Mari El Respublikası (rus. Республика Марий Эл, mar. Марий Эл Республик, d.mari Мары Эл Республик) — Rusiya Federasiyası subyektlərindən biri. Mari xalqının keçmiş adı - Çirmiş xalqı. Volqa Federal Dairəsinə daxildir. 4 noyabr 1920-ci ildə Mariya muxtar vilayəti kimi yaradılmışdır. Respublika kimi 1936-cı ildən fəaliyyət göstərir. Dövlət dilləri mari dili və rus dilidir.
Mari El | |
---|---|
Марий Эл Республик Мары Эл Республик | |
56°42′ şm. e. 47°52′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Yoşkar-Ola |
Dövlət Başçısı | Aleksandr Yevstifeyev |
Dövlət Məclisinin sədri | Anatoli Smirnov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 12 yanvar 1993 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | Maricə və Rusca |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-ME |
Telefon kodu | 836 |
Avtomobil nömrəsi | 12 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Finn-uqor tayfaları qədim zamanlardan Rusiyanın müasir Avropa hissəsinin ərazisində məskunlaşmışlar. Mari El Respublikasının ərazisində e.ə. birinci minilliyə aid arxeoloji mənbələr qorunub saxlanılmışdır. IX əsrdən etibarən marilər şərqə doğru hərəkət edən və Rostov, Qaliç, Yaroslavl, Suzdal, Vladimir və 1221-ci ildə Nijni Novqorod şəhərlərini quran slavyan və slavyan-fin xalqları ilə təmasda oldular. Tədricən xristianlığı qəbul adən qərb mariləri slavyanlaşaraq assimilyasiya oldular, xristianlığı qəbul etmək istəməyənlər isə şərqə qaçdılar.
Respublikanın ərazisi 23.2 min kvadrat kilometrdir *[1]. Torpaqlarının 57%-i meşələrlə örtülüdür. Respublikada 476 çay axır. Bu axar sular ümumiyyətlə noyabr-aprel ayları arasında donur. Həmçinin 200 göl var. Mari El Şərqi Avropa düzənliyinin şərqində, Volqa çayının orta axınında yerləşir. Respublikanın əksər hissəsi Volqanın sol sahilində yerləşir.
Faydalı qazıntıları torf, gil, tikinti daşı, əhəng daşı, şüşə və silikat qumları, mineral bulaqlardır.
İqlimi uzun sürən soyuq qış və isti yayı ilə mülayim kontinentaldır. Noyabr ən küləkli aydır. Qış, bir qayda olaraq, noyabr ayında başlayır. Mari El Respublikası qış idman növləri ilə məşğul olmaq üçün əla yerdir. Bahar ümumiyyətlə, sərin və quru keçir. Canavar, qonur ayı, tülkü, sığın, vaşaq, qunduz, köstəbək kimi heyvanlar burada yaşayır.
Rosstatın məlumatına görə, respublikanın əhalisi 680 397 nəfərdir (2019). Əhalinin sıxlığı 29,11 nəfər/km²-dir(2019). Şəhər əhalisi 66,34 %-dir (2018). Yoşkar-Ola və Voljsk şəhər əhalisi, eləcə də Yoşkar-Ola ətrafı və respublikanın qərbindəki bir sıra kəndlərdə ruslar üstünlük təşkil edir. Kənd yerlərində mari əhalisi üstünlük təşkil edir. Tatarlar əsasən Yoşkar-Ola, Voljsk şəhərlərində və Zveniqovski, Mari-Turek, Medvedevski, Morkin, Parangin rayonlarında kompakt şəkildə yaşayırlar. Respublikada tatarların üstünlük təşkil etdiyi 36 yaşayış məntəqəsi, tatar dilinin tədris edildiyi 19 məktəb var. Tatar mədəniyyəti cəmiyyəti, Respublika Tatar Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Tatar dilində qəzet nəşr olunur, televiziya şousu verilir[2].
1926 il [3] nəfər |
% | 1939 [4] nəfər |
% | 1959 il [5] nəfər |
% | 1979 il [6] чел. |
% | 1989 [7] nəfər |
% | 2002 il [8] nəfər |
% | 2010 [9][10] nəfər |
% | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Cəmi | 482090 | 100,00 % | ▲ 579610 | 100,00 % | ▲ 647680 | 100,00 % | ▲ 704207 | 100,00 % | ▲ 749332 | 100,00 % | ▼ 727979 | 100,00 % | ▼ 696459 | 100,00 % |
Ruslar | 210016 | 43,56 % | ▲ 266951 | 46,06 % | ▲ 309514 | 47,79 % | ▲ 334561 | 47,51 % | ▲ 355973 | 47,51 % | ▼ 345513 | 47,46 % | ▼ 313947 | 45,08 % |
Marilər | 247979 | 51,44 % | ▲ 273332 | 47,16 % | ▲ 279450 | 43,15 % | ▲ 306627 | 43,54 % | ▲ 324349 | 43,29 % | ▼ 312178 | 42,88 % | ▼ 290863 | 41,76 % |
Tatarlar | 20219 | 4,19 % | ▲ 27149 | 4,68 % | ▲ 38821 | 5,99 % | ▲ 40917 | 5,81 % | ▲ 43850 | 5,85 % | ▼ 43377 | 5,96 % | ▼ 38357 | 5,51 % |
Çuvaşlar | 2184 | 0,45 % | ▲ 5504 | 0,95 % | ▲ 9065 | 1,40 % | ▼ 8087 | 1,15 % | ▲ 8993 | 1,20 % | ▼ 7418 | 1,02 % | ▼ 6025 | 0,87 % |
Ukraynalılar | 86 | 0,02 % | ▲ 1805 | 0,31 % | ▲ 2728 | 0,42 % | ▲ 4454 | 0,63 % | ▲ 5344 | 0,71 % | ▼ 5097 | 0,70 % | ▼ 3601 | 0,52 % |
Udmurtlar | 1205 | 0,25 % | ▲ 1421 | 0,25 % | ▲ 2481 | 0,38 % | ▼ 2455 | 0,35 % | ▲ 2457 | 0,33 % | ▼ 2166 | 0,30 % | ▼ 1932 | 0,28 % |
Ermənilər | 2 | 0,00 % | ▲ 52 | 0,01 % | ▲ 292 | 0,05 % | ▲ 652 | 0,09 % | ▼ 440 | 0,06 % | ▲ 1104 | 0,15 % | ▼ 1003 | 0,14 % |
Beloruslar | 49 | 0,01 % | ▲ 357 | 0,06 % | ▲ 750 | 0,12 % | ▲ 1249 | 0,18 % | ▲ 1404 | 0,19 % | ▲ 1406 | 0,19 % | ▼ 940 | 0,13 % |
Mordvalar | 42 | 0,01 % | ▲ 1618 | 0,28 % | ▼ 1613 | 0,25 % | ▲ 1686 | 0,24 % | ▲ 1749 | 0,23 % | ▼ 1255 | 0,17 % | ▼ 862 | 0,12 % |
Azərbaycanlılar | - | - | 22 | 0,00 % | ▲ 165 | 0,03 % | ▲ 224 | 0,03 % | ▲ 520 | 0,07 % | ▲ 1157 | 0,16 % | ▼ 844 | 0,12 % |
Aparıcı sənaye sahələri — maşınqayırma və metal emalı (alət və cihazlar, avtomatlaşdırma vasitələri), meşə, ağac emalı və sellüloz-kağız, yüngül və yeyinti (ət və süd). Əsas sənaye mərkəzləri Yoşkar—Ola, Voljsk şəhərləridir. Kənd təsərrüfatının aparıcı sahəsi heyvandarlıqdır (südçülük və ət-südçülük, donuzçuluq, qoyunçuluq, quşçuluq, keçi yetişdirmə). Həmçinin taxıl (arpa, yulaf, çovdar, buğda) və yem bitkiləri, kətan, mayaotu, tərəvəz, kartof yetişdirilir.
Rusiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |