rayonundakı 219 nömrəli məktəbdə orta təhsil alıb.

1989-cu ildə N. A. Voznesenski adına Leninqrad (indiki Sankt-Peterburq) Maliyyə-İqtisad Universitetinin Bakı filialına daxil olub, 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

1995-ci ilin sentyabr ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində (indiki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) aparıcı mütəxəssis vəzifəsinə işə götürülüb.

Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun makroiqtisadi tədqiqatlar şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.

1996-cı ildən ölkə mətbuatında iqtisadi mövzuda məqalələrlə çıxış edir.

1000-dən çox analitik və bir neçə elmi məqalənin müəllifidir.

İlk məqaləsi Kənd Təsərrüfatı Nazirliyinin keçmiş orqanı olan "Həyat" qəzetində çap edilib. "Həyat", "Panorama", 1998-ci ildən müntəzəm olaraq "Ekspress" qəzetində, 2011-ci ildən isə həmçinin ictimai-siyasi xəbərlərdən ibarət müxtəlif internet saytlarında iqtisadi mövzuda məqalələrlə çıxış edir.

Böyük Britaniyanın "Oxfam" Beynəlxalq Humanitar Təşkilatının "Azərbaycanda yoxsulluğun azaldılması" mövzusunda keçirdiyi yazı müsabiqəsinin qaliblərindəndir.

2007-ci ilin mart ayından Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

İqtisadi mövzuda məqalələrinə gorə Azərbaycan Jurnalistlər Birliyi tərəfindən 2007-ci ildə H. Zərdabi mükafatına layiq görülüb.

Amerika Birləşmiş Ştatlarının qanunvericilik hakimiyyətinin – Konqresin yeganə mübadilə proqramı sayılan və bilavasitə onun tərəfindən maliyyələşdirilən Açıq Dünya Proqramının iştirakçısı olaraq, 2008-ci il oktyabrın 29-dan noyabrın 11-nədək ABŞ-da səfərdə olub.

2003-2011-ci illər ərzində mətbuatda, o cümlədən İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun elmi dərgilərində dərc olunmuş məqalələrindən seçmələrdən ibarət, “İqtisadi yüksəliş problemləri” adlı kitabın müəllifidir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Video müsahibələr (istinadlar)

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]