Kələm sovkası

<td_align="right"_width="40%">Cins:<td_align="left">Bostan_ağ_kəpənəyi&action=edit&preload=Şablon:RedTaxLink/preload&editintro=Şablon:RedTaxLink/intro&preloadparams%5B%5D=<td%20align="right"%20width="40%">Cins:<td%20align="left">Bostan%20ağ%20kəpənəyi}}, taksonun sistematikasını təsvir etməlidir [[]].
:
† 
(Bostan ağ kəpənəyi]])[1]
???:
Kələm sovkası

Kələm sovkası (lat. Barathra brassicae) — buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin sovkalar fəsiləsinə aid olan növ

Kələm sovkası
Mamestra brassicae01.jpg
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{
Cins:Bostan ağ kəpənəyi
Cins:Bostan ağ kəpənəyi
Cins:Bostan ağ kəpənəyi
Cins:Bostan ağ kəpənəyi
Cins:Bostan ağ kəpənəyi
Beynəlxalq elmi adı

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Boz rəngli kəpənəklərdir. Kənd təsərrüfatına zərər vururlar.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Kələm sovkası Azərbaycan şəraitində 2-3 nəsil verir. Sovka pup mərhələsində qışlayır. Puplara əsasən torpağın 6-8 sm dərlinyində rast gəlinir. Quraq keçən illərdə puplar nisbətən torpağın 10-15 sm dərinliyində qışlayırlar. I nəsil kəpənəklərin yumurtaqoyma müddəti may ayının üçüncü ongünlüyündə müşahidə edilir. Kütləvi yumurtaqoyma dövrü iyun ayının axırına qədər davam edir. Dişilər öz yumurtalarını kələm yarpaqlarının alt səthinə topa halda qoyurlar. Hər yumurta topasında 10-dan 180-ə qədər yumurta olur. Kələm sovkasının yumurtaqoyma məhsuldarlığı çox yüksəkdir. Laboratoriya şəraitində bir dişi kəpənək 600-dən 2500-ə qədər, orta hesabla 1500-2000 yumurta qoya bilir. Yumurtaların inkişafı may ayının üçüncü ongünlüyündə və iyun ayının birinci ongünlüyündə 6-8 günə başa çatır. Yumurtadan tırtılların çıxması iyun ayında müşahidə edilir. II nəsil zərərvericilərin tırtıllarının puplaşması iyun ayının ortalarında baş verir. Kütləvi puplaşma iyunun üçüncü ongünlüyündən iyulun birinci ongünlüyünə qədər davam edir və bu proses iyulun axırına kimi müşahidə olunur. Qışlamış puplardan II nəsil kəpənəklərin uçuşu 45-50 günə başa çatır. Bu uçuş müddəti iyunun üçüncü ongünlüyünün sonundan avqust ayının birinci ongünlüyünə qədər davam edir. II nəsil kəpənəklərin yumurtaqoyma dövrü iyul ayının 7-14-ü arasında müşahidə olunur. yumurtaqoyma dövrü avqust ayının birinci ongünlüyünə qədər davam edir. Yumurtanın inkişafı 5-7 gün çəkir. II nəsil tırtılları iyul ayının üçüncü ongünlüyündə görməyə başlamışlar. Yumurtadan tırtılların çıxması avqust ayının axırlarına qədər davam edir. Tırtıllar sentyabr ayının 15-nə kimi müşahidə edilir. Kələm sovkasının II nəslinin inkişafı 45-50 günə başa çatır. [2]

Yayılması[redaktə | mənbəni redaktə et]

Kələm sovkası bütün MDB ölkələrində, eləcə də Sankt-Peterburq, Moskva, Pskov, Yaroslavl, Kostroma, Ukrayna, Qazaxıstan və bir çox yerlərdə yayılaraq kütləvi surətdə zərər vurmuşdur. Azərbaycanda 520 növ sovka yayılmışdır ki, onlardan 80 növü müxtəlif kənd təsərrüfatı bitkilərinə zərər verir. Azərbaycanın əsasən düzən, dağətəyi və dağlıq zonalarında yayılmışdır. Quba-Xaçmaz bölgəsində 18 növ zərərli sovka yayılmışdır ki, onlardan 6 növü xaççiçəkli bitkilərə zərər verir. [3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cins:Bostan ağ kəpənəyi
  2. Səfərova İ.M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri. Gəncə: 2006, s. 45-49.
  3. Səfərova İ.M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri. Gəncə: 2006, s. 45-49.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Səfərova İ.M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri. Gəncə: 2006, s. 45-49.
  • Azərbaycan heyvanlar aləmi. II cild. Buğumayaqlılar. Bakı: Elm, 2004, 388 səh.
  • Алиев С.В. Совки (Lepidoptera, Noctuidae) Азербайджана. Баку: 1984.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]