Palomar Rəsədxanası (ing. Palomar Observatory) — Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən rəsədxana. Rəsədxana Kaliforniya Texnologiya İnstitutunun tabeliyində fəaliyyət göstərməkdədir. Bundan əlavə, rəsədxana JPL və Kornell Universiteti ilə ortaq tədqiqat fəaliyyəti göstərir.[1] Rəsədxanada 5,1 metr güzgüyə sahib Heyl və 1,2 metr güzgüsü olan Samuel Oşin teleskopu da daxil olmaqla müxtəlif teleskoplar fəaliyyət göstərir. Optik teleskoplarla yanaşı, rəsədxanada 1936-cı ildən qalma 0,4 m güzgüyə sahib infraqırmızı test teleskopu kimi tarixi teleskoplar da vardır.
Palomar rəsədxanası | |
---|---|
Palomar Observatory | |
Hündürlüyü | 1.712 m |
Teleskoplar | |
|
|
astro.caltech.edu/paloma… | |
Vikianbarda əlaqəli mediafayllar |