Pambıq sovkası

Pambıq sovkası (lat. Chloridae armigera) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid olan növ.

Pambıq sovkası
Helicoverpa hawaiiensis MEM354043.jpg
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Pambıq sovkası
Beynəlxalq elmi adı

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Kəpənəyin rəngi olduqca dəyişkəndir. Açıq-sarı, yaşılımtıl-sarı və açıq-qəhvəyi rəngdə kəpənəklərə təsadüf edilir. Dal qanadları açıq-sarıdır. Kənarları tünd zolaqla haşiyələnmişdir. Ön qanadlar üzərində böyrək şəkilli ləkə vardır. Kəpənəyin bədəninin uzunluğu 12-18 mm, qanadlar açıldıqda isə 30-40 mm-dir. Yumurtası kürəvarıdır, oturacaq hissəsi basıqdır. Açıq-sarı rəngdədir. Üzərində 25-28 radial qırışlar, onların aralarında 11-14 arakəsmə xətlər vardır. Diametri 0,5-0,6 mm, hündürlüyü isə 0,4-0,5 mm-dir. Tırtılın bədəni asanlıqla görünən qılcıqlarla örtülmüşdür. Döş qalxancığı çılpaqdır, mərmər şəkillidir. Başı, döş qalxancığı və ayaqları qəhvəyidir. 3 cüt həqiqi-döş, 5 cüt yalançı-qarıncıq ayaqları vardır. Tırtılların rəngi çox dəyişkəndir. Yaşılımtıl, çəhrayıbənövşəyi-qəhvəyi tırtıllara təsadüf edilir. Kürək tərəfindən 4 nazik, dalğalı xətdən ibarət bir zolaq uzanır. Tırtılın uzunluğu 35-40 mm-ə çatır. Pupu qırmızımtıl-qəhvəyi rəngdədir. Nəhayətindəki şişkinliyin (kremasterin) ucunda qarmaqşəkilli iki nazik tikancıq olur. Uzunluğu 15-20 mm-dir.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Pambıq sovkası torpağın 4-10 sm dərinliyində pup fazasında qışlayır. Yazda, torpağın 10 sm dərinliyində temperatur 16-17oC olduğu zaman (təxminən aprelin axırları, may ayının əvvəllərində) qışlamış puplardan kəpənəklər uçmağa başlayır. Bu dövrdən sonra bütün vegetasiya ərzində oktyabrın axırlarına qədər uçan kəpənəklərə təsadüf edilir. Payızda, torpağın 10 sm dərinliyində temperatur 15-16oC-yə enən zaman puplardan kəpənəklərin uçuşması dayanır. Pambıq sovkasının bir dişi kəpənəyi öz həaytı boyu 500-3000-ə qədər yumurta qoya bilir. Kəpənəyin yumurta qoyması 15-18 gün çəkir. Yumurtalar tək-tək qoyulur. Ayrı-ayrı bitkilər, hətta müəyyən bir bitki növü müxtəlif inkişaf mərhələlərində kəpənəkləri eyni dərəcədə cəlb etmir. Belə ki, pambıq bitkisi inkişafının başqa mərhələlərinə nisbətən sovka kəpənəklərini qönçə bağlayan zaman dah çox cəlb edir. Qönçələmə dövründə kolun gövdəsi və budaqları üzərində bəzi tükcüklər əmələ gəlir. Bu tükcükləri kəpənəkləri cəlb edən maddələr-qarışqa və turşəng turşuları ifraz edir. Rüşeymin inkişafı yayda 3-4, payızda isə havalar nisbətən soyuq keçdiyindən 7-8 gün davam edir. Bundan sonra yumurtadan tırtıl çıxmağa başlayır. İlk vaxtlar tırtıl yumurtadan azacıq böyük olur. Yumurtadan çıxdıqları yerdəcə onlar yarpağı gəmirərək skeletləşdirir, bir qədər böyüdükdən sonra bitki üzəri ilə hərəkət edərək daha əlverişli qida-qönçə, çiçək və qoza axtarır, onların daxilinə girir və qidalanmasını davam etdirir. 15-20 gün müddətində tırtıl 5 dəfə qabıq dəyişir, 6 yaş keçirir və inkişafını başa çatdırır. Temperaturdan asılı olaraq puplar 10-14 gün ərzində inkişafını bitirir və bundan sonra onlardan yeni nəsilin kəpənəkləri uçuşmağa başlayır. Pambıq sovkası Azərbaycanda pambıq üzərində 3 tam nəsil verir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Pambıq sovkası Azərbaycanın pambıqçılıqla məşğul olan bütün rayonlarında geniş yayılmışdır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, -206 s.
  • Azərbaycan heyvanlar aləmi.II cild-buğumayaqlılar. Bakı: Elm, 2004, -388 s.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.