Pan-Avropa pikniki

Panavropa piknikiAvstriya-Macarıstan sərhəddində Şopron şəhəri yaxınlığında 19 avqust 1989-cu il tarixində baş verən sülh nümayişi.[1][2]

Panavropa pikniki
Tarix 19 avqust 1989
Yeri Macarıstan, Şopron şəhəri, Bratislav yolu
Nəticəsi 600 nəfər ADR vətəndaşı sərhəddi keçərək qərbə doğru qaçır. Bu hadisə Berlin divarının dağıdılmasında gedən prosesin başlanğıcı hesab olunur.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1989-cu ildə Mərkəzi Avropada vəziyyət "gərgin" qiymətləndirlirdi. Diktator hökumətlərinə baxmayaraq Şərq Bloku ölkələrinin vətəndaşları demoktratik seçkilər, söz azadlığı və sovet qoşunlarının ölkələrindən çıxarılmasını tələb edirdi. Qərbi Almaniya kimi bir sıra ölkələrdə sərt kommunizm qaydaları hökm sürsə də , Macarıstan kimi digər qrup ölkələrdə isə reformist bir yanaşma mövcud idi. Qorbaçovun yeni siyasəti ilə dəstəklənən reformist-kommunist ölkələrin liderləri dəyişikliyin zəruriliyini qəbul edirdi. Qeyri-hökumət təşkilatları və yeni siyasi partiyalar demokratik və çox partiyalı bir sistemə keçid mərhləsində mühüm rol oynadılar. Həmin il bir çox Mərkəzi Avropa ölkəsində siyasi sistemin dəyişdirilməsi ilə bağlı masa arxası müzakirələr aparıldı. Fevral ayında rəsmi müzakirələrə Varşavada start verildi və aprel ayının 4-ə "Polşa dəyirmi masa" sazişi imzalandı, bundan başqa 4 iyunda keçiriləcək seçkinin vaxtı da müəyyənləşdirildi.

Macarıstan hökuməti

[redaktə | mənbəni redaktə et]

1989-cu ilin əvvəllərində Rumınya əhalisi Debreçen yaxınlığındakı Macar-Rumın sərhəddində yerləşən qaçqın düşərgələrinə toplanılırdı. 1989-cu ilin yaz aylarında 30–40 nəfərə yaxın vətəndaş Macarıstan hökumətindən sığınacaq istədi. Macar hökuməti qaçqınların Rumınyaya qaytarılması ilə bağlı ikilizi saziş imzamasına baxmayaraq, 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının "Qaçqınların statusu" ilə əlaqədar konvensiyasını imzaladı. Macarıstan bu dövrdə iqtisadi çətinlik yaşayırdı. Baş nazir Mikloş Nemet qərara gəldi ki, hökumət Avstriya sərhəddindəki "avtomatik" sərhəd nəzarətini qoruyub saxlaya bilməyəcək. Nemet inanırdı ki, uzun müddət sonra sərhədləri qorumağa ehtiyac qalmayacaq və macarlar digər ölkələrə rahat səyahət edəcək. Hökumət ölkənin qərb sərhədlərini gücləndirməyə davam etmək istəmirdi.[3]

"Panavropa pikniki" abidəsi

Şərq və Qərb arasındakı Berlin sərhəddində isə yüzlərcə insan həyatını itirmişdi. Bu haqda dəqiq məlumat olmasa da ,138 nəfərin öldürüldüyü təxmin edilirdi. Axrıncı dəfə 1989-cu ildə Kris Quefroy güllə ilə atəş açılaraq öldürülmüşdü. Şərqdə yaşayan almanlar istirahətlərini adətən Balaton gölündə (Macarıstanda yerləşir) edirdilər. Bu zaman onların əksəriyyəti Macarıstanda qaldılar. Habsburq sülaləsinin varisi və 1979–1999-cu illərdə Avropa Parlamentinin üzvü olan Otto fon Habsburq Debreçendə bir univeristetdə "sərhədsiz Avropa" və Avropada parlament seçkilərinin Mərkəzi Avropaya təsirindən danışdı. Nitqdən sonra Macarıstanın mühafizəkar partiyası Macarıstan Demokratik Partiyasının (MDP) iki üzvü ilə birlikdə nahar etdi. Nahardan sonra aparılan müzakirələrdə avstriya və macar xalqı arasında əlaqələrin yenidən qurulması üçün Avstriya-Macarıstan səhəddində piknik ətşkil etmək fikri irəli sürüldü. Piknik üçün nəzərdə tutulan yer 1922-ci ildən bəri sərhəd qapısı sayılan Şopron şəhərindəki Bratislav Yolu idi. Macar hökuməti 2 may tarixindən başlayaraq pikniklə ilə bağlı məlumatları televizya və radyo kanalları ilə paylaşdı. Hər gün 600 metrə yaxın tikanlı məftil aradan götürülürdü. Macarıstandakı müxalif qruplaşmalar və "Panavropa birliyi" 19 avqust tarixində baş verən piknikə dəvət edilmişdi.

Panavropa piknikinin baş tutması

[redaktə | mənbəni redaktə et]

Nəhayət 19 avqust 1989-cu ildə Avstriya ilə Macarıstan sərhəddində yerləşən Şopron şəhərində piknik baş tutur. Dönəmin Avstriya xarici işlər naziri Aloys Mok çıxış edir və bildirir "Macar həmkarım Dyula Horna bu təqdirəlayiq təşəbbüsünə görə təşəkkür etmək istəyirəm.[4] Bu hadisə mənim diplomatik və siyasi həyatım müddətində yaşadığım ən gözəl andır". Daha sonra hər iki nazir təxminən 6 kilometr uzunluqda olan sərhəd telini kəsirlər. Bu zaman 600-dən çox ADR vətəndaşları qərbə doğru qaçmağa başlayır. Rəsmi olaraq "vur" əmri verilsə də Macar sərhəd xidməti işçiləri əmrə tabe olmadı və atəş açmadılar. Bu kütləvi qaçış hadisəsi ictimaiyyətdə böyük səs-küyə səbəb olur. Lakin qaçqın axını yenədə dayanmır. Minlərlə qaçqın Alman səfirliyinin həyətində, maşınların içində gecələyirlər. Və nəhayət Macar hökuməti 10 sentyabr 1989-cu ildə Avstriya ilə olan sərhəd qapılarını açdığını açıqladı. Bu hadisədən sonra 70 mindən çox ADR vətəndaşı Macarıstandan keçərək qərbə qaçdı. Baş nazir Nemet 1989-cu ildə bir çıxışında deyir:

" “Mən bütün gün ofisdə idim. Gərgin idim, çox gərgin idim. Şanslıyıq ki, heç bir sovet nümayəndəsi bizim qapımızı döymədi, nə də Moskvadan heç kəs zəng etmədi "
  1. "The picnic that changed European history". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-15.
  2. "Bir anma, bir kutlama". 2019-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-15.
  3. "Sopron, Hungary: the picnic that changed the world". 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-15.
  4. "Hungary's Peaceful Revolution Cutting the Fence and Changing History". 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-15.