Pambıq (bitki)

Pambıq kolu (lat. Gossypium)[3]əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.[4]

Pambıq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var.

Pambıq Azərbaycanda "ağ qızıl" adlanır.

Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır. Lifdən müxtəlif parçaların toxunmasında işlədilən iplik hazırlanır, həmçinin avtomobil təkəri, torlar və kəmərlər üçün kordlar və sair istehsalında istifadə edilir.

Pambığın çiyidindən alınan yağ yemək məhsullarında işlədilir, ondan marqarin, qliserin, sabun, stearin, sürtkü yağları hazırlanır, tullantısı sellüloz, spirt, lak, linoleum, karton, kino lenti, izolyasiya materialları istehsalında istifadə olunur.

Pambığın vətəni Hindistandır. Hələ eramızdan 3 min il əvvəl burada pambıq əkilirdi. Pambığın Misirdə becərilməsi haqqında ilk məlumat e.ə. 1 əsrə aiddir. Çində yabanı pambığın lifi e.ə. 2 əsrdə istifadə edilmiş, 7–9 əsrlərdə isə mədəniləşdirilmişdir.

Orta Asiyada e.ə. 6–5, Zaqafqaziyada isə e.ə. 7–4 əsrdən becərilir. Pambıq lifi sənayedə ilk dəfə 17 əsrdə Avropada və Amerikada istifadə edilmişdir.

Qafqazda, xüsusilə Azərbaycanda pambıq Qədim Şərq ölkələri, əsasən İran vasitəsilə yayılmışdır. Mingəçevirdə arxeoloji qazıntılar zamanı 5–6 əsrlərə aid yanmış pambıq kələfləri və çiyidi tapılmışdır. Bərdə, Naxçıvan, Beyləqan, Gəncə, Şəmkir və sair kimi şəhərlərdə pambıqdan parça hazırlanıb xaricə ixrac edilməsi, 15 əsrdə Şamaxıdan Rusiyaya pambıq mallar da aparıldığı göstərilir.

XVII əsrdən Azərbaycandan Rusiyaya pambıq ixracı genişlənmişdir. 18 əsrdə Mil-Muğan və Şirvan düzlərində geniş pambıq sahələri olmuşdur. 19 əsrin əvvəllərində Quba və Bakı ayələtlərində də pambıqçılıq inkişaf etdirilirdi. 19 əsrin 30-cu illərindən Azərbaycanda Misir və Amerika, həmçinin yerli Mazandaran və İravan pambıq sortları becərilirdi.

Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra, xüsusən 19 əsrin axırlarından Azərbaycanda pambıqçılıq daha da inkişaf etdi və əmtəə xarakteri daşıdı.

20 əsrin əvvəllərində Rusiyanın toxuculuq sənayesinin mahlıca ehtiyacı ilə əlaqədar Azərbaycanda pambıq əkini sahəsi genişləndirildi. 1913-cü ildə pambıq əkini sahəsi 100 min hektardan çox, pambıq istehsalı 65 min ton olmuşdur.

Hazırda Azərbaycanda pambıqçılıq yüksək səviyyədə inkişaf etdirilməkdədir.

Pambıq xəstəlikləri

[redaktə | mənbəni redaktə et]

Pambıq xəstəlikləri arasında ən ziyan vericisi viltdir (göbələk). Məhz bunu nəzərə alaraq bir sıra pambıqçılıq müəssisələri əsasən də Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu viltədavamlı pambıq sortları yetışdirməyə başladı. Buna misal olaraq 1979-cu ildə Hüseynov Əmir Musa oğlu tərəfindən yetişdirilən viltədavamlı, tezyetişən, iriqozalı, yüksək məhsuldar 3312 ("Yubiley") sortunu görsətmək olar.

Azərbaycanda pambığın əsasən 5 növü mövcuddur:

Digər növləri

[redaktə | mənbəni redaktə et]
  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 309. doi:10.5962/BHL.TITLE.746
  2. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 693.
  3. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  4. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.