Paleostomi gölü (gürc. პალიასტომი) — Kolxida düzənlyində yerləşən göl. Göl Gürcüstanın Quriya və Sameqrelo-Yuxarı Savanetiya vilayətləri ərazisində yerləşir.
Paleostomi gölü | |
---|---|
gürc. პალიასტომი | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 0,3 m |
Sahəsi | 18,2 km² |
Dərin yeri | 3,2 m |
Yerləşməsi | |
42°07′12″ şm. e. 41°43′40″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu su obyeti göldən çox bir limandır. Göl Piçora çayı ilə qidalanır. Göldən isə Kaparça çayı başlayır. Bu çay gölü Qara dənizinə birləşdir. Gölün sahillərində Poti şəhəri yerləşir.
Gölün su səthinin sahəsi 18,2 km², orta dərinliyi 2,6 m, ən böyük dərinliyi isə 3,2 metr təşkil edir. Göl dəniz səviyyəsindən 0,3 m yüksəklikdə yerləşir. Gölün həcmi 52 km³-dir. Hövzəsinin sahəsi isə 547 km²-dir. 1933-cü ilə qədər gölü suyu şirin idi. Sonradan dəniz suyunun təsiri ilə şorlaşmışdır. 1924-cü ildə gölün cənub-qərb sahilində kanal qaxılmış və dənizlə birləşdirilmişdir. 1933-cü ilin dekabrında güclü küləklər nəticəsində kanal genişlənmiş və suyun sabitliyi posulmuşdur. Əsasən yağış suyu ilə qidalanır. Əsas qidalandırıcısı isə Piçira çayıdır. Suyunun temperaturu iyul-avqust ayları 25.1 °C, yanvarda isə 5.2 °C təşkil edir. Güclü küləklər səbəbi ilə gölün suyu tez şəkildə soyur. Burada hətta donmalarda belə müşahidə edilir. Göl Kolxida Milli Parkının ərazisində yerləşir. Göl nətrafına turlar təşkil edilməsinə park tərəfindən imkan verilir. Burada hətta balıq tutmaq olar
Georgi Qamkrelidzeyə görə Paleostomi sözü yunancadır. İki sözün birləşməsindən əmələ gəlmişdir: "Paliya" (Köhnə) və "Samo" (qala). Yəni Köhnə qala.