P.A.Oyunski adına Saxa Akademik Teatrı

P.A.Oyunski adına Saxa Akademik Teatrı (saxa П. А. Ойуунускай аатынан Саха академическай театр) — saxa dilində dramatik tamaşalar qoyulan Saxa Respublikasının (Yakutiya) əsas teatrı.

P.A.Oyunski adına Saxa Akademik Teatrı
saxa П. А. Ойуунускай аатынан Саха академическай театр
Ümumi məlumatlar
Əsası qoyulub 1925-ci il
Heyət
Baş rejissor Ruslan Taraxovski (2010-cu ildən)
Baş rəssam Lena Qoqoleva
Yerləşməsi
62°01′59″ şm. e. 129°44′30″ ş. u.
Ölkə Saxa Respublikası
Yerləşir Yakutiya, Orconikidze 1
P.A.Oyunski adına Saxa Akademik Teatrı xəritədə
P.A.Oyunski adına Saxa Akademik Teatrı
P.A.Oyunski adına Saxa Akademik Teatrı
Официальный сайт

Tarixi[redaktə | mənbəni redaktə et]

1920-ci ildə teatrın yaradılması zamanı Yakutiyada iki truppa: rus və yakutiya truppaları təşkil olundu. 1925-ci ildə truppa ayrıca teatr oldu. Yarandığı gün ilk premyeranın günü hesab olunur - Yakut fantastika janrının qurucularından biri Neustroyev Nikolay Denisoviçin "Kuhakan tyyn" (Şər Ruhu) komediyasının - 17 oktyabr tarixində səhnələşdirildiyi gündür.

Teatrın ilk direktoru şair və dramaturq Anempodist Sofronov-Alampa idi. Vilyui həvəskar teatrının təşkilatçısı rejissor Dmitri Dmitriyeviç Bolşev olmuşdur. Teatrın ilk peşəkar rejissoru 1933-1958-ci illərdə işləyən Rusiya Teatr Sənəti İnstitututundan məzun olan Spiridon Alekseyeviç Qriqoryev idi.

Saxa Akademik Teatrı həmişə tamaşaçıları maraqlı səhnə əsərləri ilə sevindirmişdir. Böyük Vətən müharibəsi illərində qəhrəmanlıq-vətənpərvərlik mövzusu tamaşalarda canlı şəkildə əks olunurdu. Konstantin Simonovun "Rus xalqı" və "Məni gözlə", L.Leonovun "İstilası", A.Kronanın "Filo Zabiti", İ.Baxterev və A. Razumovskinin "Komandir Suvorov", N.Korneiçukun "Cəbhə", A.Qladkovun "Çoxdan əvvəl" əsərləri teatr tərəfindən səhnəyə qoyulmuşdur.

1960-1970-ci illərdə teatra Fedot Potapov rəhbərlik edirdi. Bu illərdə teatrda klassik tamaşalar səhnələşdirilirdi.

1983-cü ildən 2010-cu ilə qədər Andrey Borisov teatrın bədii rəhbəri və aparıcı direktoru vəzifələrində çalışıb.

1934-cü ildə teatra Yakutiya şairi, dramaturqu və dövlət xadimi Platon Oyunskinin adı verildi.

1990-cı ildə teatrın adı rəsmi olaraq P.A.Oyunski adına Saxa Teatrı olaraq dəyişdirildi.

1995-ci ildən teatr akademik teatr adına layiq görüldü və bundan sonra Platon Alekseyeviç Oyunski adına Saxa Akademik Teatrı adlandırılmağa başladı.[1]

P.A.Oyunski adına Saxa Akademik Teatrı Saxa ilə yanaşı həm respublikanın digər bölgələrində, həm də Rusiya və xarici ölkələrdə qastrollarda olmuşdur. Bu səbəbdən teatrın turlarının coğrafiyası genişdir. Respublikanın 80 yaşayış məntəqəsini və regional mərkəzlərini - Baykal-Amur magistralı (BAM), Xabarovsk, Çita, Maqadan, MinskBobruysk (Belarus), Ust-Kamenogorsk, Leninsk (Qazaxıstan), Yoşkar-Ola (Mari El Respublikası), Blaqoveşensk daxil olmaqla bir çox yerlərə qastrol səfərləri təşkil edilmişdir.

Səhnələşdirilmiş tamaşalar[redaktə | mənbəni redaktə et]

  • "Qonşular" Lev Lvoviç Qabışev. Rejissor: Vasiliy Vasilyeiç Mestnikov; bədii rəssam: Q.М.Turalısov[2]
  • "Abaqa Ulduzları", Lev Lvoviç Qabışev. Rejissor: RSFSR xalq artisti Qriqoryev Spiridon alekseyeviç[3]
  • "Ağaclar ayaq üstə ölür" Aleksandr Kasson. Rejissor: Vasiliy Fomin
  • 1982 — "Arzu olunan Mavi Sahil" Çingiz Aytmatov. Rejissor: Andrey Borisov
  • "Kral Lir" Şekspir. Rejissor: Andrey Borisov

1936-cı ildən bəri teatrda peşəkar sənətçilər: Moskva Dövlət Teatr Sənəti İnstitutunun A. V. Lunaçarski adına Yakutiya studiyasının məzunları işləməyə başladı.

  • Anna İanovna Kuzmina (1955—2017), Saxa Respublikasının xalq artisti, RSFSR-in əməkdar artisti.
  • Matvey Matveyiviç Lobanov (1959—2000), opera müğənnisi, RSFSR Xalq artisti.
  • Afanasi Prokopeyivç Petrov (1936—?), aktyor və rejissor, RSFSR Xalq artisti.
  • Pyotr Mixayloviç Peşetnikov (1934—1960), aktyor və rejissor, RSFSR Xalq artisti.
  • Varara Nikolayena Yakoleva (1959—1961; 1966—1980), opera müğənnisi (lirik və dramatik soprano), RSFSR Xalq artisti

Müasir teatr truppası[redaktə | mənbəni redaktə et]

  • Qerasim Vasilyev — Saxa Respublikasının xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti, Olonxo Teatrının baş rejissoru.
  • Yelena Serqeyeva Rumyaneviç — Saxa Respublikasının əməkdar artisti, Rusiya Federasiyasının əməkdar artisti.
  • Efim Stepanov — səhnə rejissoru, Saxa Respublikasının xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti (1993).
  • Zoya Baqınanova  — Saxa Respublikasının xalq artisti.
  • İzabella Nikolayeva  — Saxa Respublikasının xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti.
  • Mariya Varlamova — Saxa Respublikasının xalq artisti.
  • Pyotr Basnayev  — Saxa Respublikasının əməkdar artisti, Rusiya Federasiyasının əməkdar artisti.
  • Stepanida Borisova — Saxa Respublikasının xalq artisti, Rusiya Federasiyasının xalq artisti.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • P. Oyunskinin "Улуу Кудаҥса" (Böyük Kudanqsa) pyesinə görə "Festivalın Ən Yaxşı Tamaşası" nominasiyasında I Beynəlxalq "Tuğanlıq" Türkdilli Teatrlar Festivalının 2-ci mükafatı (1991).
  • "Кыыс Дэбилийэ" (2002) tamaşasına görə — Qızıl Maska Milli Teatr Mükafatında Tənqidçilər mükafatı.[4]
  • E. İoneskonun "Makbet" pyesinə görə — Dram Teatrı və Kukla Teatrı Münsiflərin Xüsusi mükafatı. (rejissor Sergey Potapov, 2005)Специальный приз жюри драматического театра и театра кукол — за спектакль «Макбет» Э. Ионеско (режиссёр Сергей Потапов, 2005)[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Страница театра на сайте sitc.ru". 2010-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-12.
  2. Антология Саха театра: в трех кн./ Кн. 2.:кн.-альбом / [авт.-сост.: Е.Н. Степанов (рук.) и др.] — Якутск: Бичик, 2013. — С. 23. — ISBN 978-5-7696-3996-8.
  3. Антология Саха театра: в трех кн./ Кн. 2.:кн.-альбом / [авт.-сост.: Е.Н. Степанов (рук.) и др.] — Якутск: Бичик, 2013. — C. 27 — ISBN 978-5-7696-3996-8.
  4. "Золотая маска: Лауреаты 2002". 2016-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-30.
  5. "Золотая маска: Лауреаты 2005". 2016-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-30.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Павлова-Борисова Т. В. Якутия театральная // Илин (jurnal). № 4. 2012.